Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 3 : Yaxşı səhiyyə və rifah

“Yaşından asılı olmayaraq hər kəsin sağlam yaşamasını təmin etmək və rifah halını yaxşılaşdırmaq”

Bu gün bir çox insan əvvəlkindən daha sağlam həyat sürsə də, qarşısı alınması mümkün xəstəliklərdən və erkən ölümdən əziyyət çəkənlər hələ də qalmaqdadır. Biz birlikdə çalışaraq daha sağlam bir dünya yarada bilərik. Universitetimiz pulsuz zəruri səhiyyə xidməti göstərmək, tələbələrin, müəllimlərin və digər işçilərin rifahını yaxşılaşdırmaq üçün əlindən gələni edir.

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında bu məqsədlə əlaqəli 6 modul təqdim edirik. Bu proqramlar sayəsində tələbələrimizin siniflərdə nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz Nə Edirik

  • Qərbi Kaspi Universitetinin Tibb Mərkəzi tələbələrinə, müəllimlərinə və işçilərinə psixoloji dəstək və ilk yardım göstərir.
  • Universitetdə idman alətləri ilə təchiz olunmuş zallar vardır.
  • Universitet bütün binalarında siqaret çəkməyi tamamilə qadağan etmişdir. (Tütün İstifadəsi ilə Bağlı Əmr)
  • Tələbələrimiz, müəllim və digər işçilərimizə sığorta təmin etmək üçün yerli aparıcı sığorta şirkətlərindən biri ilə ortaqlıq yaradılmışdır. (Tibbi Sığorta)

Biz həmçinin “Yaxşı Səhiyyə və Rifah”ın inkişafı üçün cəmiyyətin məsuliyyətini və təşəbbüsünü öz üzərimizə götürürük.

  • "Erkən nikahlar və onun sosial nəticələri" və s. kimi mövzularda müntəzəm olaraq ictimaiyyətə açıq seminar və vebinarlar təşkil olunur.
  • Tibb Mərkəzimiz vasitəsi ilə vətəndaşlara pulsuz ilk yardımlar təmin edilir.
  • Universitetdəki idman zallarına hər kəsin pulsuz girişi mövcuddur.

2030-cu ilədək yoluxucu olmayan xəstəliklər səbəbindən erkən ölümlərin 33%-nin azalmasını üçn dövlət qurumları ilə əlaqəli seminarlarda və təlimlərdə iştirak edirik. 

2020-ci ildən başlayan COVİD-19 pandemiyası zamanı universitet cəmiyyəti məlumatlandırmaq  cəmiyyətə acıq bir neçə vebinar keçirmişdi. Youtube video 

Alman professorunun koronavirusla bağlı vebinar 

COVID-19 dönəmində Beynəlxalq İqtisadi Ssenari

Youtube video

Zehni Sağlamlıq və Rifah təlimatları

Foto Qalereya

Məqsədlə əlaqəli tədbirlər

Bu məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər