Западно-Каспийский Университет

Преподаватели

Севда

Севда  Садыхбекова

Школа дизайна

Доцент, Доктор философских наук в области искусствоведения, заслуженный деятель искусств, член Союза художников Азербайджана, Декан факультета дизайна

    1970-ci ildə Bakı şəhərində doğulub. 1988-1994 –cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini fərqlənmə  ilə bitirib. Respublika və beynəlxalq sərgilərin və konfransların  iştirakçısı olub 2004-2015ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsinin dekani vəzifəsində işləyib. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildə Beynəlxalq İncəsənət Sərgisi (Koreya-İstanbul-Bolqariya-Misir-Azərbaycan). 2010-cu ildə sənətşunaslıq ixtisası üzrə fəlsəfə doktoru dərəcəsini alıb. 2010-cu ildə Ə.Əzim-zadənin 130 illiyinə həsr olunmuş III-cü Beynəlxalq Karikatura Müsabiqəsinin lauriatı olub. 2010-cu ildə “Qəbələ” I-ci Beynəlxalq İncəsənət Sərgisi. 2011-ci ildə “Qəbələ” II-ci Beynəlxalq İncəsənət Sərgisi. 2011-ci ildə dosent elmi adına layiq görülüb. “Azərbaycan Opera və Balet Teatr rəssamlarının yaradıcılığı”  2012-ci ildə Dünya Rəssamlıq Akademyası fərdi sərgi. 2012-ci ildən Azərbaycan Reklamçılar İtifaqının üzvüdür. Sadıxbəyovanın rəsm işləri Türkiyə, Moskva, Kiyev, Polşa, İspaniya, İzrail , həmçin digər ölkə və şəhərlərdə olan şəxsi kolleksiyalarda saxlanılır. 2013-ci ildə Azərbaycan Respublikasinin Əməkdar Rəssam fəxri adina layiq görülüb.  2013-ci ildə Almaniyanın Berlin şəhərində fərdi sərgi keçirilib. 2013-ci ildə Bolqaristanin Sofiya şəhərində fərdi sərgi keçirilib. 2015-2021ci illərdə Bakı Xoreoqrafiya Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsində işləyib. 2016-2021ci illərdə BXA-da professor vəzifəsinidə tutmuşdur. 2016,2018-ci illərdə Bakida keçirilmiş Q.Almaszadə adina Beynəlxalq Rəqs Musabigəsinin təşkilat komitəsinin  üzvü olub. Birçox beynəlxalq və respublika konfraslarin iştrakçısı olub. 2018-ci il- “Səhnəqrafiya Tarixi” adlı dərsliyin müəllifidir. 30-a yaxın elmi  məqalənin müəllifidir. 2021ci ildən- Qərbi Kaspi Universitetinin “Dizayn “ məktəbinin dekanı vazifəsində çalışır.

Эльчин

Эльчин  Алиев

Школа дизайна

Профессор, доктор искусствоведения; Член Союза Архитекторов и Дизайнеров Азербайджана

