Beynəlxalq ticarət və logistika
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Beynəlxalq ticarət və logistika ixtisası beynəlxalq ticarət əməliyyatlarının və beynəlxalq yükdaşımalarının həyata keçirilməsinin təşkili və texnikası ilə bağlı nəzəri və əməli bilikləri araşdıran bir sahədir. Bazar iqtisadiyyatı şəraitində gündən-günə geniş vüsat alan qloballaşma və inteqrasiya prosesləri bu ixtisas qarşısında beynəlxalq bazarları, mal-maddi dəyərlərin beynəlxalq alqı-satqısını, onların miqdarını, keyfiyyətini, son qiymətini, göndərilmə vaxtını, müddətini və beynəlxalq daşımalar öyrənməyi və nəticələri müvafiq biznes sahələrində praktiki olaraq tətbiq etmək bacarığına malik olan kadrlar yetişdirməkdir.
Bu ixtisas üzrə mütəxəssis, beynəlxalq ticarət kimi çox geniş və mühüm iqtisadi fəaliyyəti idarə edir.Uğurlu nəticələr əldə edilməsi üçün xarici bazarları araşdırır, qiymətləri təhlil edir, məhsulların istehlak xüsusiyyətlərinə və keyfiyyətinə olan tələbləri müəyyənləşdirir, məhsulların təchizatı və daşınmasını təşkil edir. Logistik funksiyaların icrası zamanı nəqliyyat növlərinin seçilməsi, marşrutun optimallaşdırılması, yükləmə-boşaltma işlərinin təşkili, anbarlaşdırma barədə zəruri qərarlar qəbul edir.
Bu ixtisas özündə daha çox iqtisadiyyatyönlü problemləri cəmləsə də, hüquq, nəqliyyat və xarici dillər üzrə məsələlərin həllini də tələb edir.
Əldə ediləcək bilik və bacarıqlar
- İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
- İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
- Milli dövlətimizin qarşılaştığı təhdidləri va çağırışları müəyyən etmə bacarıqlarına;
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
- Yeni şəraitə uyğunlaşmaq, təşəbbüs irəli sürmək qabiliyyətinə və uğur qazanmaq iradəsinə;
- Məsələlərin həlli üçün əlavə malumat resurslarını müəyyən etmək və seçə bilmək qabiliyyətinə;
- Peşəkar məqsədlər üçün müvafiq məlumatı təhlil etmək, ümumləşdirmək və tətbiq etmək bacarıqlarına;
- Peşəkar fəaliyyətini planlaşdırmaq və təşkil etmək, gələcək təhsilini və mövcud bacarıqlarını təkmilləşdirilmək, vaxtı idarə etmək və tapşırıqları vaxtında tamamlamaq qabiliyyətinə;
Məzunların iş tapmaq imkanları
Məzunları dövlət hakimiyyəti və idarəetmə orqanlarında; nazirliklərdə və təşkilatlarda; dövlət gömrük komitəsində; dövlət şirkətlərində; nəqliyyat-logistika mərkəzlərində; limanlarda, nəqliyyat və nəqliyyat-ekspedisiya şirkətlərində; idxal və ixracla məşqul olan şirkətlərdə; yerli və beynəlxalq şirkətlərin nəqliyyat və təchizat bölmələrində; investisiya şirkətlərində; yerli və beynəlxalq konsaltinq və sərgi firmalarında; reklam agentliklərində; beynəlxalq təşkilatların nümayəndəliklərində ixtisas üzrə bütün vəzifələrdə işləyə bilərlə