Qərbi Kaspi Universiteti

Kitabxana

Kitabxana haqqında

Elmi Kitabxana Mərkəzinə xoş gəlmisiniz!

Elmi Kitabxana Mərkəzi iki filialda xidmətinizdədir : İstiqlaliyyət filialı, Əhməd Rəcəbli filialı (I-V günlər, saat 09.00-18.00).Elektron resurslara 24/7 istədiyiniz yerdən daxil ola, axtarış apara bilərsiniz.

Elmi Kitabxana Mərkəzinin 1991-ci ildə universitet yaranan tarixdə əsası qoyulub. Fondun əsas hissəsi elmi, elmi-kütləvi ədəbiyyat, tədris kitabları, bədii ədəbiyyat, serial nəşrlər, dövri mətbuat, elmi jurnallar və s. informasiya resurslarından ibarətdir. Elmi Kitabxana Mərkəzinin fondu müxtəlif elm sahələrini əhatə edən Azərbaycan, türk, rus, ingilis, fransız və digər dillərdə kitablarla zəngindir. Zəngin və daim yenilənən kitabxana fondu, mütəmadi inkişaf edən kolleksiyaları ilə akademik heyətin, tələbələrin və digər istifadəçilərin tələbatlarının ödənilməsi hər zaman prioritet vəzifələrdən biridir.

Qərbi Kaspi Universiteti Azərbaycanda BMT Kitabxanasının fəaliyyət göstərdiyi ilk və yeganə universitetdir.

 

Xəbərlər

Qərbi Kaspi Universitetinin Elmi Kitabxana Mərkəzinin əməkdaşları ilə Beynəlxalq akademik nəşriyyat olan “De Gruyter” nəşriyyatı,“İnformaScore” və “Muroma” şirkətinin nümayəndələrinin görüşü keçirilib.

 

Tədbirlər

Sərgilər

Müsabiqələr

Kitabxana günü

Bütün tədbirlər

 

Qaydalar

Elmi Kitabxana Mərkəzindən istifadə qaydaları

Elmi Kitabxana Mərkəzi iki filialda xidmətinizdədir : İstiqlaliyyət filialı, Əhməd Rəcəbli filialı

Kitabxananın iş vaxtı:

· I-V gün , saat 900 - 1800 (Qeyd: Sənədlərin elektron sifarişi üçün 7/24 library@wu.edu.az saytına sorğu göndərə bilərsiniz)

 

Üzvlük qaydaları

Bütün kitabxana istifadəçiləri kitabxanaya üzv olmalıdır. Üzvlük üçün şəxsiyyət vəsiqəsi və tələbə kartı təqdim edilməlidir. Oxucu informasiyasında hər hansı bir dəyişiklik olduqda (ünvan, telefon, təhsillə bağlı və s.) kitabxanaçını məlumatlandırmalıdır.

Kitabxanada davranış qaydaları

· Sakitliyə riayət olunmalıdır.

· İstifadəçilər kitabxanaçılara öz tələbə biletini və yaxud şəxsiyyəti təsdiq edən sənədlərini təqdim etməlidirlər.

· Mobil telefondan səssiz rejimdə istifadə edilməlidir.

· Kitabxanada digər oxucuları narahat edən, fikirlərini yayındıran və ya kitabxana materiallarına zərər verə biləcək avadanlığın istifadəsinə icazə verilmir;

· Çantalar, üst geyimləri, şəxsi əşyalar kitabxana girişində xüsusi qutulara yerləşdirilməlidir.

· Kitabxanaya içkilər və yemək ilə daxil olmaq qadağandır.

· Kitabxananın əməkdaşları kitabxananın təhlükəsizliyi üçün hər hansı fəaliyyəti dayandırmağa səlahiyyətlidir.

Kitabxana materiallarından istifadə

· Hər hansı bir kitabxana materialında qeydlərin aparılması qadağandır.

· İtirilən və zədələnən hər bir informasiya daşıyıcısı üçün istifadəçi qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

· Yalnız universitetin işçiləri və tələbələri universitetin elektron məlumat bazalarından istifadə edə bilərlər.

 

İşçi heyət

Əsədova Mehparə 

Tağıyeva Turanə

Paşayeva Arzu 

İbrahimova Fərəh 

Lütfullayeva Sevinc 

 

Əlaqə

Qərbi Kaspi Universiteti Elmi Kitabxana Mərkəzi iki  ünvanda fəaliyyət göstərir:

Üunvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

Telefon: +994124927418 (daxili 25)

------------------------------------------

Ünvan:Azərbaycan, Bakı, Əhməd Rəcəbli küçəsi, III Paralel, 17A

+994125653977 (daxili 108)

Bizi izləyin: Facebook

Email:  library@wu.edu.az