Ümumi iqtisadiyyat
Qərbi Kaspi Universiteti Ümumi iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramını təklif edir.
Proqramın məqsədi:
- Milli, regional və qlobal səviyyələrdə problemlərinin tənzimlənməsi
- Dövlət qurumları, beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları
- Ən əhəmiyyətli iqtisadi anlayışlar.
- Səmərəlilik problemi.
- İqtisadi nəzəriyyə üsulu.
- İqtisadi nəzəriyyənin inkişaf tarixi.
- Bazar iqtisadiyyatı
- Dövlətin iqtisadi rolu
- Mikroiqtisadiyyat
- Qiymət və qiymətlər.
- İstehsal xərcləri və mənfəət.
- Əmək bazarı və əmək haqqı.
- Kapital istehsalın bir faktoru
- Beynəlxalq ticarət
- Beynəlxalq iqtisadi münasibətlər
- Müasir dünya iqtisadiyyatının problemləri
Proqramın tərkib hissəsi olaraq rəsmi metodlar və müasir iqtisadiyyatda istifadə edilə alətləri özündə əhatə edən müstəqil tədqiqat vasitəsi ilə araşdırmalar həyata keçirir. Universitetin doktorantları və dissertantları elmi işlərin nəticələrinə dair məruzələrlə milli və universitet miqyaslı elmi konfranslarda və simpoziumlarda iştirak edirlər. Doktorantlar (dissertantlar) sahəni əhatə edən nəzəri və metodik əsaslara dair dərin biliklərə yiyələnməklə yanaşı müasir maliyyə və maliyyə sahəsinə aid standartlarda mütəxəssis-alim bacarıqlarına sahiblənirlər ki, bu da onlara başqalarının elmə verdikləri töhvələri anlamaq və sərbəst şəkildə növbəti pillədə də müstəqil elmi işlər görmək imkanı verir. Tədqiqat səviyyəsi elə bir mərhələdədir ki, bu, Sizin məqalələrinizin iqtisadiyyata dair yüksək səviyyəli yüksək İF -lu elmi jurnallarda çap edilməsinə imkan yaradır.
Həmçinin, dissertanlar bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz doktorantları üçün beynəlxalq mütəxəssisləri dəvət edir, belə ki, Çexiyadan Jiri Nesiba, Hana Stojanova, Polşadan Marta Gancazyk, Böyük Britaniyadan Ekaterina Rees-Yaeger, Colin Love, Randall Baker, ABŞ-dan Rise Kelsi, Kanadadan Duglass Ross, Nigeriyadan Udo İni Eno, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal, Almaniyadan Utah Stoltenberg. Bundan əlavə, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus proqramında iştirak etmə imkanını təklif edir.
Proqramda iştirak və gələcək perspektivlər:
Magistraturanı bitirmiş tələbələrə ali səviyyədə doktorantura tədrisi təklif edilir. Dünya iqtisadiyyatı üzrə fəlsəfə doktoru elmi dərəcəsi proqramı əsas olaraq Azərbaycanda və ya xaricdə, ticarət, pul maliyyə, sosial, elmi, texniki, ekoloji və qlobal iqtisadi sahələrində yer almaq üçün tələb olunan ixtisasları qazanmaq istəyən doktorantlar (dissertantlar) üçün nəzərdə tutulub. Bundan əlavə iqtisadiyyat sahəsində Sizin yüksək səviyyədə elmi tədqiqat aparmanıza imkan verir.