Qərbi Kaspi Universiteti

Fakültələr

İngilis dili və ədəbiyyatı

İngilis dili və ədəbiyyatı kafedrası Filologiya və Tərcümə məktəbinin bir hissəsidir. Kafedra 2 kürsüdən ibarətdir: Ədəbiyyat kürsüsü və Dil kürsüsü kafedranın əsas məqsədi tələbələri İngilis filologiyasının müvafiq istiqaməti ilə - müxtəlif ədəbiyyat nəzəriyyəsi və tətbiqi dilçilikdən başlayaraq ümumilikdə ingilis dilinin öyrənilməsini bağlı geniş bilklə təmin etməkdir. Dilin öyrənilməsində yüksək keyfiyyət və standartlara nail olmaq üçün İngilis dili və ədəbiyyatı kafedrası Tərcümə kafedrası ilə sıx əməkdaşlıq edir. Kafedrada Azərbaycanlı 5 professor, 1 dosent, 4 baş müəllim və 3 müəllim eləcə də Almaniyalı, İranlı müəllimlər çalışır.

İngilis dili və ədəbiyyat kafedrasında 2 Bakalavr proqramı (İngilis dili və ədəbiyyatı, İngilis dili və ədəbiyyatı müəllimliyi) və 2 Magistr proqrammı (Ədəbiyyatşünaslıq və Dilşünaslıq) tədris edilir. Bu kurs proqramında tələbələr İngilis-Amerikan təhsili ilə bağlı bacarıqlara yiyələnir və akademik tədqiqat və yazı prosesi ilə tanış olurlar.

Bakalavr və Magistratura proqramları ilə yanaşı tələbələr fəlsəfə doktoru dərəcəsini də əldə edə bilərlər. Filologiya və tərcümə fakültəsini bitirtikdən sonra öz uğurlu karyeralarında ixtisaslaşmış tələbələr müəllim kimi əmək sahələrində işləyə, eləcə də onlar Azərbaycan cəmiyyətinin və mədəniyyətinin gələcək inkişafında yaxından iştirak edə biləcəklər.

 

Bizimlə Əlaqə:

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon: +994 12 492 74 18

Faks: +994 12 492 67 01

@: department.english.language.literature@wcu.edu.az