Azərbaycan Memarlar İttifaqının üzvü Azərbaycan Dizaynerlər İttifaqının üzvü Akademik fəaliyyətinin istiqamətləri: Memarlıq Dizayn Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Elçin Tofiq oğlu Əliyev 1967-ci il sentyabrın 18-də Bakı şəhərində anadan olmuşdur. 1989-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakultəsini bitirmişdir. 1987-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir. 1988-ci ildən Sovet İttifaqının süqutuna qədər Ümumittifaq Gənc Memarlar cəmiyyətinin Zaqafqaziya şöbəsinin Sədri olmuşdur. 1989-cu ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-cü ildən Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvüdür. 1998-ci ildə memarlıq üzrə Namizədlik dissertasiyasını müdafiə etmişdir. 2014-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmişdir. Otuz illik professional fəaliyyəti zamanı 70-dən çox memarlıq və dizayner layihələrini yaratmış və həyata keçirtmişdir. E.T.Əliyevin layihələri Rusiya, İran, ABŞ, Türkiyə, Fransa, Almaniya, Gürcüstan kimi ölkələrin müxtəlif mükafatları və diplomları ilə təltif edilmişdir. Dəfələrlə Azərbaycan Memarlar İttifaqı tərəfindən ölkənin ən yaxşı memarı adına layiq görülmüşdür və Azərbaycan Memarlar İttifaqının «Qızıl şərəf nişanı» ilə təltif edilmişdir. Bakıda yerləşən Jen-Mironosits Kafedral Kilsənin bərpası layihəsinə görə Rusiyanın Pravoslav Kilsəsi tərəfindən «Müqəddəs Sergiy Radonejskiy» ordeni ilə mükafatlandırılmışdır. 2016-ci ildə E.T.Əliyevin layihəsi əsasında Zirə kəndində Aydın Qurbanovun xatirəsinə oğlu Səməd Qurbanov tərəfindən Cümə məscidi tikilmişdir. Həmçinin, müxtəlif ölkələrin Memarlar və Dizaynerlər İttifaqlarının, Memarlar İttifaqlarıının Beynəlxalq Assosiasiyasının, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının, Azərbaycan Mədəniyyət Nazirliyinin və bir çox dövlət, özəl və beynəlxalq təşkilatların diplom, təşəkkürnamə və fəxri fərmanları ilə təltif edilmişdir. 2012-ci ildən 2017-ci ilə qədər Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışıb. 2014-ci ildən Beynəlxalq Memarlar İttifaqının Gənclərlə iş üzrə Komissiyasının üzvüdür. 2015-ci ildən Qərbi Kaspi Universitetində çalışır. Hal-hazırda Bakı Memarlıq Klubunun Prezidenti vəzifəsində çalışır. Memarlıq, dizayn və şəhərsalma sahəsində 14 kitab və 90 elmi məqalənin müəllifidir. E.T.Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» Heydər Əliyev Fondu tərəfindən çap olunub. Digər kitab isə, «Konstruktivizm dövrü. XX əsrin 1920-1930-cu illərinin Bakı memarlığı», Azərbaycan Respublikası Prezidentinin sərəncami əsasında Dövlət proqramı çərçivəsində çap olunub.

Сэвил

Сэвил  Садыхова

Школа дизайна

Профессор, Доктор философии в области искусствоведения;

Akademik fəaliyyətinin istiqamətləri: “Maddi mədəniyyət və geyim tarixi” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008 “Təsviri sənətin müasir problemləri” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. “İncəsənətin tarixi və metodologiyası” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. «Azərbaycan miniatür sənəti” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2008. “Ornament tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2014. “Qədim dövr incəsənəti və memarlığı” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Azərbaycan dekorativ-tətbiqi sənəti” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Təsviri sənətin tarixi və metodologiyası” fənni üzrə magistr hazırlığı üçün tərtib olunmuş proqram. 2015. “Dekorativ-tətbiqi incəsənət tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2017. “İncəsənət və dizayn tarixi” fənni üzrə bakalavr hazırlığı üçün tərtib olunmuş proqram. 2017. “İran rəssamlarının yaradıcılığı”. Dərs vəsaiti. Bakı: Ecoprint, 2017. 132 s. “Qədim Şərq incəsənəti”. Dərs vəsaiti. Bakı: Ecoprint, 2017. 144 s. 13. “Qədim yunan-Roma incəsənətinin Avropa mədəniyyətinə təsiri”. Bakı: Ecoprint, 2017. Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Sadıxova Sevil Yusif qızı 1981-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu fərqlənmə diplomu ilə bitirdikdən sonra 1990-cı ilə kimi Azərbaycan Dövlət Teleradio mərkəzində səs operatoru və səs rejissoru vəzifəsində işləmişdir. S.Sadıxova 1986-cı ildən AMEA-nın dissertanturasına qəbul olundu və 1990-cı ildə Tbilisi şəhərində Gürcüstan Respublikasının Elmlər Akademiyasının Q.N.Çubinaşvili ad. Gürcü İncəsənəti Tarixi İnstitutunda “XIV-XVII əsr Azərbaycan miniatür sənəti orta əsr geyim tarixinin mənbəyi kimi” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib sənətşünaslıq namizədi, alimlik dərəcəsinə layiq görülmüşdü. Bu dissertasiya 2005-ci ildə monoqrafiya şəklində çap olundu. 1990-cı ildən Azərbaycan MEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Dekorativ-tətbiqi sənət” şöbəsində işə başlayan S.Sadıxova, 1996-ci ildə böyük elmi işçi vəzifəsinə təyin olundu və 2004-ci ildə Azərbaycan Respublikası AAK-ı tərəfindən dosent diplomuna layiq görüldü. Özünü işgüzar, çalışqan, bacarıqlı, bilikli bir tədqiqatçı kimi göstərən S.Sadıxova, elmi işini pedaqoji fəaliyyətlə uğurla uzlaşdırır. O, 1996-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənətin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim, 2000-ci ildən etibarən paralel olaraq Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasında baş müəllim, 2004-cü ildən isə dosent vəzifəsində çalışmışdır. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1986-1990-cı illərdə o, Bakı şəhəri XIV çağırış Səbail rayonunun deputatı seçilmiş, mədəniyyət üzrə deputat komissiyasının başçısı olmuşdur. 1990-2006-cı illər ərzində AMEA-nın Memarlıq və İncəsənət institutunun “Təsviri və dekorativ-tətbiqi sənətlər” şöbəsinin böyük elmi işçisi vəzifəsində çalışıb. 2004-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent diplomuna layiq görülmüşdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Geniş biliyə və dünyagörüşünə malik, daima axtarışda olan tədqiqatçı 1996-cı ildən başladığı “Azərbaycan zərgərlik sənətinin Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyası üzərindəki işi tamamlayıb. Materialın böyük bir hissəsini ilk dəfə olaraq tədqiqat obyektinə çevirən S.Sadıxova, xronoloji ardıcıllığa riayət edərək, Azərbaycan zərgərlik sənətinin tarixi təkamülünü, müxtəlif dövrlərdəki inkişaf səviyyəsini, aparıcı təmayüllərini və əsas üslub cizgilərini aşkar edən, ənənə varisliyini və zaman əlaqələrini, zərgərlik məmulatlarının funksional və estetik rolunu müəyyən edən fundamental iş ərsəyə gətirib. Dissertasiya üzərində işlədiyi müddət ərzində o, 40-a yaxın elmi məqalə və tezislərlə Bakı, İstanbul, Moskva, Daşkənd, Simferopol, Kazan, Astana, Seul şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda iştirak etmiş, “XIX əsr Azərbaycan geyimi dekorativ-tətbiqi sənətinin inkişaf səviyyəsinin təcəssümü kimi” (2007), “Azərbaycan zərgərlik sənəti çoxtərəfli mədəni əlaqədələr kontekstində” (2009) adlı monoqrafiyalar çap etdirmişdir. Bundan başqa S.Sadıxova mütəmadi olaraq dövri mətbuatda və televiziyada Azərbaycan incəsənətinin təbliği ilə məşğul olur. 2011-ci ildə “Azərbaycan zərgərlik sənətinin Yaxın və Orta Şərq ölkələri ilə qarşılıqlı əlaqəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsini almışdır. O, 100-ə yaxın elmi məqalə və tezislərlə Bakı, Ankara, İstanbul, Antalya, Alanya, Moskva, Sankt-Peterburq, Daşkənd, Almata, Astana, Tbilisi, Simferopol, Pyatiqorsk, Kursk, Kazan, Varşava, Seul şəhərlərində elmi nəşrlərdə çıxış etmiş, Beynəlxalq və Respublika miqyaslı elmi konfrans və simpoziumlarda 20-dən artıq məruzələrlə iştirak etmişdir. S.Sadıxova mütəmadi olaraq dövri mətbuatda və televiziyada Azərbaycan incəsənətinin təbliği ilə məşğul olur. Təkcə 2014-cü ilin 5 ayı ərzində (yanvar-may) onun Azərbaycan Dövlət Televiziya və Radio verilişləri QSC-in “Mədəniyyət” kanalında dörd çıxışı olub. S.Sadıxova 2006-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin “Sənətşünaslıq” kafedrasının müdiri, 2011-ci ildən bu günə kimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının “İncəsənət tarixi” kafedrasının müdiri vəzifəsini, 2011-ci ildən isə kafedranın professoru vəzifəsini icra edir. O, 1 tədris vəsaiti, 3 dərs vəsaiti, 3 metodik vəsait, 15 tədris proqramı hazırlamış, çox sayda metodik vəsaiti və fənn proqramı redaktə etmişdir. S.Sadıxova 2004-cü ildən etibarən ADRA-nın nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının Elmi Seminarının sədri, 2013-cü ildən isə FD.21.191 Dissertasiya Şurasının sədr müavini vəzifəsini icra edir. 2012-ci ildə S.Sadıxova “Ən yaxşı vətənpərvər alim” nominasiyasında Azərbaycan Respublikası “Avropa nəşr mətbuat evi”nin Qızıl medalı və diplomu ilə təltif edilmiş, 2014-cü ildə isə Bakı ş. Nərimanov rayonu icra hakimiyyəti tərəfindən Azərbaycan mədəniyyəti və incəsənətinin fəal təbliğatçısı kimi Fəxri fərmanla təltif olunmuşdu.  Elmi nəşrlər:  “Вариации использования ковровых композиций в декоративном искусстве Азербайджана” // V Международный Симпозиум по азербайджанским коврам: традиции и инновации. Баку, 17–20 октября 2017. “Ювелирное искусство Шуши” // XXI Международная научно-практическая конференция «Мода и дизайн: исторический опыт – новые технологии» (29 мая – 2 июня) – Санкт-Петербург, 2018. “Оригинальное и неповторимое: наследие азербайджанских мастеров” //«Эхо» общественно-политическая газета. 2017. “Головные украшения ювелирного фонда Музея азербайджанского ковра” // Day.az .2017.  “Azərbaycan xalça muzeyinin inciləri”. Bakı: Şərq-Qərb, 2018, 146 s. “Женские головные украшения Азербайджана: формирование и развитие художественной традиции” //«Декоративное искусство». Москва, 2017.

