Dizayn Məktəbi
Professor, Sənətşünaslıq üzrə elmlər doktoru
Akademik fəaliyyətinin istiqamətləri: “Maddi mədəniyyət və geyim tarixi” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008 “Təsviri sənətin müasir problemləri” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. “İncəsənətin tarixi və metodologiyası” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. «Azərbaycan miniatür sənəti” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. “Ornament tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2014. “Qədim dövr incəsənəti və memarlığı” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Azərbaycan dekorativ-tətbiqi sənəti” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Təsviri sənətin tarixi və metodologiyası” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Dekorativ-tətbiqi incəsənət tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2017. “İncəsənət və dizayn tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2017. “İran rəssamlarının yaradıcılığı”. Dərs vəsaiti. Bakı: Ecoprint, 2017. 132 s. “Qədim Şərq incəsənəti”. Dərs vəsaiti. Bakı: Ecoprint, 2017. 144 s. 13. “Qədim yunan-Roma incəsənətinin Avropa mədəniyyətinə təsiri”. Bakı: Ecoprint, 2017.
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Sadıxova Sevil Yusif qızı 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1990-cı ilə kimi Azərbaycan Dövlət Teleradio mərkəzində səs operatoru və səs rejissoru vəzifəsində işləmişdir. S.Sadıxova 1986-cı ildən AMEA-nın dissertanturasına qəbul olundu və 1990-cı ildə Tbilisi şəhərində Gürcüstan Respublikasının Elmlər Akademiyasının Q.N.Çubinaşvili ad. Gürcü İncəsənəti Tarixi İnstitutunda “XIV-XVII əsr Azərbaycan miniatür sənəti orta əsr geyim tarixinin mənbəyi kimi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib sənətşünaslıq namizədi, alimlik dərəcəsinə layiq görülmüşdü. Bu dissertasiya 2005-ci ildə monoqrafiya şəklində çap olundu. 1990-cı ildən Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Dekorativ-tətbiqi sənət” şöbəsində işə başlayan S.Sadıxova, 1996-ci ildə böyük elmi işçi vəzifəsinə təyin olundu və 2004-ci ildə Azərbaycan Respublikası AAK-ı tərəfindən dosent diplomuna layiq görüldü. Özünü işgüzar, çalışqan, bacarıqlı, bilikli bir tədqiqatçı kimi göstərən S.Sadıxova, elmi işini pedaqoji fəaliyyətlə uğurla uzlaşdırır. O, 1996-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, 2000-ci ildən etibarən paralel olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasında baş müəllim, 2004-cü ildən isə dosent vəzifəsində çalışmışdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1986-1990-cı illərdə o, Bakı şəhəri XIV çağırış Səbail rayonunun deputatı seçilmiş, mədəniyyət üzrə deputat komissiyasının başçısı olmuşdur. 1990-2006-cı illər ərzində AMEA-nın Memarlıq və İncəsənət institutunun “Təsviri və dekorativ-tətbiqi sənətlər” şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışıb. 2004-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent diplomuna layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Geniş biliyə və dünyagörüşünə malik, daima axtarışda olan tədqiqatçı 1996-cı ildən başladığı “Azərbaycan zərgərlik sənətinin Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası üzərindəki işi tamamlayıb. Materialın böyük bir hissəsini ilk dəfə olaraq tədqiqat obyektinə çevirən S.Sadıxova, xronoloji ardıcıllığa riayət edərək, Azərbaycan zərgərlik sənətinin tarixi təkamülünü, müxtəlif dövrlərdəki inkişaf səviyyəsini, aparıcı təmayüllərini və əsas üslub cizgilərini aşkar edən, ənənə varisliyini və zaman əlaqələrini, zərgərlik məmulatlarının funksional və estetik rolunu müəyyən edən fundamental iş ərsəyə gətirib. Dissertasiya üzərində işlədiyi müddət ərzində o, 40-a yaxın elmi məqalə və tezislərlə Bakı, İstanbul, Moskva, Daşkənd, Simferopol, Kazan, Astana, Seul şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda iştirak etmiş, “XIX əsr Azərbaycan geyimi dekorativ-tətbiqi sənətinin inkişaf səviyyəsinin təcəssümü kimi” (2007), “Azərbaycan zərgərlik sənəti çoxtərəfli mədəni əlaqədələr kontekstində” (2009) adlı monoqrafiyalar çap etdirmişdir. Bundan başqa S.Sadıxova mütəmadi olaraq dövri mətbuatda və televiziyada Azərbaycan incəsənətinin təbliği ilə məşğul olur.
2011-ci ildə “Azərbaycan zərgərlik sənətinin Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 100-ə yaxın elmi məqalə və tezislərlə Bakı, Ankara, İstanbul, Antalya, Alanya, Moskva, Sankt-Peterburq, Daşkənd, Almata, Astana, Tbilisi, Simferopol, Pyatiqorsk, Kursk, Kazan, Varşava, Seul şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda 20-dən artıq məruzələrlə iştirak etmişdir. S.Sadıxova mütəmadi olaraq dövri mətbuatda və televiziyada Azərbaycan incəsənətinin təbliği ilə məşğul olur. Təkcə 2014-cü ilin 5 ayı ərzində (yanvar-may) onun Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-in “Mədəniyyət” kanalında dörd çıxışı olub.
S.Sadıxova 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” kafedrasının müdiri, 2011-ci ildən bu günə kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri vəzifəsini, 2011-ci ildən isə kafedranın professoru vəzifəsini icra edir. O, 1 tədris vəsaiti, 3 dərs vəsaiti, 3 metodik vəsait, 15 tədris proqramı hazırlamış, çox sayda metodik vəsaiti və fənn proqramı redaktə etmişdir. S.Sadıxova 2004-cü ildən etibarən ADRA-nın nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Seminarının sədri, 2013-cü ildən isə FD.21.191 Dissertasiya Şurasının sədr müavini vəzifəsini icra edir. 2012-ci ildə S.Sadıxova “Ən yaxşı vətənpərvər alim” nominasiyasında Azərbaycan Respublikası “Avropa nəşr mətbuat evi”nin Qızıl medalı və diplomu ilə təltif edilmiş, 2014-cü ildə isə Bakı ş. Nərimanov rayonu icra hakimiyyəti tərəfindən Azərbaycan mədəniyyəti və incəsənətinin fəal təbliğatçısı kimi Fəxri fərmanla təltif olunmuşdu.
Elmi nəşrlər: “Вариации использования ковровых композиций в декоративном искусстве Азербайджана” // V Международный Симпозиум по азербайджанским коврам: традиции и инновации. Баку, 17–20 октября 2017. “Ювелирное искусство Шуши” // XXI Международная научно-практическая конференция «Мода и дизайн: исторический опыт – новые технологии» (29 мая – 2 июня) – Санкт-Петербург, 2018. “Оригинальное и неповторимое: наследие азербайджанских мастеров” //«Эхо» общественно-политическая газета. 2017. “Головные украшения ювелирного фонда Музея азербайджанского ковра” // Day.az .2017. “Azərbaycan xalça muzeyinin inciləri”. Bakı: Şərq-Qərb, 2018, 146 s. “Женские головные украшения Азербайджана: формирование и развитие художественной традиции” //«Декоративное искусство». Москва, 2017.