School of Advanced Technologies and Natural Sciences
Karim Allahverdiyev
Professor, PhD in Physics, Member of the European Academy of Sciences
Laser and its use, Nanotechnologies, Fundamentals of Electronics
+994 12 565 39 74
karam.allahverdiyev@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Yarımkeçiricilər fizikası;
- Lazer və onun istifadəsi;
- LİDAR və onun istifadəsi.
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Allahverdiyev Kərim Rəhim oğlu 1 aprel 1944-cü il Yeravan şəhərində anadan olmuşdur. 1950-1960-cı illər 26 nömrəli məktəbdə orta təhsil almışdır. 1961-1967-ci illər Moskva Energetika İnistitutunun Elektromexanika fakültəsində bakalavr təhsili almışdır. 1972-ci ildə fizika-riyaziyyat elmləri üzrə elmi dərəcə almışdır.1982-ci ildə fizika-riyaziyyat elmləri üzrə elmlər doktoru olub. 1985-ci ildə isə fizika-riyaziyyat elmləri üzrə professorluq dərəcəsini təsdiqləyib. 1992-2013-cü illərdə Türkiyənin Orta Doğu Texniki Universitetində və Türkiyə Bilimsəl araşdırma mərkəzində işləmişdir.
O cümlədən İngiltərənin Oksford Universitetində, Almaniyanın Ştuttqart Elmi Araşdırma Mərkəzində, Fransanın Grenoble Elmi Araşdırma Mərkəzində,Yaponiya Tsukuba Universitetində, Amerkanın Dayton və Hava qüvvələri Araşdırma Mərkəzlərində fəaliyyət göstərmişdir.2003-cü ildə Avropa Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1988-ci ildə elm sahəsində Azərbaycan Dövlət mükafatına layiq görülüb.
20-dən çox fizika-riyaziyyat elmlər namizədi, 5 fizika-riyaziyyat elmlər
doktoruna rəhbərlik etmişdir. 320-dən çox elmi məqalə, 5 dərs vəsaiti çap etdirmişdir.