Пярвана

Пярвана  Алиева

Школа дизайна

Член Союза художников Азербайджана,

Azərbaycan Memarlar İttifaqının üzvü Akademik fəaliyyətinin istiqamətləri: Memarlıq Dizayn Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 12 fevral 1968-ci ildə Bakı şəhərində ziyalı ailəsində doğulub. Orta təhsilini 1975-1985-ci illərdə 20 saylı məktəbdə alıb. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq ixtisasına qəbul olunub və 1990-cı ildə bu ixtisası fərqlənmə diplomu ilə bitirib. 1988-ci ildə S.V.S.T.- də (Slovakiya Ali Texniki Məktəbi) istehsalat təcrübəsi keçmişdir.Təyinatla Bakı  Şəhər Dövlət Layihə İnstitutuna  göndərilib və 1990-1994-cü illərdə bu institutda memar vəzifəsində çalışıb. 1995-ci ildən Azərbaycan Memarlar İttifaqının üzvüdür. 1994-1996-cı illərdə   Azərbaycan Memarlar İttifaqının  rəsmi orqanı olan İnformasiya bülleteninin redaktoru, məsləhətçi vəzifəsində çalışıb. 1996-2005-ci illərdə Bakı şəhəri Səbail rayonu 160 saylı orta məktəbdə Rəsmxət və təsviri incəsənət müəllimi vəzifəsində çalışıb. 2007-ci ildə Qərb Universitetinə Dizayn kafedrasının müəllimi vəzifəsinə qəbul olunub.2012-ci ildən Dizayn kafedrasının baş müəllimi, 2013-cü ildən isə Dizayn kafedrasının müdiri vəzifəsində çalışır. Elmi maraq: Dissertant. Mövzu: Bakı və Bakıətrafı yol nəqliyyat sistemində vizual kommunikasiyaların formalaşması xüsusuiyyətləri. “Material, texnika və texnologiya”, “Layihə qrafikası və rəngli kompozisiya”, “ İncəsənət və dizayn tarixi”, “ Dizayn sənətinin tarixi və metodologiyası”, “ Sistemli layihələndirmə”, “Memarlıq”,“Layihələndirmənin nəzəriyyəsi və metodikası”, “Vizual kommunikasiyalar ”fənn proqramlarının  müəllifidir. 2019-cu ildə Çexiyanın Mendel University in Brno təhsil müəssisəsində Erasmus+ proqramı çərçivəsində mübadilə proqramında iştirak etmişdir. E.T. Əliyevin müəllifi olduğu iki nəşr: «Məkanların Astanasında. Bakı tarixini yazan qapılar. 1867-1913» və «Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri» kitablarının redaktorudur. 1.2017-ci ildə QKU-nin Elmi Nəşrlər jurnalının 1-ci nömrəsində çap edilib: “Dizaynın sosial aspektləri”. Qərbi Kaspi Universiteti, Elmi xəbərlər, say-1,İSSN 2227-5118 2.2018-ci ildə QKU-nin Elmi Nəşrlər jurnalının 4-cü nömrəsində çap edilib:“Dizaynerin bədii-layihə fəaliyyətinin spesifikası” adlı məqalə Qərbi Kaspi Universiteti, Elmi xəbərlər, say-4,İSSN 2227-5118 3.Respublika səviyyəli sərgi “İçəriŞəhər” qoruq idarəsi ilə birlikdə 26 may 2018- cil tarixində “İçəri Şəhər” Tarix muzeyində Dizayn məktəbinin tələbələrinin və müəllimlərinin yaradıcılıq işlərindən və plakatlarından ibarət Azərbaycan Demokratik Respublikasının 100 illiyinə həsr edilmiş sərgi. 4.Beynəlxalq Konfrans çərçivəsində 2019-cu il aprelin  16-da  Azərbaycan İstiqlal Müzeyində “Narkomaniya bəşəriyyətin bəlası” adlı sərgi.

