Qərbi Kaspi Universiteti

Fakültələr

Tarix və fəlsəfə kafedrası

Tarix və fəlsəfə kürsüsü tarixi, fəlsəfi və sosial-humanitar fənləri üzrə ixtisaslaşıb. Kürsünün əsas məqsədi tələbələrdə müstəqil, yaradıcı, kommunikativ mədəniyyət, geniş dünyagörüşü, tənqidi düşüncə tərzini yaratmaq, həmçinin həyatı, tarixi hadisələr və prosesləri anlamaq, qiymətləndirmək qabiliyyətində sahib olmaqdır. Bu məqsədə nail olmaq üçün  kürsü kompüter texnologiyaları və interaktiv tədris metodlarından istifadə edərək, tələbələri son tədris və metodik materiallarla təmin edir. Kürsü tələbələrin elmi işlərə, konfranslarda iştirak etməyə, tematik kolleksiyalarda materialların dərc edilməsinə yardım edir. Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək Azərbaycan, İngilis, Rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.