Qərbi Kaspi Universiteti

Müəllimlər

Səfər

Səfər  Pürhani

İqtisadiyyat və Biznes Məktəbi

Professor, İqtisad elmlər doktoru, Turizm və sahələr iqtisadiyyatı kafedrasının müdiri

Mən, Pürhani Səfər Həsən oğlu 15 avqust 1957-ci ildə Gəncə (keçmiş Kirovabad) şəhərində anadan olmuşam. 1964-cü ildə birinci sinifə getmişəm və 1974-cü ildə Gəncə şəhəri 25 saylı orta məktəbi bitirmişəm. 1974-cü ildə M.Əzizbəyov adına Neft və Kimya institutuna "Avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisasına qəbul olunmuşam.1979-cu ildə institutu müvəffəqiyyətlə bitirmişəm və 1980-ci ildə Neft və Kimya institutunun aspiranturasına qəbul olunmuşam. 1984-cü ildə aspiranturanı bitirmişəm.  Əmək fəaliyyətinə 1972-ci ildən Gəncə şəhəri Rabitə qovşağında poçtalyon kimi başlamışam.Ali təhsilimi başa vurduqdan sonra təyinatla Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutunda mühəndis kimi çalışmışam.1980-ci ildə Azərbaycan Politexnik İnstitutunun Gəncə (Kirovabad) filialında mütəxəsis kimi əmək fəaliyyətimi davam etdirmişəm. 1981-1989-cu illərdə Azərbaycan Texnologiya İnstitutunda lobarant,lobaratoriya müdiri,assistent və dekan müavini vəzifələrində çalışmışam.1989-1991-ci illərdə Kənd Təsərrüfatı Akademiyasında kafedra müdiri, 1991-1997-ci illərdə Gəncə Elektron Sənaye Texnikumunun direktoru, 1997-2001-ci illərdə Gəncə Dövlət Humanitar Kollecinin direktoru, 2001-2002-ci illər Təfəkkür Universitetinin prorektoru, 2002-2003-cü illər Yazar LTD-nin direktoru, 2003-2007-ci illər Odlar Yurdu Universitetində professor,dekan, prorektor vəzifələrində çalışmışam.Bu illərdə eyni zamanda Milli Aviasiya Akademiyasında 0.5 ştat professor vəzifəsində tədrislə məşğul olmuşam. 2007-2010-cu illər Milli Aviasiya Akademiyasının professoru, 2010-2019-cu illər kafedra müdiri vəzifələrində çalışmışam. 2018-ci ildən Dövlət Gömrük Komitəsinin Akademiyasında saat hesabı müəllim,2019-cu ildən hal-hazıra qədər professor vəzifəsində əmək fəaliyyətimi davam etdirirəm.             1987-ci ildə Moskva Kimya-Texnologiya İnstitutunda elmlər namizədi, 1993-cü ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyalarını müdafiə etmişəm.İqtisad elmləri doktoru, professoram.90-dan çox elmi məqaləm,bir monoqrafiyam, üç dərsliyim, iki dərs vəsaitim çap edilib. Beynəlxalq və Pespublika əhəmiyyətli konfranslarda məruzələrlə çıxışlar etmişəm. Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmanları ilə (1986,2000), SSRİ Təhsil Nazirliyinin təşəkkürü və pul mükafatı ilə (1987), Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə (2022) təltif edilmişəm.  Əsas elmi nəşrlər: ·         “Hesablama texnika vasitələrinin bazarlarının təşkili”  Monoqrafiya - 1991 ·         “İqtisadiyyat” Dərslik Bakı – 1997 ·         “İzahı iqtisadi terminlər lüğəti” I-II cild – 2004 ·         “Qısa izahlı iqtisadi terminlər”  2005 ·         “Mülki aviasiyanın iqtisadiyyatı” Dərslik – 2012 ·         “Dünya iqtisadiyyatı” Dərslik I-II cild – 2015 ·         “Beynəlxalq iqtisadiyyat” Dərs vəsaiti  - 2016 ·         “İstehsalın təşkili və menecmenti” Dərs vəsaiti – 2017 ·         “Gömrük nəzarəti” Dərslik - 2021

