Filologiya (Ingilis dili və Ədəbiyyatı)
Proqram: Filologiya (ingilis dili və ədəbiyyatı) üzrə bakalavr
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis dili
Program haqqında
Proqramın məqsədi ixtisas dili üzrə filoloji dünyagörüşü və ixtisaslaşmanı təmin etmək; özəl və ya dövlət müəssisələrində bakalavr səviyyəsində filoloq mövqeyi tutmaq üçün bilik vermək, eyni zamanda ixtisas üzrə filologiya fənlərini yüksək keyfiyyətlə mənimsətmək, tənqidi mühakimə qabiliyyətini formalaşdırmaq və müxtəlif tapşırıqları yerinə yetirmək bacarıqları aşılamaqdır. Filologiya ixtisası dilçilik və ədəbiyyatşünaslıqda ixtisas dilinin dil və ədəbi prosesləri, o cümlədən bu iki sahədə gedən ümumi inkişaf meyillərini əhatə edir. Burada filologiyanın xüsusiyyətləri, onun elmi problemləri, dünya filologiya fikri ilə əlaqəsi öz əksini tapır. Bu ixtisas tələbələrdə filologiya elmini əhatə edən bilikləri aşılayır. Dərslər respublikada və respublikadan kənar mövcud dərsliklərin potensialından istifadə etməklə tədris edilir. Bizim əsas hədəfimiz həm ədəbiyyat, həm də dilçilik sahəsində ixtisas dili üzrə filologiya elminin bütün incəliklərinə yiyələnmiş kadr resurslarının hazırlanmasıdır.
Əldə ediləcək bilik və bacarıqlar
- Filologiya (ixtisas dili və ədəbiyyatı) sahasində təməl araşdırma vərdişlərinə sahib olmaq;
- İxtisas dilini onun müxtəlif aspektlari və funksional üslubları baxımından darindən öyrənmək;
- Dilşünaslıq və ədəbiyyatşünaslıq sahəsində fundamental konsepsiyalar haqqında bilik va tanqidi baxış inkişaf etdirmək;
- Dilin spesifikası, mahiyyəti və funksiyaları barəda müfəssəl biliyə sahib olmaq;
- Dilşünaslıq sahələrində tatbiq edilən ümumi metod va üsulları mənimsəmək va kiçik həcmli tədqiqatlarda tətbiq edə bilmək;
- Dilçilik elminin tarixi, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında biliyə sahib olmaq.
Məzunların iş tapmaq imkanları
Proqramı uğurla başa çatdıran məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlannda və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müassisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər. Bundan əlava,
məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik ve komitələrdə hamçinin agentliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis/ məsləhətçi olaraq da çalışa bilərlər.