Western Caspian University

Teachers

Naila

Naila  Guliyeva

School of Advanced Technologies and Natural Sciences

PhD in Chemistry, Dean of the School of High Technologies and Innovative Engineering

Akademik fəaliyyətinin istiqamətləri: · Umumi kimya · YMB kimyası Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Quliyeva Nailə Məmmədağa qızı 21 avqust 1976-cı il Bakı şəhərində anadan olmuşdur. 1983-1993-cü illər 39 nömrəli məktəbdə orta təhsil almışdır. 1993-1997-ci illər Bakı Dövlət Universitetinin Kimya fakültəsində bakalavr təhsili almışdır. 1997-1999-cu illər isə burada magistr təhsilini davam etdirmişdir (Elmi işin adı: “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsinin bəzi xüsusiyyətləri”). 2000-2003 Bakı Dövlət Universitetinin Kimya fakültəsinin Yüksək Molekullu Birləşmələr kimyası kafedrasında aspirant olmuşdur. 2008-cı ildə “Malein anhidridi, stirol və allilfenil efirinin üçlü birgə polimerləşməsi” elmi işini uğurla müdafiə edərək kimya elmləri namizədi adı almışdır. BDU-nin YMB kimyası kafedrasında 2010-15 ci illərdə, 2014-17 ci illərdə isə AR Prezidenti yanında Dövlət İdarəcilik Akademiyası, “Davamli inkişafın planlaşdırılması və idarə edilməsi” kafedrasında müəllim vəzəfəsində çalışmışdır. 2018-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasında müəllim vəzifəsində, 2020-cı ildən Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri vəzifəsində çalışıb. Hal-hazırda Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekanı vəzifəsində çalışır. 30 elmi məqalənın, dərs vəsaitinın, fənn proqramlarının, Azərbaycan Respublikasının patentının müəllifidır.

Rana

Rana  Hajiyeva

School of Advanced Technologies and Natural Sciences

Associate professor, PhD in Pedagogy, Head of the department of information technologies

Akademik fəaliyyətinin istiqamətləri: İnformatika Veb-proqramlaşdırma Kompüter tərcümə proqramları  Kompüter mühəndisliyin əsasları  Sistem proqram təminatı  Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 7 yanvar 1954-cü ildə Bakı şəhərində anadan olmuşdur.  1961-1971-ci illərdə Bakı şəhəri 132 saylı orta məktəbdə təhsil almışdır. 1977-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmişdir. 1971-1990–cı illərdə Bakı Dövlət Universitetinin Hesablama Mərkəzində laborant, mühəndis, böyük mühəndis, 1990-1997-ci illərdə Azərbaycan Ali Tətbiqi Elmlər Kollecində müəllim, baş müəllim, 1997-ci ildən isə Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2007-ci ildə “İnformatika fənninin riyaziyyat və fizika ilə əlaqəli tədrisi yolları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2011-ci ildən Qərbi Kaspi Universitetinin İnformasiya texnologiyaları və maşınlar kafedrasının müdiri vəzifəsində çalışır. 80-a yaxın elmi əsərin, o cümlədən metodik vəsait, dərslik və elmi məqalələrin müəllifidir. Elmi nəşrlər:  Abituriyentlərin və tələbələrin test edilməsi - 1995 Kompüterlə əlaqəli tədrisin bəzi məsələləri - 1996 Proqlaşdırma texnologiyasının kompüterlə əlaqəli tədrisə tətbiqi - 1996 Müasir həyatda kompüter və tədris - 1996  "İnformatika" tədrisi üzrə təcrübə - 1997 Kompüter təhsilində kompüter dəstəyi təlimatı -1997 Fizika məsələlərin həllində kompüterdən istifadə edilməsinin müəyyən xüsusiyyətləri - 1999 "İqtisadi informasiyanın kompüter texnologiyası" kursu proqramı - 1998 İnformatika və hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 1999 "Sistem proqramı" üzrə kurs proqramı- 1999 İnformatika ve hesablama texnikasının əsasları fənninin digər fənlərlə əlaqəli tədrisinin bəzi məsələləri - 2000 "Alqoritmləşdirmə və proqramlaşdırma" üzrə kurs proqramı - 2000 "Proqram paketləri" proqramı - 2000 İnformatika təhsili metodikasında bəzi elementlər - 2001 Şagirdlərin biliklərinin yoxlanılması - 2001 Alqoritmiləşdirmənin əsas elementləri - 2001 Turbo Pascal dilində xətti proseslərin proqramlaşdırılması - 2001 Mövqe məsələlərinin həllində tətbiq olunan üsullar - 2001 İnteraktiv rejimdə şagirdin avtomatlaşdırılmış testi - 2002 VPX proqram kabuğunu istifadə edərək məlumat bazalarının inkişaf etdirilməsi - 2002 ”Kompüter texnikası və proqramlaşdırma” kursu üzrə   proqram - 2003 İnformatikadan 250 test - 2003  Tərsimi həndəsə mövzularının kompüterdə yerinə yetirilməsinin əsas şərtləri - 2003  İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2005  İnformatika və informasiya texnologiyaları fənninin fizika ilə əlaqəli tədrisinə dair - 2006 İnformatika və informasiya texnologiyaları fənninin tədrisində bəhsdaxili, bəhslərarası və bölmələrarası əlaqələrin təşkili - 2006  İnformatika fənni ilə riyaziyyat fənni arasında əlaqənin yaradılması - 2007 Fənlərarası əlaqə təlimdə inteqrasiya proseslərinin ifadəsi kimi - 2007  Tədris prosesində fənlərarası əlaqələrdən istifadəyə dair - 2007 İnteqrasiya proseslərinin tədrisə tətbiqinin bir variantı haqqında - 2008 İnformatika fənni üzrə praktik tapşırıqlarn yerinə yetirilmə yolları - 2009 İnformatika fənninin tədrisində riyaziyyat fənni elementlərin­dən istifadə fənlərarası əlaqə­nin yaradılması üçün bir zəmindir - 2011 İnformatika dərslərində iqtisadi məsələlərin həllindən istifadə - 2012 Maliyyə iqtisadi məsələlərin MS Excel elektron cədvəlində yerinə yetirilməsinin yolları - 2012 İnternet jurnalistikası - 2012 İnformatika fənni üzrə praktik tapşırıqların yerinə yetirilmə yolları - 2013 Maliyyə bazarlarında proqram təminatı ilə həll edilən bəzi məsələlər -2015  Siyahı strukturları - 2015 Proqramlaşdırma dilləri və informatika - 2016 Müasir proqramlaşdırma dilləri - 2016 İnformatika və geoinformatika - 2016 Proqramlaşdırmanın əsasları - 2016 Coğrafi informasiya sistemləri - 2017 Rabitə kanalları və siqnalların işlənməsi – 2017 İnformatika (metodik vəsait) - 2020 Fənlərarası əlaqələrdən istifadə etməklə Veb proqramlaşdırma mövzularının izahında sığorta tariflərinin hesablanması – 2022. Interdisciplinary relationships Integrated into learning - 2022 Verilənlərin  Analitik Emalı və Məlumat Təhlili Metodları – 2022 Использование межпредметных связей в частности вычислений страховых тарифов при объяснении тем веб-программирования - 2022

Karim

Karim  Allahverdiyev

School of Advanced Technologies and Natural Sciences

Professor, PhD in Physics, Member of the European Academy of Sciences

Akademik fəaliyyətinin istiqamətləri: Yarımkeçiricilər fizikası; Lazer və onun istifadəsi; LİDAR və onun istifadəsi. Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Allahverdiyev Kərim Rəhim oğlu 1 aprel 1944-cü il Yeravan şəhərində anadan olmuşdur. 1950-1960-cı illər 26 nömrəli məktəbdə orta təhsil almışdır. 1961-1967-ci illər Moskva Energetika İnistitutunun Elektromexanika fakültəsində bakalavr təhsili almışdır. 1972-ci ildə fizika-riyaziyyat elmləri üzrə elmi dərəcə almışdır.1982-ci ildə fizika-riyaziyyat elmləri üzrə elmlər doktoru olub. 1985-ci ildə isə fizika-riyaziyyat elmləri üzrə professorluq dərəcəsini təsdiqləyib. 1992-2013-cü illərdə Türkiyənin Orta Doğu  Texniki Universitetində və Türkiyə Bilimsəl araşdırma mərkəzində işləmişdir. O cümlədən İngiltərənin Oksford Universitetində, Almaniyanın Ştuttqart Elmi Araşdırma Mərkəzində, Fransanın Grenoble Elmi Araşdırma Mərkəzində,Yaponiya Tsukuba Universitetində, Amerkanın Dayton və Hava qüvvələri Araşdırma Mərkəzlərində fəaliyyət göstərmişdir.2003-cü ildə Avropa Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1988-ci ildə elm sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb. 20-dən çox fizika-riyaziyyat elmlər namizədi, 5 fizika-riyaziyyat elmlər doktoruna rəhbərlik etmişdir. 320-dən çox elmi məqalə, 5 dərs vəsaiti çap etdirmişdir.

Tarana

Tarana  Poladova

School of Advanced Technologies and Natural Sciences

PhD in Chemistry, Associate professor, Head of the Department Ecology and environment

Poladova Təranə Əli qızı 2000-ci ildə Xətai rayonu 261 saylı orta məktəbi bitirmişdir. 2005-ci ildə Bakı Dövlət Universitetinin kimya fakültəsinin “Tətbiqi kimya” ixtisası üzrə bakalavr pilləsini, 2008-ci ildə “Yüksəkmolekullu birləşmələr kimyası” ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 2005-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunda başlamışdır. 2009-cu ildə Azərbaycan Milli Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstititunun “Makromolekullar kimyası” ixtisası üzrə əyani aspirantura şöbəsinə qəbul olmuşdur. 2013-cü ildə fəlsəfə doktoru dissertasiyası üzərindəki işi tamamlamış, 2014-cü ildə Azərbaycan Respublikası AAK tərəfindən kimya üzrə fəlsəfə doktoru diplomuna, 2018-ci ildə isə dosent diplomuna layiq görülmüşdür. AMEA Neft-Kimya Prosesləri İnstititunun aparıcı elmi işçisi vəzifəsində çalışmaqla bərabər insititutun nəzdində fəaliyyət göstərən müdafiə seminarının katibi vəzifəsində də işlərini davam etdirmişdir. Hazırda həmin institutda elmlər doktoru səviyyəsində təhsilini davam etdirir və tədqiqatlar aparır. Geniş biliyə və dünyagörüşünə malik, daima axtarışda olan tədqiqatçı dəfələrlə Beynəlxalq və Respublika miqyaslı elmi konfrans, təlim və simpoziumlarda iştirak etmiş, müxtəlif dərəcəli diplom, sertifikat , həmçinin medallarla mükafatlandırılmışdır. 2016-cı ildən ADNSU-nun SABAH qruplarında ingilis və azərbaycan dillərində “Polimerlərin kimyası və fizikası” fənnini tədris edən T.Ə.Poladova 90-dan çox elmi əsərin müəllifidir ki (10-dan çox monoməqalə), onların bir çoxu xarici ölkələrin jurnallarında dərc edilmişdir. Hazırda Qərbi Kaspi Universitetinin “Ekologiya və ətraf mühit” kafedrasının müdiridir. Elmi əsərləri: https://scholar.google.com/citations?hl=ru&user=Y09dAUQAAAAJ Synthesis and study of new catanion type, surface-active n-octyletylolamonmonium pentanoat salt  http://www.ppor.az/?page=issue&nid=78 Synthesis and study of new surface-active hexadecylammonium ethanoate and pentanoate salts https://aem.az/index.php?newsid=2307 The new polymer reagent for removing thin oil slicks from water surface 2021 https://7universum.com/ru/nature/authors/item/poladova-ta

Durdana

Durdana  Rustamova

School of Advanced Technologies and Natural Sciences

PhD in Physics, Head of the Department Department of Mechanics and Mathematics

Akademik fəaliyyətinin istiqamətləri: Elektrotexnika Mexatronika Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Rüstəmova Dürdanə Fərhad  qızı 15 yanvar 1963-cü il Kəlbəcər rayonu Qılışlı kəndində  anadan olmuşdur. 1970-1980-ci illər Qılışlı kənd məktəbində orta təhsil almışdır. 1981-1986-cı illər Azərbaycan Texniki Universitetinin Elektrotexnika fakültəsində mühəndis elektrik təhsili almışdır. 1986-2004-cü illərdə Bakı şəhəri, “Neftqazavtomat” təcrübə zavodunda texnoloq, sazlayıcı mühəndis işləmişdir. 2004-2010-cu illərdə Azərbaycan Beynəlxalq Universitetində baş müəllim, 2010-2020-ci illərdə Dövlət Sərhəd Xidmətinin və Fövqalədə Hallar Nazirliyinin Akademiyalarında müəllim vəzəfəsində çalışmışdır. 2010-cu ildə Radiasiya Problemləri İnstitunda aspirant olmuşdur. 2016-cı ildə “Polimer kompozitlərin elektroaktiv xassələrinə maqnit sahəsinin və γ-şüalanmanın təsiri” elmi işini uğurla müdafiə edərək fizika elmləri üzrə fəlsəfə doktoru adını almışdır. 2020-cı ildən Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbinin dekan müavini vəzifəsində çalışıb. 2021-cı ildən Qərbi Kaspi Universitetinin Mexanika və riyaziyyat kafedrasının müdiri vəzifəsində çalışır. 39 elmi məqalənın, dərs vəsaitinın, fənn proqramlarının, müəllifidır.