Afaq

Afaq  Həsənova

İqtisadiyyat və Biznes Məktəbi

Riyaziyyat üzrə fəlsəfə doktoru, Ümumi iqtisadiyyat kafedrasının müdiri

Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)    Akademik fəaliyyətinin istiqamətləri: Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində) Statistika İqtisadiyyat Mikroiqtisadiyyat Makroiqtisadiyyat Beynəlxalq İqtisadi Münasibətlər Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində)  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə  başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana  və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur.  Elmi nəşrlər: 1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996 2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000 3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014 4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi  yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015

Mübariz

Mübariz  Bağırov

İqtisadiyyat və Biznes Məktəbi

Professor, İqtisad elmlər doktoru

 M.M.Bağırov 11 avqust 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Nursu kəndində doğulub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirərək, iqtisadçı ixtisasına yiyələnib. 1986-cı ildə həmin İnstitutun aspiranturasına qəbul olub və 1993-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1995-1997-ci illərdə Sankt Peterburq şəhərində Dövlət Maliyyə İqtisad Universitetinin doktorantı olub. 1997-ci ildə həmin universitetdə “Azərbaycan Milli Bank sisteminin yaradılması” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, iqtisad elmləri doktoru elmi dərəcəsi alıb.1978-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuşdur. 1980-1982-ci illərdə Sovet ordusu sıralarında (Gürcüstan Respublikasında) həqiqi hərbi xidmət keçmişdir. 1982-1989-cu illərdə Bakı Baş Tikinti İdarəsində 2№-li evtikmə kombinatında fəhlə, əmək və əməkhaqqı şöbəsində mühəndis, böyük mühəndis və həmin şöbənin müdiri vəzifələrində çalışmışdır. 1989-1993-cü illərdə 2№-li evtikmə kombinatın direktorunun iqtisadi məsələlər üzrə müavini, 1993-1998-ci illərdə Azərbaycan Sənaye İnvestisiya Səhmdar Kommersiya Bankının İxtisaslaşmış Tikinti filialının müdiri, 1998- 2001-ci illərdə Azərbaycan İqtisadçılar İttifaqının “Pul tədavülü və kredit Departamenti”nin direktoru vəzifələrində çalışıb. 2000-2005-ci illərdə Odlar Yurdu Universitetində “Maliyyə və gömrük işi” kafedrasının müdiri, 2005-2007-ci illərdə “ATRA” Səhmdar Kommersiya Bankının idarə heyətinin sədrinin müavini, 2007-2009-cu illərdə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunda baş elmi işçi, 2009-2010-cu illərdə AMEA-nın İqtisadiyyat İnstitutunda “Maliyyə, pul- kredit siyasəti” şöbəsində baş elmi işçi vəzifəsində işləyib. 2010-cu ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının professorudur.M.M.Bağırov 2007-2010-cu illər ərzində Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutu nəzdində fəaliyyət göstərən Dissertasiya Müdafiələri üzrə İxtisaslaşmış Müdafiə Şurasının, 2010-2018-ci illərdə isə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunda fəaliyyət göstərən FD 02.052 saylı Müdafiə Şurasının üzvü olmuşdur. 2018-ci ildən başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının iqtisad elmləri üzrə ixtisaslaşmış ekspert şurasının üzvüdür. 2000-ci ildən hal-hazıradək bir sıra elmi jurnalların, o cümlədən Odlar Yurdu Universtitetinin Elmi xəbərlər, Naxçıvan Universitetinin Elmi xəbərlər, Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Təşkili və İqtisadiyyatı İnstitutunda nəşr olunan elmi jurnalların redaksiya heyətinin üzvü olmuşdur. M.M.Bağırov tərəfindən işlənmiş olan “Milli bank sistemtlərinin transformasiyası, təşəkkülü və inkişaf etdirilməsinin siyasi, iqtisadi, sosial şərtlərinin yaradılmasının nəzəri və metdoloji məsələlərinə dair konsepsiyalar” 1998-ci ildə Moskva şəhərində V.V.Maslennikovun rəhbərliyi altında buraxılan “Milli bank sistemlərinin yaradılması təcrübəsi” adlı Elmi tədqiqat dərgisinə daxil olmuşdur. 2005-ci ildə M.M.Bağırovun həmmüəllifliyi ilə Azərbaycanda ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya Komissiyasının qərarı ilə (№TK 5, 07.07.2004) 8 mindən artıq iqtisadi terminləri özündə əks etdirən geniş oxucu və tədqiqatçılar kütləsi üçün zəruri olan “İzahlı iqtisadi terminlər” lüğəti və 4000-dən çox iqtisadi terminləri özündə əks etdirən “Qısa izahlı iqtisadi terminlər” lüğəti buraxılmışdır. M.M.Bağırov Azərbaycanda bank sisteminin, həmçinin bankların formalaşması, təşkili, idarəedilməsi, tənzimlənməsi, likvidliyi və s. kimi vacib parametrlərinin tədqiqi ilə məşğul olan ilk tədqiqatçılardandır. Bu sahədə 100- dən artıq monoqrafiyası, dərsliyi, dərs vəsaitləri, məqalələri, tədris proqramları dərc edilmişdir. Bilavasitə rəhbərliyi altında 12 iqtisad üzrə fəlsəfə doktoru müdafiə edib elmi dərəcə almışdır, hal hazırda 5 iqtisad üzrə fəlsəfə doktoru müdafiə ərəfəsindədir. Əsərləri: «Создание   Национальной   Банковской   системы            Азербайджана», Monoqrafiya, S.Peterburq, 1997. «Место    и    роль   коммерческих    банков    в    системе             рыночных отношений». Bakı, 1997 «Условия формирования национальной банковской системе». Bakı, 1997.

Gülnarə

Gülnarə  Hacıyeva

İqtisadiyyat və Biznes Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

1982-ci ildə Bünyadzadə adına Xalq təsərrüfatı İnstitutunun (hazırki UNEC) uçot-iqtisad fakultəsini əlaçı diplomu ilə bitirib. 1986-cı ildə AMEA İqtisadiyyat İnstitutunda iqtisad elmləri namizədi (hazırki iqtisad üzrə fəlsəfə doktoru) elmi dərəcəsini alıb. 2006-cı ildə AAK tərəfindən dosent adına layiq görülüb. 1999 (avqust-noyabr) “Holland sindromu problemi” üzrə ABŞ-nın Oklahoma ştatının Oklohoma Universitetində apardığım tədqiqata görə Universitetin diplomuna layiq görülüb. Elmi nəşrlər Ümumilikdə 70-ə yaxın elmi-tədqiqat işinin müəllifidir. Onlardan 20-ə qədəri xarici nəşrlərdə, digərləri isə yerli nəşrlərdə dərc olunmuşdur.  Son dövrlərdə xaricdə dərc olunan məqalələr - Modeling The Impact Of Innovation On Industrial Competitiveness And Regulation Of Leasing Relations (7th International conference Science and society – Methods and problems of practical application 15th February 2019 Vancouver, Canada); The problem of migration of the Turkish people and labor market liberalization(XV International Scientic and Practical Conference «Social and Economic Aspects of  Education in Modern Society» July 25, 2019 Warsaw, Poland);  Yerli jurnallarda - Azərbaycanın sənaye siyasəti dövlətin iqtisadi inkişafda iştirakının mütləq atributudur (QƏRBİ KASPİ UNİVERSİTETİ ELMİ XƏBƏRLƏR İctimai və texniki elmlər seriyası SAY 3 – 2018.); Dərs vəsaiti - Управленческий учет. Учебное пособие.Баку.2017 (həmmüəlliflə); İdarəetmə uçotu, Metodiki vəsait.Bakı.2018 (həmmüəlliflə); Maliyyə, mühasibat üçotu və audit ixtisasları üzrə 20-ə qədər proqram və metodik vəsaitin müəllifiyəm. Almaniya, Kanada, Polşa, Rusiya,Ukrayna,Kazaxstanda keçirilən elmi-praktik konfranslarda məqlələrim dərc edilmişdir. 2006-ci ildən Qərbi-kaspi Universitetinin dosenti vəzifəsində çalışıram.

Nərminə

Nərminə  Qarayeva

İqtisadiyyat və Biznes Məktəbi

Texnika elmləri üzrə fəlsəfə doktoru

Nərminə Qarayeva 1984-cü ildə Bakı Dövlət Universitetinin Tədbiqi Riyaziyyat Fakultəsini bitirib. Texnika elmləri üzrə fəlsəfə doktorudur. (1994) https://search.rsl.ru/ru/record/01000296542 Nərminə Qarayevanın neft-qaz və təbii ehtiyatlar və resurslar sahəsi üzrə müxtəlif yerli və beynəlxalq şirkətlərdə, eləcə də akademiya və universitetlərdə 35 ildən çox aparıcı vəzifələrdə çalışıb, təcrübə qazanıb.  2016-cı ildən müxtəlif universitetlərdə, o cümlədən İsveçrənin Cenevrə Biznes Məktəbi və Azərbaycanda Bakı Ali Neft Məktəbində daxil olmaqla dosent  vəzifəsində çalışıb.   Bakı Ali Neft Məktəbində Böyük Britaniyanın Heriot-Vatt Universite və həmçinin Cenevrə Biznes Məktəbi ilə birgə ikili diplom Proqramı çərçivəsində Neft Mühəndisliyi, Quyuların Sınaq Təhlili, Neft İqtisadiyyatı, Biznesə giriş və davamlılıq, Neft-qaz sənayəsində layihələrin  idarə edilməsi, Layihələrin risk və qeyri-müəyyənlik təhlili və idarə edilməsi və digər fənləri tədris edib.   Nərminə Qarayevanın müəllifi olduğu “Birləşmiş Millətlər Təşkilatının Resursların Çərçivə Təsnifatının (UNFC) Azərbaycandakı Karbohidrogen Ehtiyatlarına Tətbiqinin Qiymətləndirilməsi” layihəsi 2021-ci ildə qrant müsabiqəsinin doqquz qalibindən biri olub.    Nəşrlər: https://doi.org/10.2118/207055-MS https://doi.org/10.2118/95419-MS https://ant.socar.az/article/2137 DOI: 10.37474/0365-8554/2022-08-5-14 Методическое руководство по гидродинамическим, промыслово-геофизическим и физико-химическим методам контроля разработки нефтяных месторождений. https://files.stroyinf.ru/Data2/1/4293828/4293828854.pdf (Караева Н.Т.) Монография cоавтор: «Фильтрационные процессы и идентификация параметров в многопластовых месторождениях» соавтор  https://www.gia.az/view.php?lang=ru&menu=40&id=407 ve s. https://unece.org/sites/default/files/2022-01/UNFC%20Petroleum%20Specifications%202021.pdf

Nizami

Nizami  Xudiyev

İqtisadiyyat və Biznes Məktəbi

Professor, İqtisad elmlər doktoru

Nizami Nəcəfqulu oğlu Xudiyev 1960-cı il dekabr ayının 5-i Bakı şəhərində  anadan olmuşdur. 1968-1978-ci illərdə Bakının Nizami rayonunda 62№ orta məktəbi bitirmiş və elə həmin il D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-statiska fakültəsinin əyani bölməsinə daxil olmuşdur. 1982-ci ildə həmin institutu “maliyyə-kredit” ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1982-1985-ci illərdə təyinat üzrə ölkəmizin sığorta orqanları sistemində sığorta müfəttişi vəzifəsindən böyük mühasib-təftişçi vəzifəsinədək yüksəlmişdir. 1982-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.  1985-ci ildə Az.XTİ-nin maliyyə-kredit ixtisası üzrə əyani aspiranturasına daxil olmuşdur. “Maliyyə” kafedrasının aspirantı kimi Sovet dövrünün mərkəzi elmi nəşrləri olan  « Финансы СССР », «Вопросы экономики», «АПК: экономика и управление» , daha sonrakı dövrlərdə tədqiqatçı-alim  kimi «Страхование», «Экономическая газета», «Финансы», »Экономика сельскохозяйственных и переработывающих предприятий» kimi mərkəzi dərgilərdə elmi məqalələrlə çıxış etmişdir. Elmi fəaliyyətinin ilkin mərhələsinin yekunu kimi 1988-ci ildə Lelinqrad şəhərində (indiki S-Peterburq) «Государственное страхование в системе АПК» mövzusunda “maliyyə, pul tədavülü və kredit” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etmiş və 1989-cu ilin martında iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.  Nizami Xudiyev pedaqoji fəaliyyətinə 1989-cu il fevral ayının 1-dən N.A. Voznesenski adına Lelinqrad Maliyyə İqtisad Universitetinin Bakı filialının “Maliyyə” kafedrasında RF Təhsil Nazirliyinin gənc mütəxəssis təyinatı əsasında asssistent kimi başlamışdır.   1993-cü ildə Azərbaycanda azərbaycan dilində yazılmış ilk sığorta kitabının müəllifi olmuşdur. Əmək fəaliyyətinin sonrakı dövrü də, Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə” ( indiki “Maliyyə və maliyyə institutları”)" kafedrası ilə bağlı olmuşdur. Bu kafedranın müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışmışdır.  2010-cu ildə elmi fəaliyyətinin nəticəsi kimi “Azərbaycan milli sığorta bazarının formalaşması  şəraitində sığorta resurslarının idarə edilməsi” mövzusunda Azərbaycanda ilk dəfə olaraq doktorluq dissertasiyası müdafiə etmişdir. AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən 2011-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə, 2017-ci ildən isə professor elmi adına layiq görülmüşdür.           N.Xudiyev maliyyə, sığorta məsələlərinə dair 100-dən çox elmi əsərin, o cümlədən, 3 dərslik, 2 dərs vəsaiti, 2 metodiki göstəriş, 12 fənn üzrə proqramın, 2 monoqrafiyanın və onlarlarla elmi məqalənin (ölkədə və xaricdə) müəllifidir..N.Xudiyevin “Sığorta fənni” üzrə dərslərini www.edu.cbar.az saytının Sığorta bölməsində izləmək olar. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tədris-Metodiki Şurasının, Dissertasiya Şurasının, fakültə Elmi Şurasının üzvüdür. İctimai əsaslarla kafedra müdirinin elmi işlər üzrə müavinidir. 2015-ci ildə səmərəli pedaqoji fəaliyyətinə görə AR Təhsil Nazirliyinin Fəxri Fərmanına layiq görülüb.           Elmi və tədris- metodik əsərlərinin siyahısı Страхование в АПК. Журнал «Финансы СССР», Москва,1988, №5. Перспективы развития государственного страхования в АПК. Журнал «АПК: экономика, управление». Москва, 1989, № 11. Совершенствование системы защиты перерабатывающих предприятий. Журнал «Экономика  сельскохозяйственных и перерабатывающих предприятий Москва,1989,№5 Обзор материалов поступивших в редакцию по проблемам арендных отношений. Журнал «Вопросы экономики», Москва, 1989, № 11. Страхование от производственного риска. Журнал «Финансы СССР», Москва, 1989, № 1 Участие в деловом клубе по страховым проблемам. Экономическая газета», Москва,    1989, № 36. Перспективные виды производственного страхования. Журнал «Финансы СССР», Москва, 1990 №1. 0.5п.л. Вопросы глобализации национальных страховых рынков в СНГ. Журнал «Финансы», Москва, 2004, № 2. Формирование единого страхового рынка в СНГ: причины, формы и тенденции. Журнал «Страховое дело». Москва, 2005, № 2. Совершенствование механизма налогообложения в страховых организациях. Журнал «Финансы», Москва, 2005, № 5. Перспективы и пути реформирования олигополистической модели страховых рынков в СНГ. Журнал Финансы. МОСКВА. 2013 №3 стр.49-50 Dövlət sığortası – etibarlı təminatdır. “Kənd həyatı” jurnalı, Bakı, 1988 №2. Проблемы страхования животноводства в сельскохозяйственных предприятиях республики. Журнал «Народное хозяйство Азербайджана», Баку, 1988, №8. Azərbaycan Respublikasında məsuliyyət sığortasının inkişaf istiqamətləri. AMEA-nın Xəbərləri, İqtisadiyyat seriyası, Bakı, 1988 № 1-4. Yeni təsərrüfatçılıq şəraitində dövlət sığortası. “Azərbaycan Xalq Təsərrüfatı” jurnalı, Bakı, 1989, № 9. Dövlət sığortasının inkişafı Ekspert jurnalı, 20 aprel 1990-cı il. Bələdiyyələrin iqtisadi əsaslarının formalaşması problemləri Bələdiyyə” jurnalı, Bakı, 1999, № 6. Kredit risklərinin sığortası “Ekspert” jurnalı. Bakı, 2000, № 10-11. Milli sığorta sisteminin inkişafının strateji istiqamətləri“Maliyyə və uçot” jurnalı, Bakı, 2002, № 2. 2004-cü il büdcəsində mərkəzi və yerli maliyyə məsələləri“Ekspert” jurnalı. Bakı, 2003, № 5-6. Müasir dövrdə sığorta münasibətləri və onların təkmilləşdirilməsi xüsusiyyətləri“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı, Bakı, 2003, №4“ Şəxsi sığorta dövlət sosial sığortasına mühüm əlavə kimi. “Regionlarda kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi problemləri”. Respublika elmi-praktiki konfransının materiallarında. Yevlax, 2004. Международный опыт организации аудиторского контроля в государственном страховании и его адаптация к республиканским условиям. Журнал «Аудит». Баку, 2004, № 2-3. Respublikada təkrarsığorta bazarının inkişaf perspektivləri. “Maliyyə və uçot” jurnalı. Bakı, 2005, № 1. Sığorta təşkilatlarında maliyyə sabitliyinin təminatının əsas istiqamətləri. “İqtisadiyyat və həyat” jurnalı, Bakı, 2005, № 5. Müasir şəraitdə sığorta ehtiyatlarının idarəedilməsinin bəzi məsələləri. “Maliyyə və uçot” jurnalı. Bakı, 2005, № 3. Milli sığorta sistemində kapital yığımı və onun idarəedilməsi. “Maliyyə və uçot” jurnalı, Bakı, 2005, № 5. Müasir sığorta nəzəriyyəsi: baxışlar, tendensiyalar. İqtisadiyyat və həyat” jurnalı, Bakı, 2005, № 11-12. Müasir mərhələdə sığorta nəzarəti sisteminin təkmilləşdirilməsi istiqamətl“İqtisadiyyat və audit” jurnalı, Bakı, 2006, № 7.   Sığorta şirkətlərinin dayanıqlı fəaliyyətinin əsas kriteriyaları və amilləri. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı, Bakı, 2006, № 1-2.   Sığorta təşkilatlarında vergitutmanın alternativ mexanizmi və onun tətbiqi perspektivləri Azərbaycanın vergi jurnalı.Bakı 2014 №4(118) səh.51-60   Milli sığotra bazarının maliyyə-vergi tənzimlənməsinin prioritetləri. Azərbaycanın vergi jurnalı.Bakı 2015 №1(121) səh.109-114   Azərbaycanın maliyyə xidmətləri seqmentində sığortanın rolu və sistemli transformasiya perspektivləri. Statistika xəbərləri Elmi –praktiki yurnalı.Bakı, N 3, 2017. Səh. 4-9.                 BİTKOİN in məzənnəsi necə təyin olunur. UNEC Ekspert yurnalı. Dekabr 2017, N-02 (04) səh. 16-17              Azərbaycan mılli sığorta bazarının yüksəlişi maliyyə xidmətlərinin   inkişafina dair Strateji Yol Xəritəsinin mühüm hədəflərindəndir.  “Maliyyə və uçot” jurnalı.N-2,2018- ci il.səh. 16-21.             Xarici investisiyaların artırilması üzrə Sinqapur modelinin Azərbaycanda qeyri neft setoruna investisiyaların artırılması ücün praktik istiqamətləri Bakı Dövlət Universitetinin Xəbərləri. Sosial siyasi elmlər seriyası. Bakı N 3 2019. Səh. 75-84  Qarabağ iqtisadi rayonunun maliyyə potensialı onun iqtisadi artım və inkişaf strategiyasının əsasıdır.İqtisadiyyat q. N-37, (1187), 16-22 sentyabr 2021 ci il. S. 4                                              Beynəlxalq konfranslarda məruzələr 1.Sığorta məqsədləri üçün qiymətləndirmə və onun təkmilləşdirilməsi istiqmətləri. “Müasir əmlak bazarı və qiymətləndirmə fəaliyyətinin qanunvericilik təminatı”. II Beynəlxalq elmi-praktiki konfransın materiallarında. Bakı, 2001. 2. Milli ehtiyatlar sistemi respublika sığorta bazarına nəzarətin strateji modeli kimi. “Milli iqtisadi inkişafın Azərbaycan modeli” mövzusunda Beynəlxalq konfransın materiallarında. Bakı, 2007. 3 Перспективы развития национальных  страховых рынков в постсоветском экономическом пространстве . Материалы ХШ Международной научно-практической конференции.27-28 октября 2016г.Киевский национальный универсиет им.Т.Шевченко-Киев 2016.стр.112-115   4. Sığorta xidmətləri bazarında prudensial nəzarət və şəffaflığın təmin edilməsi problemləri. Azərbaycan iqtisadiyyatının Strateji Yol Xəritəsi: hesabatlılıq və şəffaflıq problemləri Beynəlxalq Elmi- Praktiki Konfrans. Bakı 21-23 sentyabr 2017-cı il, səh. 220-222. 5. Testinq of FDİ and non-oil FDİ infloüs İN AZERBAYCAN using dunnug s eslectic model.55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020. 6 Current trends in the state and development of the insurance sector. 55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020. 7 İnternational experience on insurance of formsfrom export risks: existingproblems perspektives in Azerbaijan. 55TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 18-19 june 2020. 8. Current status and socio- ekonomic aspekts of the agricultural insurance system in Azerbaijan70TH İNTERNATİONAL Scientific Confrance on Economicic AND Sosial Development. Baku 25-26 june 2021 p271-276 9. XXİ əsrin ortalarına doğru Qarabağ iqtisadi rayonunun maliyyə potensialının substantiv elmi empirik ssenarisi. Qarabağda yeni iqtisadiyyat quruculuğu Ağdamdan inkişaf impulsları. İ Elmi praktiki konfrans.Ağdam-Bakı. 16-17 sentyabr 2021-ci il.  1V Tədris vəsaitləri Sığorta işi Fənn üzrə metodiki göstəriş. Bakı, 1996.AR Təhsil Nazirliyinin EM Şurasının “İqtisad” bölməsinin 8 iyun 1996-cı il tarixli 14№ li Protokolu ilə təsdiq edilmişdir.  Страховое дело. Программа дисциплины «Страховое дело» для бакалавриата по специальности «финансы и кредит» Баку, 1998. Утверждена методическим Советом Аз.ГЭУ от 23 февраля 1998г., Протокол № 4. Sığorta işi . “Maliyyə” dərsliyində XIII fəsil. Bakı, 2001 Проблемы теории и практики страхового дело Программа дисциплины. Баку-2004 Sığorta təşkilatları fəaliyyətinin auditi. Fənn proqramı. ADİU EMŞ-nın 26.02.2006 tarixli iclasının 3 saylı protokolu. Bakı. 2006 Sosial sığorta. Fənn proqramı. ADİU EMŞ-nın 26.02.2006 tarixli iclasının 3 saylı protokolu. Bakı. 2006 Təkrarsığorta. Fənn proqramı. ADİU EMŞ-nın 26.02.2006 tarixli iclasının 3 saylı protokolu. Bakı. 2006 Sığorta işinin təşkili. Bakalavr pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 07.04.2011 il tarixli 545 saylı əmri ilə qrif verilmişdir. Bakı. 2011 Sığorta işinin nəzəri və təcrübi problemləri. Magistratura pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 30.12.2011 il tarixli 2210 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2012 Sığorta işinin təşkili. Bakalavr pilləsi üçün fənn proqramı. AR Təhsil nazirinin 07.04.2011 il tarixli 545 saylı əmri ilə qrif verilmişdir. Bakı. 2012 Təkmilləşdirilmiş yeni nəşr. Sığorta işi Fənn üzrə metodiki göstəriş.ARTəhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2014 61s. Sığortanın əsasları Fənn üzrə dərs vəsaiti. ADİU-nun nəşriyyatı. AR Təhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2015,118 səh. Sığorta iş:müasir kurs  Dərslik. ADİU-nun nəşriyyatı. AR Təhsil Nazirliyinin 09 iyul 2014-cü il tarixli 790 saylı əmri ilə təsdiq edilmişdir. Bakı. 2015. 462 səh. Vergölər və vergitutma” fənninin Proqramı. (Bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün). Proqram AZDİU-nun Tədris Metodiki Şurasının 3 dekabr 2016-cı il tarixli 3 saylı Protokolu ilə təsdiq edilmlşdir. Bakı-2017 Sığorta işi. Ali məktəblər üçün  dərslik. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.02.2018-ci il tarixli  F-121 № əmri ilə  təsdiq edilmişdir. Bakı 2018 ci il.416 səh. 26,0 ç.v V Monoqrafiya və toplu əsərlərdə məqalələri 1.Усиление роли финансово-кредитного механизма в развитии сельского хозяйства. «Проблемы совершенствования механизма хозяйствования в условиях перестройки. Сборник научных трудов. Баку, 1989. 2. Государственное страхование в системе АПК. Автореферат на соискание ученой степени к.э.н., Ленинград, 1988. 3.Dövlət sığortası və sığorta münasibətlərinin təkmilləşdirilməsi. Monoqrafiya, Bakı, “Azərnəşr”, 1993. 4.Kommersiya banklarında kredit resurslarının təşkili və kredit risklərinin sığortası Monoqrafiya. Bakı, “Azərnəşr”, 2000. 5. Sığorta işi: sığortaçının maliyyə potensialı və sığorta resurslarının idarəedilməsi. Monoqrafiya. Bakı, “Azərnəşr”, 2003.

