Qərbi Kaspi Universiteti

Akademik

Distant Təhsil

Qərbi Kaspi Universiteti distant təhsil üzrə proqramlar həyata keçirir. Qərbi Kaspi Universiteti distant təhsil üzrə öz professor-müəllim heyəti üçün xarici mütəxəssislərin iştirakı ilə mütəmadi olaraq təlimlər təşkil edir. Təlimlərdə xüsusi yaradılmış platforma haqqında məlumatlar verilir, distant təhsildə istifadə olunan metodlar və texnologiyalar nəzərdən keçirilir. Distant təhsili ilə bağlı nümunəvi beynəlxalq təcrübə öyrənilir və uğurlu tətbiqi üçün imkanlar nəzərdən keçirilir. Məsələn, 2016 / 2017-ci tədris ilində Qərbi Kaspi Universitetinin müəllimləri üçün Vidzeme Universitetinin mühəndislik üzrə fəlsəfə doktoru, distant təhsil üzrə mütəxəssis Anris Cirulis tərəfindən distant təhsillə bağlı təlimlər təşkil olunub.

Microsoft Teams

Micosoft Teams üzrə təlim

Distant təhsil haqqında məlumat

Distant (məsafədən) təhsil - tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında təşkil olunduğu təhsilalma formasıdır. Distant təhsil öyrədən və öyrənən arasında əlaqəni telekommunikasiya və kompüter şəbəkələri vasitəsi ilə operativ, müntəzəm dialoq, əks əlaqə əsasında, uzaq məsafədən həyata keçirir.

Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalarından istifadə və s. aiddir.

Distant təhsildə informasiyalar öyrənənlərə elektron materiallar, elektron dərslik, audio-video disklər və s. formalarda təqdim edilir. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur.

 

Qərbi Kaspi Universitetində distant təhsil:

Qərbi Kaspi Universitetində  Distant Təhsil üzrə tələbə qəbuluna 2016/2017-ci tədris ilindən başlanmışdır. Hazırda Universitet tərəfindən müəyyən edilmiş ixtisaslar üzrə qəbul aparılır.

Qərbi Kaspi Univeristetində dünya standartlarına uyğun  təhsili sizə lazım olan zamanda və istədiyiniz məkandan Distant təhsil proqramına qoşularaq  əldə edə bilərsiniz.

İstədiyiniz məsafədən, iş yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün Distant təhsil proqramı yaxşı bir fürsətdir. Distant təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız. Son illərdə telefon xəttinin, fərdi kompüterlərin, audio-video vasitələrinin  və internet üzərindən həyata keçirilən online kursların istifadəsinin yayılmasıyla  Distant təhsil interaktiv, dinamik və olduqca canlı bir ölçü qazanmışdır. Təhsilin distant forması həmçinin müəyyən səbəblər üzündən təhsilini artırmaq imkanı olmayan və yeni ixtisas almaq arzusunu həyata keçirə bilməyən potensial şəxslərə real təhsil imkanları yaradır. Bu təhsil forması ənənəvi təhsil formalarına nisbətən öyrənənlərin müstəqilliyini, fəallığını optimal şəkildə inkişaf etdirir.

Qəbul qaydaları:

Qəbul Universitet tərəfindən müyyən edilmiş ixtisaslar üzrə həyata keçirilir. Qəbul  2 mərhələdə aparılır:

- I mərhələdə qəbul elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və müvafiq tələblərə cavab verdikləri halda təhsil almaq hüququnu qazanırlar. Qərbi Kaspi  Universitetində təhsil almaq istəyən şəxs  müraciət formasını dolduraraq distance_education@wu.edu.az elektron poçt ünvanına göndərməlidir. Sorğusu qəbul olunduqdan sonra müraciətçi Universitetə dəvət edilir.

- II mərhələdə isə  təhsil alan Mərkəz tərəfindən təyin ediliş  sənədləri  (notarial qaydada təsdiq olunmuş) şəxsən özü Mərkəzə təqdim edir. Sənədlərin düzgünlüyü  yoxlanıldıqdan sonra Mərkəzlə təhsil alan arasında müqavilə bağlanılır, tələbə siyahısına daxil edilir, elektron portalda tələbyə şəxsi kabinet açılır və onun elektron poçtuna istifadəçi adı və şifrə göndərilir.

Dərslərin təşkili:

-Dərslər elearning.wcu.edu.az  elektron portal üzərindən həyata keçirilir.

-Tədris prosesində yeni təlim texnologiyaları, interaktiv təlim metodları, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi təşkil olunur

-Sinxron və ansinxron dərslər təşkil olunur

- Professor-müəllim heyəti ilə öyrəncilərin distant əlaqəsi, müsahibə və tədris-məsləhət dərsləri həyata keçirilir

-Teləkonfranslar (audiokonfranslar, videokonfranslar) təşkil olunur.

-Dərs materiallarının elektron qaydada tələbələrə ötürülməsi təmin edilir.

 

     Distant təhsilin üstünlükləri

  • Təhsilin sürətini tənzimləmədəki sərbəstlik
  • Əlavə təhsil alama imkanı
  • Həm oxuyub, həm də işləmək imkanı
  • İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı
  • Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu
  • Səyahətdə olarkən də təhsil almaq imkanı
  • Təhsilin işlə və ailə həyatı ilə kombinasiyasının təmin edilməsi,
  • İstənilən yaşda təhsil alama imkanı

Distant təhsil proqramında kimlər təhsil ala bilər?

