Western Caspian University

Teachers

School of Advanced Technologies and Natural Sciences

Nargiz Pashayeva

Lecturer

Information security, Algorithmization and programming

+994 12 565 39 74

nergiz.pashayeva@wcu.edu.az

Tədris etdiyi fənnlər:

  • Alqoritmləşdirmənin əsasları və proqramlaşdırma,
  • Müasir İKT və informasiya təhlükəsizliyi,
  • Verilənlər  bazası və sistemləri,
  • İnformasiya təhlükəsizliyinə giriş.

 

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Paşayeva Nərgiz Vidadi qızı 5 fevral 1997-ci ildə Ağstafa rayonu  Dağ Kəsəmən kəndində doğulmuşdur. 2003-2014-cü illər Ağstafa rayon Dağ Kəsəmən kənd İ. Salıfov adına  2№li tam orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illər Azərbaycan Dövlət Neft və Sənayə universitetində “Kompüter Elmləri” ixtisası üzrə bakalavr təhsili almışdır (Diplom işinin adı: Bəzi məşhur ədədlərin triqonometrik vasitələrlə verilməsi). 2019-cı ildə Azərbaycan Memarlıq və İnşaat universitetində “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə magistr təhsilinə başlamış, 2021-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir (Elmi işin adı: “Təbii mühitin monitorinq sisteminin yaradılması”). 2021-cı ildən Qərbi Kaspi Universitetinin Proqramlaşdırma və İnformasiya təhlükəsizliyi kafedrasında müəllim vəzifəsində çalışmaqdadır.