İqtisadiyyat və Biznes Məktəbi
Rüstəm Hüseynov
İqtisadiyyat və Biznes Məktəbinin dekanı
Siyasi coğrafiya, Sosial və iqtisadi coğrafiya, Turizm coğrafiyası, Beynəlxalq turizmin coğrafiyası
+994 12 565 39 77
rustam.huseynov@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Azərbaycanın sərhədyanı ərazilərinin təsərrüfatının ərazi təşkilinin iqtisadi coğrafi tədqiqi
- İqtisadi coğrafiya
Təhsil və peşə fəaliyyətləri haqqında məlumatlar: 1992-ci ildə Bakı şəhərində anadan olmuşam. 2010-2014-ci illərdə Bakı Dövlət Universitetində Coğrafiya ixtisasına üzrə bakalavriatura səviyyəsində təhsil almışam. 2014-2016-ci illərdə Bakı Dövlət Universitetində Coğrafiya ixtisası Azərbaycan və onunla qonşu ölkələrin sosial iqtisadi coğrafiyası ixtisaslaşması üzrə magistratura səviyyəsini fərqlənmə diploma ilə bitirmişəm. 2019-2022-ci illər İqtisadi coğrafiya üzrə Bakı Dövlət Universitetinin dissertantı olmuşam. 2015-2016-ci illərdə Bakı Dövlət Universitetində Əlavə Təhsil Mərkəzində metodist, 2016-2019-cu illər ərzində Bakı Dövlət Universitetinin Qazax filialında Tədris şöbəsinin müdir vəzifəsində çalışmışam. 2020-ci ildən Qərbi Kaspi Universitetində Tədrisin təşkili və idarə olunması mərkəzinin Tədrisin metodiki təminat şəbəsinin müdiri və Ümumi iqtisadiyyat kafedrasının müəllimi vəzifəsində çalışıram. Eyni zamanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin ali təhsil müəssislərinin akkreditasiyası üzrə ekspertiyəm.