Məqsəd 2: Aclığa son
“Aclığa son qoymaq, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq və dayanıqlı kənd təsərrüfatını təşviq etmək”
Təhsil
Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında “Aclığa Son” məqsədi ilə əlaqəli 26 modul təqdim edirik. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.
Biz Nə Edirik
Sağlam qida təmin etmək, tələbə və işçilərimizin sağlamlığına qayğı göstərmək Universitetimizin əsas prioritetlərindən biridir. Buna görə də, biz Universitetdə sərfəli qiymətlətlə 50 % təbii qida təchiz edirik. Əsasən meyvə tərəvəz məhsulları ilə. Yeməkxanalarımızda təqdim etdiyimiz qidalar Universitetin yardımçı təsərrüfatının məhsullarıdır. Biz həmçinin vegeterianlara müxtəlif növ təamlar də təklif edirik eyni zamanda veqanlar üçün qida əlavə etməyi hədəfləyirik. Eləcə də, Universitet aztəminatlı ailələrdən olan tələbələri kantinlərimizdə endirimli və pulsuz yeməklərlə təmin edir.
Əməkdaşlığımız
Qərbi Kaspi Universitetindəki “Aclığa Son” siyasətimiz yalnız sinif otaqlarımızla məhdudlaşmır. Tələbələrimizə və ictimaiyyətə açıq şəkildə seminarlar, vebinarlar və tədbirlər də təşkil edirik. Biz Universitet olaraq, qida təhlükəsizliyini lazimi şəkildə həll etməyin bu siyasətin əsas komponentlərindən biri olduğunu real şəkildə başa düşürük.
İnsların qida keyfiyyəti və hüquqları haqqında məlumatlılığın artırılması üçün Azərbaycanın qabaqcıl qeyri-hökumət təşkilatlarından olan tərəfdaşımız “Azad İstehlakçılar Birliyi” ilə birlikdə “İstehlakçı hüquqları, istehlakçı mədəniyyəti və qida təhlükəsizliyi” mövzusunda açıq seminarlar keçirməyə davam edirik.
Biz yerli fermerlər və qida istehsalçıları ilə məlumat və təcrübə mübadiləsi aparır, onları ziyarət edir və pulsuz açıq dərslər təqdim edirik. Eyni zamanda Korporativ Sosial Məsuliyyət və Dayanıqlılıq mövzusunda vebinarlar təşkil edilmişdir.
Məqsədlə əlaqəli tədbirlər
Bu məqsədlə bağlı kurslar/modullar: