Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat və Biznes Məktəbi

Afaq Həsənova

Riyaziyyat üzrə fəlsəfə doktoru, Ümumi iqtisadiyyat kafedrasının müdiri

Biznes riyaziyyatı, Statistika, Ekonometrika, Mikroiqtisadiyyat, Makroiqtisadiyyat, Differensial tənliklər

+994 12 565 39 77

afag.hasanova@wcu.edu.az

Menecment və turizm kürsüsünün rəhbəri, dosent, fizika- riyaziyyat

elmləri namizədi (riyaziyyat üzrə fəlsəfə doktoru)

   Akademik fəaliyyətinin istiqamətləri:

  • Ali riyaziyyat kursunun bütün bölmələri (azərbaycan, rus, ingilis dillərində)
  • Statistika
  • İqtisadiyyat
  • Mikroiqtisadiyyat
  • Makroiqtisadiyyat
  • Beynəlxalq İqtisadi Münasibətlər
  • Maliyyə təhlili (azərbaycan, rus, ingilis dillərində) 

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Afaq Həsənova 15 avqust 1965-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Bakı şəhəri 251 saylı orta məktəbi qızıl medalla bitirmişdir. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş və 1987-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutunun əyani aspiranturasına qəbul olmuşdur. 1995-ci ildə namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Aspiranturada oxuduğu müddətdə ali məktəbdə pedaqoji fəaliyyətə  başlamışdır. 1990-1995-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye universiteti) “Ali Riyaziyyat “ kafedrasında çalışmışdır. 1996-cı ildən etibarən Qərbi Kaspi Universitetində “İqtisadiyyat, Marketinq və Menecment” kafedrasında çalışır. Mütəmadi olaraq beynəlxalq layihələrdə iştirak etmişdir. Böyuk Britaniyanın Nottinghem Trent Universitetində, ABŞ-ın İndiana  və Kanzas Universitetitlərində, Turkiyənin Bilgi Universitetində çalışaraq beynəlxalq profesional təcrübə əldə etmişdir. Beynəlxalq diplomlar və sertifikatlarla təltif edilmişdir. Bir sıra elmi işləri, məqalələri və dərs vəsaitləri mövcuddur. 

Elmi nəşrlər:

1.“Principles of radiation for Helmholtz equation in n-dimensional layer with impedance boundary conditions”, Turkish Journal of Mathematics, Scientific and Technical Research of Turkey, Turkey,1996

2.”Tətbiqi İqtisadiyyat” ( Junior Achievement), dərslik, Qərb Universiteti, Bakı, 2000

3.“Сборник лекций и задач по операционному и производственному менеджменту”, учебное пособие, Баку, 2014

4. “Oyunlar nəzəriyyəsinin bəzi tətbiqi  yolları”, Elmi Xəbərlər, Qərb Universiteti, Bakı, 2015