Гюльрана

Гюльрана  Мирза

Школа дизайна

Доцент Доктор философских наук в области искусствоведения,

Akademik fəaliyyətinin istiqamətləri: Sənətşunaslıq Mədəniyyətşünaslıq Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 13.01.1956 Bakıda anadan olubdur.1974 ildə Bülbül adına Orta Ixtisas musiqi məktəbini ve 1979 - Uz.Hacibəyov adina Azərbaycan Dovlət Konservatoriyasını fərqlənmə diplomu ile bitirmişdir.1979-2002 illərdə 23 ve 2 saylı musiqi məktəblərində ve Tusi adına Pedaqoji Universitetdə ders demişdir .2002 ildən AMEA MII-da və Qərbi Kaspi Universitetində calışır. 2001 ildən Azərbaycan Rəssamlar Ittifaqının,Rusiya Imperatorluq Evi Cəmiyyətinin ve Azərbaycan Tarixi-Şəcərə Cəmiyyətinin üzvüdür. 2004 ildə "20 əsrin son 30 ilində Azərbaycan dəzgah rəngkarlığında rəssamın yaradıcı prosesi ve fərdi üslubu" movzusunda sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasını uğurla mudafiə etmişdir. 2012 ildə AAK-nin qərarı ilə dosent adına layiq olunmuşdur. Hal hazirda AMEA-nin Memarlıq ve Incəsənət Institutunun  aparıcı elmi işçisi və Institutun Dissertasiyalar Elmi Şurasının üzvüdur; Qərbi Kaspi Universitetinin dosentidir. Azərbaycan,Turkiyə,Ingiltərə ve Almaniyada 11 monoqrafiyasi dərc olunmuşdur.150-dən çox elmi məqalənin müəllifidir.O cumlədən  bir metodik vəsait ve 5 fənn proqramı. Elmi nəşrlər: 1. Six masters of Azerbaijani painting. - Monography book,Berlin:,Lambert Academic Publishing ,2021,p.110 . 2. Nadir Qasumov.-Monography book,Baki:,Servet,Serq-Qerb,2019,104 s. 3.Tair Salahov.-Mon.b,Baki:,Servet,Serq-Qerb,2013.104 s, 4.Rasim Babayev.-Mon.b.,Baki:,Servet,Serq-Qerb,2013,104 s. 5.Nadir Abdurrahmanov.-Mon.b.,Baki:,Servet,Serq-Qerb,2013,104 s. 6.Omar Eldarov.-Mon.b.,London:,Anglo-Caspian Pbl.C.2005,pages 385. 7.Oqtay Sadigzade.-Mon.b.,Baki:,Cashioglu,2002,196s. 8.Elmira Shahtaxtinskaya.-Mon.b.,Baki:,21esr.YNE,2001,196s. Bundan elave  Servet seriyasindan 3 monoqrafiya ve 150 cox elmi meqale: 141. Dekorativ tetbiqi senetde Qacar uslubu AErbaycan bedii medeniyyetinin tezahuru kimi - 5 -ci Dunya Xalca Simpoziumunda cixish.2017,Baku 142 .Qajar style in art as a phenomenon of Azerbaijani artistic culture./Jomard Publishing.New design ideas.Online.The journal.ISSN 2524-2148.2018,Vol.2/N1.

Афрасияб

Афрасияб  Маммедов

Школа дизайна

Доцент, член Союза Художников Азербайджана

Akademik fəaliyyətinin istiqamətləri: Sistemli layihələndirmə, Dizaynın əsasları. Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 1964-1974 ci illər 225 saylı Orta məktəb. 1974-1979 ci illər Azərbaycan Dövlət İncəsənət İnstitutu, Rəssamliq fakultəsi, ixtisas - rəssam-konstruktor /dizayner/. 1981 ci il Hərbi xidmətdən sonra AZƏRELEKTROTERM EİB nin Xüsusi Konstruktor Bürosunda /XKB/ mühəndis-konstruktor 3,2,1 dərəcələr, aparıcı konstruktor, Şöbə müdiri vəzifəsində işləmişəm. 1988 ci ildə SSRİ Dizaynerlər İttifaqı üzvi. 2001 ci il Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Dizayn fakultəsi- müəllim, 2019 ci ildən dosent. 2008 ci ildən Qərbi Kaspi Universitetində s/h müəllim. Tədrisə üzrə Nəşrlər “Dizaynın Əsasları”  dərs vəsaiti, dərs proqramı. Fənnin əsas və vacib vəzifəsi tələbələrdə kompozisiya qanunlarından istifadə edərək ifadəli,obrazlı layihələr yaratmaq bacarıgını aşılamaq,bununla məntiqi düşüncə tərzini inkişaf etdirmək, estetik zövqün formalaşmasıdır. Bu kitab tələbələrə hormonik kompozisiya tərtibatının qanunauyğunluqlarını, üsul, vasitə, metod və prinsiplərini öyrədir və bu basiz biliklər əsasında peşəkar dizaynerlər hazırlanmasını təmin edir. “Maketləşdirmə” dərs vəsaiti, dərs proqramı. Fənninin əsas məqsədi, layihələndirmənin etaplı həllindən sonra, texniki vasitələrlə tərtib edilmiş Həcmli təqdimat olan - maketlə birlikdə peşəkar layihələndirmə bacarıgının qavramasının vacibliyini tələbəyə aşılamaqdır. “ Dizaynın müxtəlif istiqamətləri” dərs vəsaiti. Dizayn tarixinə həsr edilən bu metodiki vəsait, dizayn  ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur. Tədris materialı dizaynın yarandığı tarixi şəraiti, formalaşması, inkişafı, üslubları, XIX-XX əsrlərdə inkişaf istiqamətləri, ilk dizayn məktəbləri, görkəmli dizaynerlərin yaradıcılıqları haqda məlumat,dizaynın müxtəlif tarixi dövrlərdə inkişafının istiqamətlərini əhatə edir. “Portfolio” dərs proqramı. Fənn tələbənin  təhsildə və təhsildən  kənarda olan fəaliyyətinin nəticələrinin sənətləşdirilmiş təqdimatıdır. Dizayn yaradıcılıq fantaziyasının məhsulu və tamamlanmış müxtəlif ceşidli layihələrin təqdimatı olan Portfolio ceşidli üsul və metodlar vasitəsi ilə tələbənin peşəkarlığını əyanı sürətdə vizual, aydın və hərtərəfli göstərmək imkanı yaradır. “ Dizaynda Xüsusi  Rəsm” dərs proqramı. Fənn tələbələrə layihə tərtibatının - üsul, vasitə və prinsiplərini öyrədir və bu təcrübədə  şəxsi yaradıcılıq fəaliyyətində öz stilini təkmilməşdirir, bunun əsasında  peşəkar dizayner keyfiyyətinin formalaşmasini təmin edir.

