Qərbi Kaspi Universiteti

Elmi tədqiqat

Texnopark

 

    

Qərbi Kaspi Universiteti Texnoparkı 2017-2018-ci tədris ilinin əvvəlində qurulmuşdur. Texnoparkın yaradılmasının əsas məqsəd universitetin akademik və tələbə heyətinin elmi-təcrübi işlərini həyata keçirtmək, kommersiyalaşdırmaq və cəmiyyətə tövhə verməkdir. Texnopark firmaların elm və texnologiya ilə əlaqədar tələbləri ilə bağlı sahələrdə universitetin araşdırma gündəliyini inkişaf etdirməsi və yenilənməsi üçün müsbət amil olmuşdur. Texnoparkın universitet ilə olan qarşılıqlı əlaqəsi innovasiya qabiliyyətinə müsbət istiqamətdə təsiri təmin etmişdir.

Texnopark fəaliyyətə başladığı gündən etibarən tələbələr arasında təşəbbükarlıq anlayışının təbliği, tələbələrin sosial, biznes və təhsil yönümlü İdeyalarının həyata keçirilməsinə dəstək üçün seminar və təlimlər keçirilmişdir. Texnopark həmçinin bir çox yarışmalara texniki və təşkilatı dəstək verir. Buna missal olaraq Azərbaycanda ilk dəfə keçirilən `Game Jam` hackathon yarışmasına təşkilatı dəstək vermiş və yarışma çərçivəsində tələbələrə 3D oyun hazırlanması sahəsində təlimlər keçirilmişdir.

 https://texnopark.wcu.edu.az

 

İnfrastrukturumuz

Texnoparkın geniş infrastrukturu burada istənilən akademik fəaliyyətin yerinə yetirilməsinə şərait yaradır. Bu fəaliyyətlər üçün Universitetin Nərimanovda yerləşən tədris binasında 5 otaq, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tədris binasında 2 otaq, A.R. İqtisadiyyat Nazirliyinin Balaxanı Sənaye Parkında hər biri 288 kv.m olmaqla 2 istehsalat sahəsi (ofislərlə birgə), universitetin Bakı-Sumqayıt şossesində yerləşən 4 hektarlıq ərazidə tələbələrin və akademik heyətinin birgə çalışa və qala biləcəkləri kiçik istehsalat ərazisi və 2018-2019-cu il tədris ilində istifadəyə verilən yeni tədris binasında  150 kv.m-lik biznes İnkubator mərkəzi və 600 kv.m-lik mexatronika, robotexnika, mexanika laboratoriya otaqları ayrılmışdır.

 

Nəaliyyətlərimiz

Universitetimizin məzunlarından ibarət "DEC" komandası “TEKNOFEST Azərbaycan-2023” Aerokosmik və texnologiya festivalında "Sosialyönümlü Texnologiyalar" müsabiqəsinin qalibi olub.

Komanda üzvləri mükafatı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı professor Əziz Səncərdən qəbul ediblər.

Qeyd edək ki, Qərbi Kaspi Universitetinin komandası İstanbulda keçirilən "Texnofest-2023"-də də iştirak edib.

2022-ci ilin dekabrında isə Qərbi Kaspi Universitetinin komandası "Product owner marafonu"nda ("Məhsul sahibi marafonu") qalib olub.

"STEAM Azerbaijan Festival 2022"də universitetimizin iki komandası 1-ci, bir komandası 2-ci, Qərb Universiteti Məktəbinin bir komandası isə 1-ci yerə layiq görülüb.

2019-cu ilin fevral ayında Qərbi Kaspi Universitetinin Texnoparkında işlənən Xseron süni intellekt modulu “Sabahın alimləri” VIII Respublika müsabiqəsində mühəndislik kateqoriyasında ikinci yerə layiq görülüb.

Qərbi Kaspi Universitetinin tələbələrinin təqdim etdiyi “Redbot” layihəsi “StartupFest 2019”-da 3-cü yerə layiq görülüb. “Redbot”un konsepti şəhərdə maşınların park edilməsinin asanlaşdırılmasını, prosesin proqramlaşdırılmasını özündə ifadə edir.

26 dekabr 2017-ci ildə Qərbi Kaspi Universitetində fəaliyyət göstərən Start-up Layihəsi  Təhsil Nazirliyinin həyata keçirdiyi müsabiqədə I yerə layiq görülmüşdür.

 26 aprel 2018-ci ildə ildə  Qərbi Kaspi Universitetinin Texnoparkında işlənən "Parkingapp" layihəsinin ideya müəllifi olan məktəbli Günel Hüseynova Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təltif edilib. Qeyd edək ki, "Parkingapp" layihəsinin ideyası ondan ibarətdir ki, bu sistemin köməkliyi ilə sürücülər həm maşınlarını park etmək üçün yer tapacaq, həm də ödənişi online edərək vaxt itkisindən və yanacaq sərfindən xilas olacaqlar.