Distant Təhsildə hər kəs  vaxt itirmədən təhsil ala bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi vardır. Təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilərlər.

Distant təhsil proqramı  mənim üçün doğru seçimdirmi?

  • Təhsil almaq arzunuz lakin dərslərdə iştirak etmə çətinliyiniz varsa,
  • Dərslərdə iştirak etməyinizə mane olan ailə məsuliyyətiniz varsa,
  • Yaxşı vaxt idarəçilik bacarığınız varsa,
  • Siz müstəqil işləmək qabiliyyətinə maliksinizsə,
  • Sizin işləyərkən eyni zamanda təhsil almaq istəyiniz varsa,

Distant təhsil proqramı sizin üçün doğru seçim olacaqdır. 

Distant təhsil nədir?

Distant təhsil - təhsil müəssisələrindən istənilən məsafədə yerləşərək təhsil ala bilmək imkanıdır. İnternet texnologiyalarının tətbiqi ilə distant təhsil professional təhsilin müasir universal formasıdır. Bu təhsil prosesində tələbə müəyyən vaxt ərzində interaktiv rejimdə tədris-təcrübi materialları öyrənir,  internet və digər kommunikasiya vasitələrinin köməyi ilə müəllimlərin rəhbərliyi altında yoxlama işlərini yerinə yetirir. 

Distant təhsilin aktuallığı

Hal-hazırda Distant təhsil təhsilin sürətlə inkişaf edən formalarından biridir. Web serverlərin və müasir kompüterlərin proqram təminatının mövcud olan imkanları qlobal şəbəkə vasitəsilə təhsil ala bilmək üçün interaktiv proqramların yaradılmasını mümkün edir. İnternet texnologiyalarına əsaslanan Distant təhsil öz imkanlarını genişləndirir və ona beynəlxalq internet şəbəkəsi və televiziya, konkret öyrətmə texnologiyalarının sintezini əks etdirən perspektiv təhsil sistemi kimi baxılır. Bu yeni təhsil forması potensial öyrəncinin geniş dairəsi üçün biliyin paylanmasının intensifikasiyasına imkan yaratmaqla yanaşı, yeni bilik və texnologiyaların istehlakçıları arasında təhsilin bazar mühitini formalaşdırır.

Distant təhsilin texnologiyası

Distant təhsilin texnologiyası iki hissəyə ayrılır:

İnteraktiv:

  • audio konfranslar (audio conferencing);
  • video konfranslar (video conferencing);
  • iş stolunda video konfrans (desktop video conferencing);
  • elektron konfranslar:9
  • e-mail;
  • online servis (Skype, WhatsApp və s.);
  • səsli əlaqə (voice mail);
  • ikitərəfli peyk əlaqəsi;
  • virtual reallıq (vertual reality);

İnteraktiv olmayan:

  • çap materialları;
  • birtərəfli peyk əlaqəsi;
  • televiziya və radio verlişləri;
  • CD və DVD disklər;

Distant təhsil nədən başlayır?

Distant təhsil kursu məsələnin qoyuluşu, müəyyən edilmiş məsələlərə cavab verən metodların seçilməsi,müəyyən edilmiş məqsəd və metodikalara cavab verən texnologiyaların seçilməsinin təşkilidir.

  • əməkdaşlıq pedaqogikası,
  • ənənəvi təhsil,
  • təcrübə və təhsil məsələləri,
  • interaktiv diskussiyalar,
  • modelləşdirmə,
  • nümayiş,
  • açılış,
  • oyunlar,
  • problemlərin həlli,
  • təlimat
  • kimi müxtəlif təhsil situasiyaları yaratmaqla başlayır.

Interaktiv təhsil prosesi necə keçir?

  • Professor-müəllim heyəti ilə öyrəncilərin distant əlaqəsi, müsahibə və tədris-məsləhət dərsləri (tyutorla iş);
  • Xarici dinləyicilər üçün onlayn dərslərin keçirilməsi, mühazirələrin təşkili;
  • Linqvistik tərcümə proqramlarına, tədris çalışmalarına və interaktiv oxu materiallarına, hipermətnli kitablara elektron daxil olma;
  • Təcrübənin real tələbələrinə və professional fəaliyyətin spesifikliyinə yönələn konkret situasiyalar və elektron işgüzar oyunlar;
  • Video konfrans və seminarlar.

 

Interaktiv təhsil prosesi necə keçir?

  • Professor-müəllim heyəti ilə öyrəncilərin distant əlaqəsi, müsahibə və tədris-məsləhət dərsləri (tyutorla iş);
  • Xarici dinləyicilər üçün onlayn dərslərin keçirilməsi, mühazirələrin təşkili;
  • Linqvistik tərcümə proqramlarına, tədris çalışmalarına və interaktiv oxu materiallarına, hipermətnli kitablara elektron daxil olma;
  • Təcrübənin real tələbələrinə və professional fəaliyyətin spesifikliyinə yönələn konkret situasiyalar və elektron işgüzar oyunlar;
  • Video konfrans və seminarlar.