Turizm işinin təşkili
Proqram: Turizm işinin təşkili üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani /qiyabi
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Turizm və otelçilik tələbələrə idarəetmə sahəsində təhlil qabiliyyətini, otel idarəçiliyi sahəsində bilik və bacarıqların aşılanmasını təlqin edən çoxsahəli əyani təhsil proqramıdır. Tələbələr turizm sahəsində uğurlu karyera qurmaq üçün önəmli olan bacarıqlarla yanaşı texniki və nəzəri bilikləri əldə etmə imkanlarına sahib olurlar. Proqram otel idarəetməsi anlayışında mühüm əhəmiyyət kəsb edən marketinq, iqtisadiyyat və insan resurslarının idarə edilməsi sahələrini əhatə edir. Tələbələr davamlılıq prinsiplərinin üstünlük təşkil etdiyi turizm sahəsi ilə daha dərindən tanış olurlar. Onlar liderlik, idarəetmə, marketinq və strateji idarə etmə sahələrində başlıca biznes bacarıqlarını əldə edir və bu bacarıqları mədəni müxtəliflik konteksində heyətin necə idarə edilməsini öyrənməklə daha da genişləndirirlər.
Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Əldə ediləcək bilik və bacarıqlar
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Turizm müəssisələrində idarəetmənin beynəlxalq və yerli ölçülərini dərk etmək, müessisənin daxili və xarici mühitini təhlil etmək bacarıqlarına;
- Turizm sektorunun tələblərinə uygun olaraq informasiya-kommunikasiya texnologiyalarından və proqramlarından (Excel, Word,Power Point, Photoshop, SPSS, Stata, Python ve s.) istifadə edə bilmək bacarıqlarına;
- Turizm sahəsində Azərbaycanın strateji inkişaf məqsədlərini və prioritetlərini təhlil edə və qiymətləndirə bilmə bacarıqlarına;
- Beynəlxalq turizm bazarlarında mövcud və potensial meyilləri anlamaq, müqayisə etmək və şərh etmək bacarığına;
Məzunların iş tapmaq imkanları
"Turizm işinin təşkli” ixtisası üzrə Təhsil Proqramının məzunları iqtisadiyyatın uyğun sahələrində, turizm və xidmət sahələri üzrə layihə, istehsalat-texnoloji və təşkilat inzibatçılıq istiqamətlərində istənilən uyğun peşədə işləyə bilərlər