Qərbi Kaspi Universiteti

Müəllimlər

Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi

Fariz Həsənli

Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiri

Verilənlənlərin strukturu və alqoritmlər,proqramlaşdırmanın əsasları, verilənlər bazası idarə etməsistemləri

+994 12 565 39 74

fariz.hesenli@wcu.edu.az

Akademik fəaliyyətinin istiqamətləri:

  • İnformasiya təhlükəsizliyinin stratejik idarə edilməsi
  • Əşyaların internet,
  • Verilənlərin intellektual analizi

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Həsənli Fariz Ramazan oğlu 30 Mart 1984-cü ildə Zaqatala rayonu, Aşağı Tala kəndində anadan olmuşdur.
2001-2006-cı illərdə Qafqaz Universiteti, Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı ixtisasında bakalavr təhsili almışdır.
2007-2011-ci illərdə Qafqaz Universiteti, Avtomatlaşdırılmış sistemlər və hesablama texnikasının proqram təminatı ixtisasında magistr təhsili almışdır. (Elmi işin adı: JSP, Servlet texnologiyaları, Struts framework(Java)-dən istifadə etməklə müəssisələrin İnformasiya sisteminin hazırlanması )
2011-ci ildən etibarən, AMEA İnformasiya Texnologiyaları İnstitutu, İnformasiya təhlükəsizliyi şöbəsində doktorantdır. (Elmi işin adı: İnformasiya təhlükəsizliyinin strateji idarə olunması üçün, metod və alqoritmlərin işlənməsi )

2007-2017 ci illərdə Fövqəladə Hallar Nazirliyində baş məsləhətçi – proqramçı, 2017-2019 cu illərdə Afgan Holdinqdə vitse president, 2019-2020- cu illərdə Statistika komitəsi, Vergilər nazirliyi və Ədliyyə Nazirliyi arasında məlumat mübadiləsi layihəsinin rəhbəri vəzifəsində çalışmışdır.
Qreact startup layihəsində hissədar, Gowita və Following startup layihələrində həm təsisçidir.
2018-2020 ci illərdə Bakı Mühəndislik Universitetində müəllim olaraq çalışmışdır.
2020 ci ildən etibarən Qərbi Kaspi Universitetində müəllim, 2021-ci ildən  etibarən Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiridir.