Qərbi Kaspi Universiteti

Fakültələr

Mühasibat

Proqram: Mühasibat 

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani / qiyabi 

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqram tərkibi >

Mühasibat iqtisadi və maliyyə təhlillərin öyrənilməsinə yönəlmiş çoxsahəli tədris proqramıdır. Mühasibat müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün maliyyə-təsərrüfat fəaliyyətinin, təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və qaydaya salınması sistemini özündə əks etdirir. Statistika, iqtisadiyyat, maliyyə, riyaziyyat kimi əsas fənlərin tədrisi ilə yanaşı, tələbələr statistik informasiyanın elektron təhlilinin müasir metodlarını öyrənirlər ki, bu da əldə etdikləri nəzəri bilikləri praktikada tətbiq etmək imkanı yaradır.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Proqramı müvəffəqiyyətlə başa çatdıran məzunlar iqtisadi fəaliyyətlə bağlı dövlət strukturları, büdcə və qeyri hökumət təşkilatlarında, nazirlik və komitələrdə, biznes və sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektlərində, firma, müəssisə və şirkətlərin müvafiq struktur bölmələrində, beynəlxalq biznes, maliyyə, turizm və digər xidmətlər üzrə fəaliyyət göstərən şirkətlərdə fəaliyyət göstərə bilərlər.