Adigozel

Adigozel  Dosiyev

School of Advanced Technologies and Natural Sciences

Professor, Doctor of Mathematics

   Akademik fəaliyyətinin istiqamətləri: Sonlu fərqlər üsululları Sonlu elementlər üsululları Differensiyal tənliklərin sinqulyar həllərinin tədqiqi Blok Şəbəkə  üsulu Oblastların dekompozisiyası metodları Geyri Lokal Problemlər Xətti cəbrin ədədi üsululları Təhsıl və peşə fəaliyyatı haqqında məlumatlar: Dosiyev Adıgözəl Əhməd oğlu iki fevral 1948-ci il Ermənistanın Noemberyan rayonunun Ləmbəli qəsəbəsində anadan olmuşdur. 1965-1970-ci illər Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinində oxumuşdur. 1970-1973 illərində Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitunda aspirant olmuş və 1974-də “Qarışıq tipli tənliklərin həllərinin şəbələ üsulu ilə tədqiqi” mövzusunda elmlər namizədi (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildə Gürcüstan Elmlər Akademiyası N. Musxelaşvili adına Hesablama İnstitunda “Laplas tənliyinin hamar olmayan həllərinin approksimasiyası. Blok-Şəbəkə üsulu” mövzusunda fizika riyaziyyat elmlərı doktoru elmi dərəcəsini müdafiə etmişdir. Əmək fəaliyyəti: 1974-1978,  Azərbaycan EA Kibernetika İnstitu—kiçik elmi işçi 1978-1980, Bakı Dövlət Universiteti—asistant 1980-1984, Bakı Dövlət Universiteti—baş müəllim 1981-1982, Mançester Universitesi, İngiltərə--Elmi araşdırmaçı 1984-1994,  Bakı Dövlət Universiteti—dosent 1994-2007, Eastern Mediterranean University, Şimali Kipr—dosent 2007-2015, Eastern Mediterranean University, Şimali Kipr—professor 2015-2020, Near East University, Şimali Kipr—professor 15 sentyabr 2022- dən etibarən Qərbi Kaspi Universiteti- professor SCİ, SCİE, SCOPUS jurnallarında 65-dən çox elmi məqalə çap etdirmişdir. ABŞ və Avropa Universitetlerində tişkil edilmiş 20-dən çox conferanslarda elmi məqalələrlə çıxış etmişdir.

Fariz

Fariz  Hasanli

School of Advanced Technologies and Natural Sciences

Head of the Department of Programming and Information Security

Akademik fəaliyyətinin istiqamətləri: •    İnformasiya təhlükəsizliyinin stratejik idarə edilməsi •    Əşyaların internet, Verilənlərin intellektual analizi Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: Həsənli Fariz Ramazan oğlu 30 Mart 1984-cü ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuşdur. 2001-2006-cı illərdə Qafqaz Universiteti, Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı ixtisasında bakalavr təhsili almışdır. 2007-2011-ci illərdə Qafqaz Universiteti, Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı ixtisasında magistr təhsili almışdır. (Elmi işin adı: JSP, Servlet texnologiyaları, Struts framework(Java)-dən istifadə etməklə müəssisələrin İnformasiya sisteminin hazırlanması ) 2011-ci ildən etibarən, AMEA İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya təhlükəsizliyi şöbəsində doktorantdır. (Elmi işin adı: İnformasiya təhlükəsizliyinin strateji idarə olunması üçün, metod və alqoritmlərin işlənməsi ) 2007-2017 ci illərdə Fövqəladə Hallar Nazirliyində baş məsləhətçi – proqramçı, 2017-2019 cu illərdə Afgan Holdinqdə vitse president, 2019-2020- cu illərdə Statistika komitəsi, Vergilər nazirliyi və Ədliyyə Nazirliyi arasında məlumat mübadiləsi layihəsinin rəhbəri vəzifəsində çalışmışdır. Qreact startup layihəsində hissədar, Gowita və Following startup layihələrində həm təsisçidir. 2018-2020 ci illərdə Bakı Mühəndislik Universitetində müəllim olaraq çalışmışdır. 2020 ci ildən etibarən Qərbi Kaspi Universitetində müəllim, 2021-ci ildən  etibarən Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiridir.