Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 6 : Təmiz Su və Sanitariya

"Hamıya suyun və kanalizasiya xidmətlərinin əlçatanlığını təmin etmək"

 Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında bu məqsədlə əlaqəli 7 modul təqdim edirik. Bu proqramlar sayəsində tələbələrimizin siniflərdə nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz nə edirik?

Təmiz su və sanitariya dünyanın ən mübahisəli mövzularından birirdir.

  • Xəzər dənizi problemləri” elmi-tədqiqat mərkəzininəsas fəaliyyət istiqamətini Xəzər dənizi və onun hövzəsinə aid olan daxili suların biologiyası və ekologiyası haqqında yeni bilik əldə etməyə hədəflənən fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatların aparılmasını təşkil edir. Elmi tədqiqatlarımızın əsas məqsədi Xəzər dənizi və onun hövzəsinə aid olan su obyektlərinin flora və faunasının inkişaf etdirilməsidir.

Tədqiqat istiqamətləri:

  • Dəniz səviyyəsinin tərəddüdü;
  • Dəniz dibi relyefinin tədqiqi;
  • Meteoroloji, hidroloji, hidrofiziki tədqiqatlar;
  • Atmosfer havasının keyfiyyəti üzrə tədqiqatlar. Onun çirklənməsinin indikatoru olan bəzi qazların kəmiyyət göstəriciləri üzrə tədqiqatlar;
  • Qamma şüalanma fonunun ölçülməsi üzrə tədqiqatlar;
  • Dəniz mikroorqanizmləri potensial antimikrob preparatların mənbəyi nöqteyi-nəzərindən tədqiqatlar;

Əlavə olaraq su istifadəsinin vacibliyini və istifadəsi ilə bağlı seminarlar və vebinarlar təşkil etməklə insanların diqqətini bu mövzuya çəkirik. Universitet yağış sularını toplamaqla ağacların və təsərrüfat səhələrinin sulanmasında istifadə edir.

Universitetdə su istifadəsinə dair təlimatlar

 

Məqsədlə əlaqəli tədbirlər

Məqsəd ilə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər