Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Fariz Hasanli

Head of the Department of Programming and Information Security

Database structure and algorithms, basics of programming, database management systems

+994 12 565 39 74

fariz.hesenli@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:
•    İnformasiya təhlükəsizliyinin stratejik idarə edilməsi
•    Əşyaların internet, Verilənlərin intellektual analizi
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Həsənli Fariz Ramazan oğlu 30 Mart 1984-cü ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuşdur.
2001-2006-cı illərdə Qafqaz Universiteti, Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı ixtisasında bakalavr təhsili almışdır.
2007-2011-ci illərdə Qafqaz Universiteti, Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı ixtisasında magistr təhsili almışdır. (Elmi işin adı: JSP, Servlet texnologiyaları, Struts framework(Java)-dən istifadə etməklə müəssisələrin İnformasiya sisteminin hazırlanması )
2011-ci ildən etibarən, AMEA İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya təhlükəsizliyi şöbəsində doktorantdır. (Elmi işin adı: İnformasiya təhlükəsizliyinin strateji idarə olunması üçün, metod və alqoritmlərin işlənməsi )

2007-2017 ci illərdə Fövqəladə Hallar Nazirliyində baş məsləhətçi – proqramçı, 2017-2019 cu illərdə Afgan Holdinqdə vitse president, 2019-2020- cu illərdə Statistika komitəsi, Vergilər nazirliyi və Ədliyyə Nazirliyi arasında məlumat mübadiləsi layihəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Qreact startup layihəsində hissədar, Gowita və Following startup layihələrində həm təsisçidir.
2018-2020 ci illərdə Bakı Mühəndislik Universitetində müəllim olaraq çalışmışdır.
2020 ci ildən etibarən Qərbi Kaspi Universitetində müəllim, 2021-ci ildən  etibarən Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiridir.