Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Adıgözəl Dosiyev
Professor, Riyaziyyat üzrə elmlər doktoru
Xətti cəbr və analitik həndəsə, Diferensial tənliklər
+994 12 492 74 18
adigozel.dosiyev@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Sonlu fərqlər üsululları
- Sonlu elementlər üsululları
- Differensiyal tənliklərin sinqulyar həllərinin tədqiqi
- Blok Şəbəkə üsulu
- Oblastların dekompozisiyası metodları
- Geyri Lokal Problemlər
- Xətti cəbrin ədədi üsululları
Təhsıl və peşə fəaliyyatı haqqında məlumatlar:
Dosiyev Adıgözəl Əhməd oğlu iki fevral 1948-ci il Ermənistanın Noemberyan rayonunun Ləmbəli qəsəbəsində anadan olmuşdur. 1965-1970-ci illər Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakultəsinində oxumuşdur. 1970-1973 illərində Azərbaycan Elmlər Akademiyası Kibernetika İnstitunda aspirant olmuş və 1974-də “Qarışıq tipli tənliklərin həllərinin şəbələ üsulu ilə tədqiqi” mövzusunda elmlər namizədi (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir. 1999-cu ildə Gürcüstan Elmlər Akademiyası N. Musxelaşvili adına Hesablama İnstitunda “Laplas tənliyinin hamar olmayan həllərinin approksimasiyası. Blok-Şəbəkə üsulu” mövzusunda fizika riyaziyyat elmlərı doktoru elmi dərəcəsini müdafiə etmişdir.
Əmək fəaliyyəti:
1974-1978, Azərbaycan EA Kibernetika İnstitu—kiçik elmi işçi
1978-1980, Bakı Dövlət Universiteti—asistant
1980-1984, Bakı Dövlət Universiteti—baş müəllim
1981-1982, Mançester Universitesi, İngiltərə--Elmi araşdırmaçı
1984-1994, Bakı Dövlət Universiteti—dosent
1994-2007, Eastern Mediterranean University, Şimali Kipr—dosent
2007-2015, Eastern Mediterranean University, Şimali Kipr—professor
2015-2020, Near East University, Şimali Kipr—professor
15 sentyabr 2022- dən etibarən Qərbi Kaspi Universiteti- professor
SCİ, SCİE, SCOPUS jurnallarında 65-dən çox elmi məqalə çap etdirmişdir.
ABŞ və Avropa Universitetlerində tişkil edilmiş 20-dən çox conferanslarda elmi məqalələrlə çıxış etmişdir.