24-25 may 2018-ci ildə “ADR 100 – Məktəblilərarasi `Lego xəttizləyən və arduino sərbəst layihələri” Robototexnika olimpiadası keçirilmişdir.

21 may 2018-ci ildə  Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında “Stem Plyus” bilik olimpiadası keçirilib.

15 yanvar 2018-ci ildə  ildə  Qərbi Kaspi Universitetinin təşkilati dəstəyi ilə həyata keçirilən “Game Jam” hackathon müsabiqəsi keçirilmişdir. Yarışma çərçivəsində tələbələrə 3D oyun hazırlanması sahəsində təlimlər keçirilmişdir.

9 dekabr 2018-ci ildə Robototexnika, proqramlaşdırma sahələri üzrə beynəlxalq miqyasda tanınan yarış – `Local Hack Day` da Qərbi Kaspi Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələrindən ibarət “Hack o Holics” komandası robototexnika üzrə lego mindstrom ev3 üzrə qalib olublar. Yarışın əsas tələbi legonu düzgün proqramlaşdırmaq və maneələrdən keçirmək olub.

3-4 mart 2018-ci ildə məktəblər arasında `Lego-Sumo` robotexnika olimpiadası keçirilmişdir.

11 may 2018-ci ildə Türkiyə Respublikasında keçirilən `İcatmakinesi` yarışmasında Universitetin `Vooby` startup layihəsi həvəsləndirici yerə layiq görülmüşdür.

28 dekabr 2018-ci ildə   Qərbi Kaspi Universitetinin tələbələri Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “İdeya var” gənclərin II Ümumrespublika Elmi-yaradıcılıq müsabiqəsində uğurla çıxış ediblər. Ramil Malıyev “Ağıllı yol”, Nihal Yusifova “İngilis dayə”, Azər Nemanlı “Vooby“ layihələri ilə 25 ən yaxşı iş arasına seçiliblər. Universitetin yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin tələbəsi Cəbrail Şahbazov və Respublika Olimpiya İdman liseyinin şagirdi Murad Eyvazzadə tərəfindən universitetin texnoparkında işlənən layihə isə (“Tribo –SR1”) ən innovativ layihə kimi qiymətləndirilib və birinci yerə layiq görülüb. Bu layihə "istehsalat texnologiyaları və sənaye infrastrukturu. Canlı sistemlər, nəqliyyat sistemləri" nominasiyası üzrə uğur qazanıb.

14 fevral 2019-cu ildə Qərbi Kaspi Universitetinin tələbəsi Nicat Səfərovun və Qərbi Kaspi Universiteti orta məktəbini şagirdi Edel Tarzumanovanının işlədiyi "Ecomister fish" layihəsi ilə çıxış etmişdir. "Ecomister fish" layihəsi su hövzələrinin ekoloji vəziyyəti haqqında operativ informasiya alınmasını təmin edir. Modelin korpusu 3d printer ilə hazırlanmışdır. Bu süni balıq göstərilən koordinantlara uyğun olaraq su hövzələrini monitorinq edə, həmin sahəni video vasitəsilə ötürə bilir.

Fevralın 28-də iqtisadiyyat nazirliyinin təşkilatçılığı ilə `Startap layihələrinin dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi” mövzusunda konfrans keçirilib. C.Şahbazov və M.Eyvazzadənin "Xseron" modulunda bütün əməliyyatlar süni intellekt tərəfindən idarə olunur. Radiodalğa ilə idarə edən əlcək 6 təkərli modulu 1000 metrədək məsafədən idarə edə bilir, hər hansı bir istənilən bucaq altında dönə bilir.tərkibində müxtəlif sensorlar var. Alov, temperatur, nəmlik, qaz axını sensorları və s.. A.Nemanlının "Vooby" layihəsi isə insanların heç bir ödəniş etmədən öyrənmək istədiyi dili danışan başqa bir insanla onlayn olaraq qarşılıqlı şəkildə dil öyrənə bilməsini təmin etməyi nəzərdə tutur.

13 aprel 2019-cu ildə Qərbi Kaspi Universiteti məktəblilər arasında lego robototexnika olimpiadası keçirilmişdir.

17 noyabr 2019-cu ildə MDB-yə üzv dövlətlərin gənclərlə iş üzrə şurasının Bakıda keçirilən iclası çərçivəsində “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsinin final mərhələsində Qərbi Kaspi Universitetinin tələbələri Nicat Səfərov və Cəbrayıl Şahbazov sərgidə "Ecomaster fish" layihəsini nümayiş etdiriblər. Layihə sərgi ziyarətçilərinin marağına səbəb olmuşdur.

Azərkosmos və Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Cansat 2019 müsabiqəsində  universiteti təmsil edən  `Caspian Space` komandası final mərhələsini müvəffəqiyyətlə keçmişdir.