Multikulturalizm mərkəzi
Tarixən tollerantlıq dəyərlərinə malik olan Azərbaycan bu gün də öz multikultural ənənələri ilə dünyaya nümunə kimi göstərilir. Azərbaycan Respublikasının prezidenti ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan edib. Bu mövzuda ölkəmiz bir çox beynəlxalq tədbirlərə evsahibliyi edib.
2017-ci ildə Qərbi Kaspi Universitetində ölkəmizin multikultural ənənələri, təcrübəsini araşdırmaq və təbliğ etmək məqsədi ilə "Multikulturalizm” Mərkəzi yaradılıb. Bu mərkəz müvafiq istiqamət üzrə tədqiqat və təhlil işlərini həyata keçirir. Mərkəzin rəhbərliyi beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Qərb Universitetinin 1997-ci il məzunu Arye Qut tərəfindən həyata keçirilir.
Mərkəzin əsas məqsədləri:
- multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənmək və təbliği mexanizmini hazırlamaq;
- Azərbaycanda mədəni-etnoqrafik müxtəlifliyin azərbaycançılığın inkişafına xidmət göstərməsi yollarını müəyyənləşdirib gerçəkləşdirmək;
- Azərbaycan Respublikasında mədəni, dini müxtəlifliyin tolerant əsaslarının elmi təhlilini aparmaq və qorunub saxlanması yollarını müəyyənləşdirmək;
- müxtəlif bölgələrə aid mədəni irsi öyrənmək, onların müasir dövrdə ahəngdar inkişafının təmin edilməsinə, vətəndaş cəmiyyətinin potensialından istifadə edərək tarix, mədəniyyət və dini abidələrin qorunub saxlanması prosesinə dəstək vermək;
Qərbi Kaspi Universitetində Azərbaycan multikulturalizmi fənni tədris olunur.
Fənn tələbələr tərəfindən böyük maraqla dinlənilir. Mühazirələr tələbələrə dünya xalqlarının fərqli mədəniyyətlərini çatdırır.
Yanar Dağ Məbədi