Əşrəf

Əşrəf  Həsənov

İqtisadiyyat və Biznes Məktəbi

İqtisad elmləri üzrə fəlsəfə doktoru

Həsənov Əşrəf Əbülfəz oğlu 16.06.1951-ci il tarixdə Sabirabad şəhərində anadan olmuşdur. 1958-1968-ci illərdə Sabir adına Sabirabad şəhər orta məktəbində təhsil almışdır. 1968-1972-ci illərdə Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsində ali təhsil almışdır. 1976-1978-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda “Aqrar bölmədə uçot və proqnoz göstəricilərinin EHM-də emalı modelləri” üzrə 2 illik stajartırma kursunu bitirmiş, Elmi Şuranın qərarı ilə əyani aspiranturaya tövsiyə edilmişdir. 1978-1981-ci illərdə SSRİ EA Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunda əyani aspiranturada təhsil almış, 1983-cü ildə “Azərbaycanda aqrar- sənaye birliklərinin optimal strukturunun riyazi modelləri” mövzusunda dissertasiya işini müdafiə etmiş və “iqtisad elmləri namizədi” elmi dərəcəsi almışdır. 1982-1990-cı illərdə AzSSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzində -proqramçı, sektor müdiri, şöbə müdiri, direktor müavini işləmiş, 1990-cı ildən 1998-ci ilə qədər direktor vəzifəsində çalışmışdır. 1998-2003-cü illərdə kənd təsərrüfatı nazirinin iqtisadi müşaviri işləmiş, 2003-2005-ci illərdə lisenziyalı auditor, 2005-2013-cü illərdə kənd təsərrüfatı nazirinin köməkçisi, 2013-2015-ci illərdə Baş Nazir müavininin köməkçisi işləmişdir. 2015-ci ilin dekabr ayından pensiyadadır.Dövlət qulluğunun baş müşaviridir. 1982-2013-cü illərdə Neft-Kimya Akademiyasında, UNEC-də, Bakı Biznes Universitetində Mühasibat uçotu, İdarəetmə uçotu,Maliyyə bazarları fənləri üzrə saat hesabı qaydada dərslər demişdir. Hazırda Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında müəllim işləyir.Bəzi elmi nəşrlər: 1. Həsənov Ə.Ə. Rəqəmsal iqtisadiyyata keçid və bakalavr təhsili poblemləri. AR Dövlət Statistika Komitəsinin elmi-praktiki konfransının materialları. 22.11.2019 HASSANOV ASHRAF. Features of the economic development model of Azerbaijan and the problems of economic security of enterprises. The scientific and pedagogical news. 2020, № 55. Гасанов Ащраф Абульфаз оглы. Особенности подхода к экономическому и социальному развитию освобожденных земель Азербайджана. Материалы научно-практической конференции Азербайджанского Союза Экономистов. 10.02. 2021 Гасанов Ащраф Абульфаз оглы.   Основные направления социально-экономического развития Азербайджанской Республики в посткризисном периоде. Материалы Международной научно-практической Конференции Полтавского Государственного Университета(Украина). 07.05.2021. Həsənov Ə.Ə.  Rəqəmsal iqtisadiyyat şəraitində «Audit»  fənninin tədrisinin aktual məsələləri. AR Auditorlar Palatasının  elmi-praktiki konfransının materialları. 01.09.2021.                                         Həsənov Əşrəf Əbülfəz oğlu. Azərbaycanda turizmin inkişafında innovasiya menecmenti. Qərbi KaspiUniversitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022 Гасанов Ащраф Абульфаз оглы.      Приоритетные проблемы регулирования финансовых рынков. Qərbi Kaspi  Universitetinin təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli Lider Heydər Əlirza oölu Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi İnkişafda Qlobal Çağırışlar Və Perspektivlər” mövzusunda respublika elmi-praktiki konfransının materialları. 25.06.2022