Sahə iqtisadiyyatı
Qərbi Kaspi Universiteti Sahə iqtisadiyyatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.
Proqramın məqsədi:
- İqtisadiyyatın səviyyəsi
- İqtisadiyyat sektoru
- İqtisadiyyatın forması
- İqtisadi böyümə
- İqtisadiyyatın tarixi
Sahə iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı ölkə iqtisadiyyatının müxtəlif sahələrində elmi tədqiqat işlərinin yerinə yetirilməsi və praktiki məsələlərin həlli baxımından xarici və yerli təcrübənin tətbiqi sahəsində iqtisadçı – alim yetişdirilməsini nəzərdə tutur. Doktorantların (dissertantların) eyni zamanda dünyanın müxtəlif yerlərindən gələn tanınmış alimlərlə əməkdaşlıq etmək imkanları olacaq. Proqramın hədəfi öz doktorantlarını (dissertantlarını) irəlidə gedən universitetlərdə akademik mövqelərdə və sənaye, ictimai sektor və beynəlxalq təşkilatlarda idarəçi vəzifələrdə yerləşdirməkdir.
Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Çexiyadan Jiri Nesiba, Hana Stojanova, Polşadan Marta Gancazyk, Böyük Britaniyadan Ekaterina Rees-Yaeger, Colin Love, Randall Baker, ABŞ-dan Rise Kelsi, Kanadadan Duglass Ross, Nigeriyadan Udo İni Eno, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal, Almaniyadan Utah Stoltenberg. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.
Proqramda iştirak və gələcək perspektivlər:
Bu proqrama qəbul edilən doktorantların (dissertantların) beynəlxalq münasibətlər ixtisası üzrə mütləq şəkildə tam magistr dərəcəsi olmalı. Magistraturanı bitirmiş tələbələrə ali səviyyədə doktorantura tədrisi təklif edilir. Sahə iqtisadiyyatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı əsas olaraq Azərbaycanda və ya xaricdə, ticarət, pul maliyyə, sosial, elmi, texniki, ekoloji və qlobal iqtisadi sahələrində yer almaq üçün tələb olunan ixtisasları qazanmaq istəyən doktorantlar (dissertantlar) üçün nəzərdə tutulub. Bundan əlavə iqtisadiyyat sahəsində Sizin yüksək səviyyədə elmi tədqiqat aparmanıza imkan verir