Biznesin təşkili və idarə edilməsi
İstiqamət Biznesin idarə edilməsi
Proqram: Biznesin təşkili və idarə edilməsi üzrə magistr
Müddət: 2 il
Təhsil forması: əyani
İllik təhsil haqqı: 2100 AZN
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Proqram haqqinda
Biznesin təşkili və idarə edilməsi üzrə magistr proqramı-idarəetmə bacarığı olan məzunlara biznes inzibatçılığı və idarə edilməsi üzrə tədrisi təşkil edən təhsil proqramıdır. İdarəçilikdə mühüm yer alan marketinq, maliyyə, planlaşdırma, logistika, iqtisadiyyat və riyaziyyat da tədris proqramını əhatə edir. Magistrlərin elmi, tənqidi düşüncə, problemlərin həlli və şəxsiyyətlərarası münasibətlər üzrə bacarıqlarını inkişaf etdirməklərinə xüsusi diqqət yetirilir. Magistrlar elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər. Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalıdır. Tələbə peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır. Eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.
Əldə ediləcək bilik və bacarıqlar
· Kommersiya və qeyri-kommersiya təşkilatlarının biznes aspektləri ilə əlaqədar analitik iş metodlarına malik olmaq qabiliyyəti;
· Elmi-tədqiqatların aparılmasının işçi plan və proqramlarının işlənilməsini həyata keçirmək, tədqiqatlar qrupu və fərdi icraçılar üçün tapşırıq hazırlamaq qabiliyyəti;
· Biznesin idarə edilməsi sahəsində tədqiqatların aparılma mexanizminin işlənib həyata keçirilməsi, onların nəticələrinin həllini tələb edib, icmal illik hesabatlarının hazırlanması üçün məlumatları hazırlama qabiliyyəti;
· Tədqiqat mövzusu üzrə məlumatların toplanması, işlənməsi və sistemləşdirilməsini həyata keçirmək, tədqiqatın metodunu və problemlərin həlli vasitələrini müəyyən etmək qabiliyyəti;
· Biznesin idarə edilməsi sahəsi üzrə tədqiq olunan proseslərin və obyektlərin nəzəri və iqtisadi modellərinin işlənib həyata keçirilməsi qabiliyyəti;
· Peşəkar biznes fəaliyyəti üzrə tədqiq olunan proses və obyektlərin nəzəri və yeni ekonometrik modellərinin işlənib hazırlamaq qabiliyyəti;
· Biznes prosesləri üzrə aktual elmi problemləri aşkar edib tədqiqat aparmaq qabiliyyəti;
· İnnovasiyanın səmərəli istifadəsinin istiqamətlərini müəyyənləşdirib tədqiqat aparmaq qabiliyyəti;
· Risklərin idarə edilməsi sisteminin işlənib hazırlanması məqsədi ilə təsərrüfat subyektlərinin fəaliyyətində risklərdən yaranmış itkilərin aşkar edilməsi və tədqiqat aparmaq qabiliyyəti.
Məzunların iş tapmaq imkanları
- Elmi-tədqiqat müəsissələri;
- Pedaqoji müəsissələri;
- Layihə-iqtisadi təşkilatları;
- Təşkilatlarda inzibatçılıq və s.