Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Zirəddin Qasımov
Texnika elmləri üzrə fəlsəfə doktoru, dosent
Kompüter sxematexnikası və mikroprosessor sistemləri, Rabitə kanalları, Formal dillər və avtomatlar nəzəriyyəsi
+994 12 565 39 74
ziraddin.gasimov@wu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
*Müasir kompüter texnologiyaları.
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Qasımov Zirəddin Əmirəhməd oğlu 19 fevral 1963-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Krasnoselo rayonunun Şorca kəndində anadan olmuşdur. 1970-1980-ci ildə Şorca kənd məktəbini bitirmişdir.1980-ci ildə Azərbaycan Politexnik İnsitutunun Raditexnika fakultəsinə qəbul olmuşdur. 1988-ci ildə AzPİ-nin Radio elektron aparatlarının konstruksiya edilməsi kafedrasına müəllim vəzifəsinə qəbul edilmişdir.1992-cü ildə həmin kafedrada baş müəllim seçilmişdir.1995-ci ildə Azərbaycan Texniki Universitetində aspiranturaya daxil olmuşdur.2001-ci ildə dissertasiya işini müdafiə edərək texnika elmlər namizədi adı almışdır. 2006-cı ildə dosent olmuşdur. 2016-cı ildən İnformasiya Texnologiyaları kafedrasında dosent vəzifəsində işləyir.76 elmi məqalənin ,4 dərs vəsaitinin və fən proqramlarının müəllifidir.