Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Adigozel Dosiyev

Professor, Doctor of Mathematics

Linear algebra and analytic geometry, Differential equations

+994 12 492 74 18

adigozel.dosiyev@wcu.edu.az

   Akademik fəaliyyətinin istiqamətləri:

  • Sonlu fərqlər üsululları
  • Sonlu elementlər üsululları
  • Differensiyal tənliklərin sinqulyar həllərinin tədqiqi
  • Blok Şəbəkə  üsulu
  • Oblastların dekompozisiyası metodları
  • Geyri Lokal Problemlər
  • Xətti cəbrin ədədi üsululları

Təhsıl və peşə fəaliyyatı haqqında məlumatlar:

Dosiyev Adıgözəl Əhməd oğlu iki fevral 1948-ci il Ermənistanın Noemberyan rayonunun Ləmbəli qəsəbəsində anadan olmuşdur. 1965-1970-ci illər Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinində oxumuşdur. 1970-1973 illərində Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitunda aspirant olmuş və 1974-də “Qarışıq tipli tənliklərin həllərinin şəbələ üsulu ilə tədqiqi” mövzusunda elmlər namizədi (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildə Gürcüstan Elmlər Akademiyası N. Musxelaşvili adına Hesablama İnstitunda “Laplas tənliyinin hamar olmayan həllərinin approksimasiyası. Blok-Şəbəkə üsulu” mövzusunda fizika riyaziyyat elmlərı doktoru elmi dərəcəsini müdafiə etmişdir.

Əmək fəaliyyəti:

1974-1978,  Azərbaycan EA Kibernetika İnstitu—kiçik elmi işçi

1978-1980, Bakı Dövlət Universiteti—asistant

1980-1984, Bakı Dövlət Universiteti—baş müəllim

1981-1982, Mançester Universitesi, İngiltərə--Elmi araşdırmaçı

1984-1994,  Bakı Dövlət Universiteti—dosent

1994-2007, Eastern Mediterranean University, Şimali Kipr—dosent

2007-2015, Eastern Mediterranean University, Şimali Kipr—professor

2015-2020, Near East University, Şimali Kipr—professor

15 sentyabr 2022- dən etibarən Qərbi Kaspi Universiteti- professor

SCİ, SCİE, SCOPUS jurnallarında 65-dən çox elmi məqalə çap etdirmişdir.

ABŞ və Avropa Universitetlerində tişkil edilmiş 20-dən çox conferanslarda elmi məqalələrlə çıxış etmişdir.