Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 5 : Gender Bərabərliyi

“Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək”

 Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında bu məqsədlə əlaqəli 3 modul təqdim edirik. Bu proqramlar sayəsində tələbələrimizin siniflərdə nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

 Biz nə edirik

Yarandığı gündən Qərbi Kaspi Universitetinin gender bərabərliyinin qorunması, təbliğ edilməsi prioritet siyasətlərindən biri olmuşdur. Təqaüdlər  və işə qəbul zamanı qadınların ərizəçilərin müraciətlərini dəstəkləyirik.  Bizim bu uğurlu yanaşmamıza görə biz təkcə öz ölkəmizdə deyil, regionda da aparıcı universitetik.  

Biz işçilər arasında kişi və qadın nisbətinə görə (51%-49%), tələbələr arasında tam bərabərliyə (50%-50%) görə fəxr edirik. 


İstənilən səviyyədə gender bərabərliyi pozuntularına yol verməmək üçün universitet ictimaiyyətinin hər bir üzvündən dəyərlərimizə sadiq qalmalarını xahiş edirik.

Universitet olaraq davamlı mövcud prosesləri izləyir, şikayətləri qəbul edir və Sosial və Humanitar işlər üzrə prorektor, Gender Araşdırmalar Mərkəzi və İnsan Resursları şöbəsi vasitəsi ilə bilikdə qarşıya çıxan məsələləri universitetin nizam-intizam qaydaları və Azərbaycan Respublikasının qanunları çərçivəsində ədalətli həllini təmin edirik. Bununla yanaşı Gender Araşdırmaları Mərkəzi davamlı olaraq ictimaiyyət üçün açıq seminar və vebinarlar təşkil edir.

  Gender Araşdırmaları Mərkəzi    Azərbaycan cəmiyyətinə yeni olan gender üsulunun yayılması və inkişafı, həmçinin bu üsulun elmi tədqiqatlara və tədris proqramlarına inteqrasiyasıdır 

Mərkəzin fəaliyyət istiqamətlərinə daxildir:

  • Gender və qadın problemləri ilə bağlı tədqiqatların aparılması;
  • Gender nəzəriyyəsinin ictimai və humanitar elmlərə inteqrasiyası;
  • Elmi və ictimai əlaqələrin inkişafı;
  • Qlobal miqyasda konfrans, seminar, simpoziumların keçirilməsi və onlarda iştirak;
  • Gender tədqiqatlarına aid nəşrlər;
  • Tədris və elmi fəaliyyət;

Fəaliyyətlər:

2021

İndoneziyanın BİNUS Universitetinin birgə təşkilatçılığı ilə "Gender və İnkişaf" mövzusu üzrə vebinar

 Məqsədlə əlaqəli tədbirlər

Məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər