Xəzər Elmi Tədqiqat Mərkəzi
Mərkəz 2019-cu ildə iyul ayında təsis edilmişdir.
Mərkəzin yaradılmasının məqsədi
- Xəzər dənizi və onun hövzəsinə aid olan daxili suların biologiyası və ekologiyası haqqında yeni bilik əldə etməyə hədəflənən fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatların aparılması;
- Xəzər dənizinə təbii amillərin (ilk növbədə iqlim dəyişiklikləri) və antropogen faktorun təsiri ilə bağlı risklərin proqnozunun elmi təminatı və bu risklərin minimuma endirilməsi yollarının müəyyənləşdirilməsi;
- Təbiətdən rasional istifadənin nəzəri əsaslarının hazırlanması;
- Ölkə elminin nailiyyətlərinin və təbiətin mühafizəsinin beynəlxalq metodlarının populyarlaşdırılması;
- Mərkəzdə həyata keçirilən elmi-tədqiqat işləri ilə Universitetdə aparılan təlim-tərbiyə prosesi arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsi.
Mərkəzin əsas fəaliyyət istiqamətləri:
Fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır:
- Xəzər dənizi və onun hövzəsinə aid olan su obyektlərinin flora və faunası;
- Xəzər dənizi və onun hövzəsinə aid olan daxili sularda maddələrin bioloji dövranı;
- suda yaşayan orqanizmlərin, onların populyasiya və birliklərinin ekologiyası;
- su bioresurslarından rasional istifadənin elmi əsaslarının hazırlanması;
- Xəzər dənizində və onun hövzəsində akvakulturanın inkişaf etdirilməsininelmi əsaslarının və yollarının hazırlanması;
- Təbii faktorların təsiri və insanın təsərrüfat fəaliyyəti nəticəsində Xəzərin və onun hövzəsinə aid olan su obyektlərinin vəziyyətində baş verən dəyişikliklərin proqnozlaşdırılması;
- Su orqanizmlərinin adaptasiya və təkamülü proseslərinin genetik və fizioloji-biokimyəvi aspektləri.
Elmi tədqiqatlar ilə tədris prosesi arasındakı əlaqə
aşağıdakı istiqamətlərdə aparılır:
- Mərkəzdə həyata keçirilən elmi-tədqiqat işləri ilə Universitetdə aparılan təlim-tərbiyə prosesi arasında sıx qarşılıqlı əlaqənin təmin edilməsi Universitet müəllimlərinin, doktorantlarının və tələbələrinin Mərkəzdə aparılan elmi-tədqiqat işlərinə cəlb edilməsi, Mərkəzin elmi işçilərinin pedaqoji fəaliyyətə aktiv cəlb edilməsi, həmçinin tədqiqatların nəticələrinin tədris prosesində maksimal istifadəsi yolu ilə həyata keçirilir;
- Mərkəzinfəaliyyət profili üzrə Universitetdə təhsil alan tələbə, magistr və doktorantlara elmi-tədqiqat işlərinin, o cümlədən kurs və diplom işlərinin, dissertasiyalarının yerinə yetirilməsində yaxından iştirak edir, onlara Mərkəzin laboratoriyalarından tam istifadə etmək şəraiti yaradır, istehsalat təcrübə proqramının yerinə yetirilməsi üçün lazımi şərait yaradır;
- Mərkəzin əməkdaşları (fəaliyyət profili üzrə) Universitetin tələbə, magistr və doktorantlarının elmi işlərinə rəhbərlik edir;
- Təhsilin magistr və doktorantura pillələrində yüksək bilik və bacarığa malik elmi işçilərhazırlayır;
- Professor – müəllim heyətinin elmi peşəkarlığının artırılması məqsədilə təkmilləşdirilmə kursları yaradır.
- Elmi məqsədlərlə həm Respublika ərazisində, həm də digər ölkələrin ərazisində (beynəlxalq ekspedisiyaların tərkib hissəsi kimi) ekspedisiya (çöl) işlərini həyata keçirir.
- Xəzər dənizi akvatoriyasındabaş verən fiziki, kimyəvi, bioloji və geoloji proseslər haqqında ətraflı məlumat toplamaq məqsədilə müntəzəm (monitorinq tipli) ekspedisiyalar təşkil edir.
- Elmi və elmi-texniki elektron məlumat bazalarının yaradılması, herbari və kolleksiyaların toplanması, xəritələr və digər kartoqrafik məlumatların hazırlanması.
- Patent və lisenziyalaşdırma işlərinin həyata keçirilməsi və innovativ fəaliyyət.
- Respublika və beynəlxalq elmi proqram və layihələrin həyata keçirilməsində, elmi proqnozların hazırlanmasında, elmi və texniki ekspertizaların aparılmasında iştirak.
- Həm Respublika, həm də Beynəlxalq səviyyəli simpozium, konqreslər, seminarlar, konfranslar, sərgilər, müsabiqələr təşkil edir, biliklərin və məlumatlar yayılmasının digər formalarından istifadə edir. Gənc tədqiqatçıların elmi-tədqiqat işlərinin yerinə yetirməsi üçün müxtəlif məktəb-konfranslar, yay-qış məktəbləri təşkil edir.
- Elmi-tədqiqat işlərinin həyata keçirilməsi zamanı gəmi ilə sərnişinlərin(ekspedisiya üzvlərinin) və yüklərin daşınması daxil olmaqla nəqliyyat və nəqliyyat-ekspedisiya xidmətləri göstərir.
- Ayrı-ayrı elmi məsələlərin həlli üçün Universitetin tərkibində müəyyən müddətəkompleks tematik qruplar, həmçinin elmi ekspedisiyalar yaradmaq mümkündür.
Mərkəzin strukturu və aparılacaq elmi-tədqiqat işləri
Mərkəzin əsas struktur bölmələri elmi-tədqiqat şöbələri və laboratoriyadır.
Mərkəzin əsas struktur bölmələrində aşağıdakı istiqamətlərdə elmi-tədqiqat işləri aparılacaqdır:
- Dəniz səviyyəsinin tərəddüdü;
- Dəniz dibi relyefinin tədqiqi;
- Meteoroloji, hidroloji, hidrofiziki tədqiqatlar;
- Atmosfer havasının keyfiyyəti üzrə tədqiqatlar. Onun çirklənməsinin indikatoru olan bəzi qazların kəmiyyət göstəriciləri üzrə tədqiqatlar;
- Qamma şüalanma fonunun ölçülməsi üzrə tədqiqatlar;
- Dəniz mikroorqanizmləri potensial antimikrob preparatların mənbəyi nöqteyi-nəzərindən tədqiqatlar;
- Dəniz sularının keyfiyyətinin öyrənilməsi üzrə tədqiqatlar, kimyəvi və bioloji çirklənmə zonalarının müəyyənləşdirilməsi üzrə tədqiqatlar;
- Dib çöküntülərinin keyfiyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Dəniz sularında və dib çöküntülərində mikrofloranın öyrənilməsi üzrə tədqiqatlar;
- Fitoplanktonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Zooplanktonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Bakteriaplanktonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Makrozoobentosun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Perifitonun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Fitobentosun vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- İxtiofaunanın vəziyyətinin öyrənilməsi üzrə tədqiqatlar;
- Ornitofaunanın öyrənilməsi üzrə tədqiqatlar;
- Akvakultura (marikultura) sahəsində tədqiqatlar;
- Xəzər Dənizin canlıların taxsonomiyasının reviziyası və genetik analizlərlə təsdiqi;
- Dəniz Bioloji Stansiyası sahilində quraşdırılmış külək enerji qurğusunun işinin öyrənilməsi üzrə tədqiqatlar.
- Dəniz Bioloji Stansiyasının laboratoriyasında biologiya, su bioehtiyatları və akvabitkilər, su bioehtiyatları və akvakultura, ekologiya ixtisaslarınınaşağıdakı fənnlər üzrə praktiki məşğələlərin keçirilməsi nəzərdə tutulub:
- hidrobiologiya;
- onurğazıslar zoologiyası;
- onurgalılar zoologiyası;
- ixtiologiya;
- marikulturanın biotexnologiyası;
- dəniz orqanizmlərinin toksikologiyası;
- balıqların yemləndirilməsi və s.
Mərkəzin elektrikə olan təlabatı tam olaraq günəş enerjisinin hesabına təmin edilir.