Qərbi Kaspi Universiteti

Fakültələr

Dövlət və bələdiyyə idarəetməsi

Proqram: Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqramın tərkibi >

Dövlət və bələdiyyə idarəetməsi üzrə bakalavr dərəcəsi dövlət strukturlarında işin təşkili və idarəetmə prosesini öyrədən, eyni zamanda karyera inkişafında lazımi olan bilik və bacarıqları aşılayan çoxsahəli tədris proqramıdır. Bu proqram dövlət strukturları və bələdiyyələrdə fəaliyyət göstərmək istəyən şəxslər, menecerlər, inzibati işçilər, xidmət təminatçıları, siyasi analitiklər, sosial xidmət orqanları və digər dövlət və ya qeyri-kommersiya təşkilatlarında işləməyi planlaşdıran şəxslər üçün nəzərdə tutulmuşdur. Tələbələr siyasi elmlər, iqtisadiyyat, menecment və digər sahələrdə təcrübi bilik və praktiki bacarıqlarla təmin olunurlar.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacarıqlar

  • İxtisası üzrə Azərbaycan dilində şifahi va yazılı kommunikasiya bacarıqlarına;
  • İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
  • Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
  • Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarıqlarına;
  • İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
  • Komandada iş, problemin həllinə ortacı yanaşmaya nail olmaq qabiliyyətinə;
  • Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
  • Məsələlərin həlli üçün əlavə malumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
  • Peşakar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumiləşdirmək və tətbiq etmək bacarıqlarına;
  • Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmillaşdirilmək, vaxti idare etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
  • Fəaliyyətində sosial və ekoloji məsuliyyətə, eləcə də vətəndaş şüuru və etik yanaşmaya, hamçinin keyfiyyətə üstünlük vermək bacarığına;
  • Bilik va bacanqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndirmək və özünütənqid bacarığına.

Məzunların iş tapmaq imkanları

Məzunlar mərkəzi və yerli dövlət idarəetmə orqanlarında, yerli özünüidarəetmə orqanlarında, yerli və regional mərkəzlərdə, taşkilatı-hüquqi formasından asılı olmayaraq ictimai əhəmiyyətli qurum və şirkətlərdə, beynəlxalq təşkilatlarda, mövcud qaydalara riayət edilməklə müxtəlif elm və təhsil müəssisələrinin müvafiq bölmələrində və peşə-ixtisasına uyğun strukturlarda işləyə bilərlər.