Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Nərgiz Paşayeva
Müəllim
İnformasiya təhlükəsizliyi, Alqoritmləşdirmə və proqramlaşdırma
+994 12 565 39 74
nergiz.pashayeva@wcu.edu.az
Tədris etdiyi fənnlər:
- Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma,
- Müasir İKT və informasiya təhlükəsizliyi,
- Verilənlər bazası və sistemləri,
- İnformasiya təhlükəsizliyinə giriş.
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Paşayeva Nərgiz Vidadi qızı 5 fevral 1997-ci ildə Ağstafa rayonu Dağ Kəsəmən kəndində doğulmuşdur. 2003-2014-cü illər Ağstafa rayon Dağ Kəsəmən kənd İ. Salıfov adına 2№li tam orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illər Azərbaycan Dövlət Neft və Sənayə universitetində “Kompüter Elmləri” ixtisası üzrə bakalavr təhsili almışdır (Diplom işinin adı: Bəzi məşhur ədədlərin triqonometrik vasitələrlə verilməsi). 2019-cı ildə Azərbaycan Memarlıq və İnşaat universitetində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə magistr təhsilinə başlamış, 2021-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir (Elmi işin adı: “Təbii mühitin monitorinq sisteminin yaradılması”). 2021-cı ildən Qərbi Kaspi Universitetinin Proqramlaşdırma və İnformasiya təhlükəsizliyi kafedrasında müəllim vəzifəsində çalışmaqdadır.