Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Proqram: Filologiya üzrə bakalavr (Azərbaycan dili və ədəbiyyatı)
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təlim dili: Azərbaycan
Program haqqında
Azərbaycan dili xalqımızın milli dili, müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Bu dil əsrlərin sınağından keçərək inkişaf edib zənginləşmiş və hal-hazırda respublikamızın ictimai-siyasi, mədəni və iqtisadi həyatının bütün sahələrində geniş istifadə olunur. Respublikamızın təhsil müəssisələrində Azərbaycan dilinin öyrədilməsi, tədris prosesinin yüksəldilməsi, mütərəqqi üsulların tədris prosesinə tədbiq edilməsi mühüm məsələlərdən biridir.
Proqram çərçivəsində tələbələr Azərbaycan ədəbiyyatı, onun şifahi və yazılı qolu, klassiklərin həyat və yaradıcılığı, folklor və yazılı ədəbiyyat ilə tanış olur, ən qədim dövrdən başlayaraq günümüzədək ədəbiyyatın keçdiyi inkişaf yollarını öyrənirlər.
Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Əldə ediləcək bilik və bacarıqlar
- Filologiya (ixtisas dili və ədəbiyyatı) sahasində təməl araşdırma vərdişlərinə sahib olmaq;
- İxtisas dilini onun müxtəlif aspektlari və funksional üslubları baxımından darindən öyrənmək;
- Dilşünaslıq və ədəbiyyatşünaslıq sahəsində fundamental konsepsiyalar haqqında bilik va tanqidi baxış inkişaf etdirmək;
- Dilin spesifikası, mahiyyəti və funksiyaları barəda müfəssəl biliyə sahib olmaq;
- Dilşünaslıq sahələrində tatbiq edilən ümumi metod va üsulları mənimsəmək va kiçik həcmli tədqiqatlarda tətbiq edə bilmək;
- Dilçilik elminin tarixi, keçdiyi inkişaf yolu, hazırkı vəziyyəti və gələcək perspektivləri haqqında biliyə sahib olmaq.
Məzunların iş tapmaq imkanları
Proqramı uğurla başa çatdıran məzunlar dövlət qurumlarında, yerli özünüidarəetmə orqanlannda və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müassisələrdə filoloq mütəxəssis/məsləhətçi olaraq faaliyyət göstərə bilərlər. Bundan əlava, məzunlar tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, təşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik ve komitələrdə hamçinin agentliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis/ məsləhətçi olaraq da çalışa bilərlər.