Qərbi Kaspi Universiteti

Müəllimlər

Filologiya və Tərcümə Məktəbi

Tamam İsmayılova

Müəllim

Azərbaycan dilində işgüzar və akademik kommunikasiya, Dünya ədəbiyyatı

+994 12 492 74 18

tomaismailova@wcu.edu.az

İsmayılova Tamam Əli  qızı 26 sentyabr 1981-ci il  tarixində Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri Səbail rayonu  Osman Mirzəyəv adına 190 saylı  orta ümumitəhsil məktəbinibitirmişdir. Həmin ildə Azərbaycan Pedoqoji Universitetinin  filologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə təhsilini bitirmişdir. 2004 –cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin “Dünya ədəbiyyatı” kafedrasının magistrantura şöbəsinə daxil olmuşdur. 2012-ci ildə “Badam çiçəyim “ adlı şer kitabını  nəşr etdirmişdir. 2012-2015 ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin “Dünya ədəbiyyatı” kafedrasının doktorantura şöbəsinədə təhsil almışdır. 2016 –cı ildə “Klassik rus və Azərbaycan ədəbiyytında psixologizm”adlı  elmi işi tamamlamış və “Dünya ədəbiyyatı “ kafedrasına təqdim etmişdir.  2014-2017- ci  illər  Bakı Avrasiya Universitetində “Elm, Magistratura və Doktorantura” sektorunun müdiri  və  Azərbaycan dili və ədbiyyatı kafedrasında dünya ədəbiyyatı  fənnindən saathesabı  müəllim vəzifəsində çalışmışdır.  Hazırda Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasında   müəllimdir.

1.​Ədəbiyyatın qələmi ilə səyahət . Bakı Dövlət Universiteti Dil və ədəbiyyat     jurnalı,  Bakı 2006.

2.​“İldırımlı aşırım”ın döngələri. Filologiya məsələləri jurnalı, Elm və Təhsil 2012.

3.​Çexov və onun ədəbiyyatda qoyduğu irs . Bakı Dövlət Universiteti, Dil və ədəbiyyat  jurnalı,  Bakı 2013

4.​Anton Pavloviç Çexov və müasirlik . Bakı Dövlət Universiteti ,Dil və ədəbiyyat jurnalı, 2013,№ 4 (88)

5.​Bədii ədəbiyyada psixoloji təhlil. Bakı Dövlət Universiteti ,Dil və ədəbiyyat jurnalı, 2014,№3 (91)

6.​Bədii ədəbiyyatda obrazların monoloqunun psixoloji təhlili. M.Ə.Rəsulzadənin 130 illik yubleyinə həsr olunmuş Respublika Elmi-Nəzəri konfrans Bakı: Bakı Dövlət Universiteti, 19 may, 2014

7.​Ədəbiyyatın tədrisində milli dəyərlərin qorunması. Təhsildə mənəvi- əxlaqi dəyərlər: Harmonik şəxsiyyətin inkişafı adlı Beynəlxalq Konfrans, Bakı: Azərbaycan Respublikasının Təhsil Problemləri İnistitutu, 5-6 dekabr, 2014

8.​Cəlil Məmmədquluzadə yaradıcılığında milli və bəşəri dəyərlər. Tədris Prosesinin təkmilləşdirilməsi və müasir Təhsil Konsepsiyaları adlı Beynəlxalq Elmi  Konfrans, Naxçıvan şəhəri: Naxçıvan Dövlət Universiteti,16-17 dekabr, 2014

9.​F.Dostayevski yaradıcılığında psixologizm üslubu. Gənc tədqiqatçıların III Beynəlxalq Elmi Konfransı Bakı: Qafqaz Universiteti,17-18 aprel, 2015

10.​Psixologizm nəzəriyyədən bədii yaradıcılığa doğru. Dil və ədəbiyyat jurnalı, 2015, №1 (93)

11.​Психологизм в творчестве А.П.Чехова и Джалиля Мамедкулизаде. Tернопiльский нацiональний педогог  iчний унiверсите iменi  Володимира Гнатюка Серiя Лiтературознавства  № 43.2015

12.​P.Çexov tərzində   impersionizm.  BDU Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubleyi ilə əlaqədar keçirilən Beynəlxalq konfrans, Bakı 2015   

13.​Bədii ədəbiyyatda duyguların ahəngi –psixologizm.Filologiya məsələləri jurnalı, Elm və Təhsil. 2015 № 7

14.​Klassik Rus və Azərbaycan ədəbiyyatında “kiçik”  insan  obrazlarının psixoloji tərəfləri. Bakı Dövlət Universiteti , Dil və ədəbiyyat jurnalı, 2015, № 4 ( 96)

15.​Klassik Rus və Azərbaycan ədəbiyyatında satirik uslübun psixoloji cəhətləri. Bakı Dövlət Universiteti .Dil və ədəbiyyat jurnalı, 2016, №1 (97)

16.​Psixologizm- tarixilik və müasirlik. Filologiya məsələləri jurnalı, Elm və Təhsil 2016, № 4

17.​Anton  Pavloviç  Çexov  yaradıcılığında  bir anın  psixoloji faciəsi.  Filologiya məsələləri jurnalı,

Elm və Təhsil 2017, № 12

18.​Məmmədquluzadə yaradıcılığında psixologizm . Ə. Haqverdiyevin 150 illik yubleyinə həsr olunmuş Beynəlxalq konfrans Turkiyə, Kars 2020.

19.​Qərb ədəbiyyatında psixologizm,    Rəsul Rzanın 110 illik yubleyinə həsr olunan Beynəlxalq konfrans  İsvecrə Stokkolm  2020  25-26 iyul