Qərbi Kaspi Universiteti

Fakültələr

Azərbaycan dili və ədəbiyyatı

Azərbaycan dili və ədəbiyyatı kafedrası filologiya və tərcümə məktəbinin bir hissəsidir. Kafedra iki kürsüdən ibarətdir: Ədəbiyyat kürsüsü və Dil kürsüsü. Kafedranın akademik tərkibinə 1 dosent, 3 filologiya üzrə fəlsəfə doktoru, 2 müəllim və 1 professional yazıçı aiddir. Dil kürsüsündə, tələbələrə Azərbaycan dilinin fonetik, leksik, qrammatik quruluşunun müasir səviyyəsini, eləcə də dilimizin tarixi inkişafını öyrədən fənlər tədris edilir. Fənlər nəzəri və praktiki səciyyə daşıyır. Fənlər əsasında dilin və dilçiliyin aktual məsələləri, dilin mahiyyəti və funksiyaları, dilçiliyin tədqiqat metodları, eləcə də dilin daxili strukturu ilə bağlı məsələlər araşdırılır. Ədəbi dil ilə yanaşı,  Azərbaycan dili dialektləri də öyrədilir ki, bu da dilimizin tarixi inkişafını əks etdirmə baxımından əhəmiyyət kəsb edir. Kürsüdə tədris edilən “Turkologiya” kursu türksistemli dillərin dünya dilləri içərisində yerini müəyyənləşdirir.

Kürsüdə tədris edilən “Azərbaycan dili və nitq mədəniyyəti” fənni isə Qərbi Kaspi Universitetinin bütün fakültələri və ixtisaslarında tədris edilir.

Ədəbiyyat kürsüsündə tədris edilən fənlər Azərbaycan ədəbiyyatının ən qədim dövründən başlayaraq müasir dövrə qədər keçdiyi inkişaf mərhələlərini əhatə edir. Bununla yanaşı tələbələr Avropanın, Amerikanın, Rusiyanın tanınmış ədəbi əsərləri ilə tanış olurlar. Kürsüdə bədii ədəbiyyatın mahiyyəti, ictimai həyatda mövqeyi, əhəmiyyəti nəzərə cəhətdən təhlil edilir.

 

Bizimlə Əlaqə:

Ünvan: Azərbaycan, Bakı, İstiqlaliyyət küçəsi, 31

İndeks: AZ1001

Telefon: +994 12 492 74 18

Faks: +994 12 492 67 01

@: department.azerbaijani.language.literature@wcu.edu.az