Эльнур

Эльнур  Расулов

Школа дизайна

Член Союза художников Азербайджана

Akademik fəaliyyətinin istiqamətləri: Rəsm Rəngkarlıq Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 28 İyul 1962-ci ildə Balakən rayonunda anadan olmuşdur. 1980-1986-cı illərdə (1980-1982 hərbi xidmətdə olmuşdur). Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində (İndiki Ə.Əzimzadə adına rəssamlıq kolleci) təhsil almışdır. 1986-cı ildə “ Rəsm və Rəsmxət müəllimi “ ixtisası üzrə tam kursu bitirmişdir. 1987-ci ildən müntəzəm olaraq Azərbaycan Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəssamlar İttifaqının təşkil etdikləri sərgilərdə iştirak etmişdir. 1987-1988-ci illərdə Tbilisi Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq təhsili almışdır.1988-1994-cü illərdə Ə.Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət universitetində təhsil almışdır. 1994-cü ildə tam kursu başa vuraraq “ Rəngkarlıq “ ixtisası almışdır. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlar İttifaqının “ Rəngkarlıq “ bölməsinin üzvüdür. 2007-ci ildə Bakıda Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda fərdi yaradıcılıq sərgisi təşkil olunmuşdur. 2008-ci ildə Balakən rayon İcra Hakimiyyətinin dəvəti ilə Tarix və Diyarşunaslıq muzeyində fərdi sərgisi keçirilmişdir. 2009-cu ildə Rusiya Federasiyasının V.Lermontov komitəsinin təsis etdiyi K.Meçiyev medalı ilə təltif edilib. 2010-cu ildə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının Dövlət Mədəniyyət Komitəsinin təşkil etdiyi Çərkəz şəhəri Dövlət tarix və diyarşunaslıq muzeyində “ Azərbaycan mənim vətənim “ adlı fərdi yaradıcılıq sərgisi keçirilmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi  “ Keçmişdən gələcəyə “ adlı ümumi sərgidə üç əsərlə iştirak etmişdir. 2010-cu ildə Rusiya Federasiyasının Kabardin-Balkar Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi “ Şərq rəngləri “ adlı fərdi sərgisi keşirilmişdir. 2011-ci ildə Rusiya Federasiyasının İnquş Respublikasının Mədəniyyət Nazirliyinin təşkil etdiyi müştərək sərgidə iştirak etmişdir. 2013-cü ildə Rusiya Federasiyasının Tolyatti şəhər Merliyinin təşkil etdiyi “ Bakıdan hərarətli salamlar “ adlı fərdi sərgisi keçirilmişdir. 2014-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində “ Rəssamların Mərkəzi Sərgilər Evi “ ndə “ Doğma torpağın təranələri adlı fərdi sərgisi keçirilmişdir.