Haqqımızda
Ön söz
Qərbi Kaspi Universiteti fəaliyyətini hər zaman dünyanın qabaqcıl təhsil təcrübəsinə uyğun qurmağa çalışmışdır. Bu gün də müasir çağırışlar qarşısında, ən qabaqcıl standartlara uyğunlaşaraq inkişaf etmək əsas prioritetlərimizdən biridir.
Əsas məqsədimiz ölkə daxilində və xaricində rəqabət qabiliyyətli, əmək bazarında təhsili, biliyi, bacarığı, problemləri görmək və həll etmək qabiliyyəti hesabına özünü işlə təmin edəcək, hətta iş yerləri yaratmaq imkanına sahib ola biləcək peşəkarlar hazırlamaqdır. Dürüst, ədalətli, ölkəsini və xalqını özünün yüksək alicənablıq keyfiyyətləri, sağlam düşüncəsi ilə təmsil edə bilən, həyatda hansı sahədə fəaliyyət göstərməsindən aslı olmayaraq, cəmiyyətdə hörmət və sevgi qazanan məzunları yetişdirməkdir məqsədimiz.
Qeyd edək ki, artıq 31 ildir universitetimiz fəaliyyətini yüksək səviyyədə davam etdirir. Bizim əldə etdiyimiz nailiyyətlər Qərbi Kaspi Universitetinin parlaq gələcəyinin göstəricisidir.Görüləcək işlərimiz təbiiki çoxdur, biz qarşımıza qoyduğumuz inkişaf konsepsiyasına uyğun məqsədlərə doğru əzmlə irəlləyirik. Biz fəaliyyətimizi genişləndirməyə və əlaqələrimizi artırmağa davam edirik. Bütün istiqamətlər üzrə ümüd verici müsbət dəyişikliklərə pozitiv yanaşırıq. Biz Qərbi Kaspi Universitetinin gələcəyinə nikbin baxırıq və bütün gələcək fəaliyyətimizdə davamlı uğurlar gözləyirik.
Qəyyumlar şurasının sədri, Professor Hüseyn Bağırov
Tariximiz
Azərbaycanın ilk qeyri-dövlət ali təhsil müəssisəsi olan Qərb Universitetinin (indiki Qərbi Kaspi Universiteti) əsası 1991-ci ildə qoyulmuşdur. Qərb Universiteti 1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının, 1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun, 1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin, eyni zamanda Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının (AESC), Siyasi Araşdırmalar Assosiasiyasının (PSA), Avropa Elm Fəlsəfəsi Assosiasiyasının (EPSA), BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN), Beynəlxalq Universitetlər Assosiasiyasının, Beynəlxalq Dırmanma və Alpinizm Federasiyasının (UIAA), BMT-nin Dağ əməkdaşlığı Proqramının Beynəlxalq Təhsil İdarəçiləri Assosiasiyasının və bir sıra başqa beynəlxalq təşkilat, şura və birliklərin üzvüdür.
2017-ci ildən universitetimizin adı dəyişdirilərək Qərbi Kaspi Universiteti adlandırılmışdır.2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvü olan Qərbi Kaspi Universiteti tələbələrinin Avropa, ABŞ və dünyanın başqa ölkələrinin universitetləri, eləcə də kollec və özəl məktəblərdə təhsil almaq imkanları var.Məqsədimiz multikultural və milli dəyərlərə bağlı, ən müasir texnologiyalar, standartlar əsasında gələcək karyeralarında uğurlar qazanacaq, biznes, idarəçilik və digər istiqamətlər üzrə peşəkar mütəxəssis və liderlik keyfiyyətlərinə malik kadrlar hazırlamaqdır.
Azərbaycan iki müxtəlif və bir-birinə əks olan Şərq və Qərb mədəniyyətlərinin qovşağında yerləşən ölkədir. Bu da Qərbi Kaspi Universitetində təhsil alan hər bir kəsə Qərb standartlarına uyğun təhsil almaqla yanaşı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu maraqlı mühitdən zövq almaq imkanı verir.
Tədris və struktur
Fəaliyyət göstərdiyi illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilən Qərbi Kaspi Universiteti 63 ixtisas üzrə 3000-dək tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir. Universitetdə 8 fakültə (məktəb), 11 kafedra, 22 kürsü fəaliyyət göstərir. Universitetdə çalışan 152 müəllimdən 27-si elmlər doktoru, professor; 42 nəfəri isə dosentdir. Bir sıra beynəlxalq təhlillərdə Qərbi Kaspi Universiteti, SSRİ-nin süqutundan sonra yeni mühitdə yaranmış ən yaxşı 10 universitetdən biri kimi göstərilmişdir.Əsas və günün tələbi olan fənlər yerli və xarici müəllimlər tərəfindən tədris olunur.
Qərbi Kaspi Universiteti strukturunun modern universitet strukturuna uyğunlaşması istiqamətində tədbirlər görür. Universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, müxtəlif sahələrlə bağlı müasir, unikal laboratoriyalar yaradılıb, tədris metodikasının yenilənməsi, ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılması üçün ardıcıl iş aparılıb. Universitetimizdə tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi üçün idman zalı, texnopark və klublarımız mövcuddur.
Biz böyük həvəslə Sizi Qərbi Kaspi Universitetində gözləyirik!
Xarici əlaqələr
Xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + və Mövlanə mübadilə layihələri çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, Irlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər. Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.Universitetimiz irqindən, cinsindən, dilindən, milliyyətindən və dinindən asılı olmayaraq, dünyanın hər bir yerindən tələbələri qəbul edir.
Tələbələrin Avropa, ABŞ və dünyanın
başqa ölkələrinin universitetləri, eləcə də kollec
və özəl məktəblərdə təhsil almaq imkanları
Məqsəd və baxışlarımız
Mükafat və sertifikatlar
Niyə Qərbi Kaspi Universiteti?
Qalereya
Rəylər
test