Qərbi Kaspi Universiteti

Fakültələr

Regionşünaslıq

Proqram: Regionşünaslıq üzrə bakalavr

Müddət: 4 il

Kredit: 240

Təhsil forması: əyani

Təhsil haqqı və güzəştlər: PDF_fayl >

Təlim dili: Azərbaycan, ingilis və rus dili

 Proqram tərkibi >

Regionşünaslıq üzrə bakalavr dərəcəsi region ölkələrinin siyasi, iqtisadi, sosial və mədəni həyatını öyrənib tədqiq edən çoxsahəli tədris proqramıdır. Proqram çərçivəsində müasir dünyada cərəyan edən regional münasibətlərin, regional siyasətin, regional münaqişələrin öyrənilməsi və təhlili baxımından vacib olan beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq hüquq, diplomatiya tarixi və diplomatik protokol kimi fənlər tədris olunur. Tələbələr eyni zamanda 3-4 dil üzrə əsaslı hazırlıq keçirlər.

Fənlər: xarici dil, ali məktəb pedaqogikası, psixologiya, Amerika və Böyük Britaniyanın siyasi sistemləri, ABŞ –ın xarici siyasəti, Böyük Britaniya beynəlxalq münasibətlər sistemində, diplomatik və konsul xidməti, milli təhlükəsizliyin beynəlxalq aspektləri, beynəlxalq münasibətlərdə siyasi mədəniyyət, qlobal təhkükəsizlik və müasir beynəlxalq konfliktlər, ABŞ və Böyük Britaniyanın beynəlxalq təşkilatlarda rolu.

Seçmə fənlər: fəlsəfə, politologiya, müasir beynəlxalq münasibətlərin aktual problemləri, regional təhlil, ABŞ-ın Yaxın Şərq siyasəti, müasir dövrdə ABŞ və Böyük Britaniya münasibətləri, müasir dövrdə beynəlxalq qeyri-hökümət təşkilatları və Azərbaycan, beynəlxalq münasibətlərin regional aspektləri, Fransa beynəlxalq münasibətlər sistemində, qərb ölkələrinin seçki sistemləri, dünya siyasətində diaspora təşkilatları, qloballaşma və qərb dövlətləri, müasir dövrdə demoqrafik proseslər.

Dərəcə əldə etmək üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.

Əldə ediləcək bilik və bacarıqlar

- İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;

- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadaki yeri və roluna dair sistemli ve hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;

- İş yerində informasiya texnologiyalarından istifadə etmək bacarığına;

- Bilik və bacarıqlarını inkişaf etdirmək məqsədilə vəziyyəti və özünü yenidən qiymətləndimək və özünütənqid bacarığına.

Məzunların iş tapmaq imkanları

Əsasən dövlət qurumlarında və mülkiyyət formasından asılı olmayaraq müxtəlif müəssisələrdə ixtisaslaşdığı region üzrə mütəxəssis/məsləhətçi olaraq fəaliyyət göstərə bilərlər. Bundan əlavə, məzunlar tabeliyindan asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən sahədə, taşkilatda, idarədə, müəssisədə, birlikdə, qurumda, nazirlik və komitələrdə həmçinin agentlikliklərdə və araşdırma/beyin mərkəzlərində mütəxəssis olaraq da çalışa bilərlər.