Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Şəbnəm Nuriyeva

Siyasi elmlər üzrə fəlsəfə doktoru

Azərbaycan siyasi təlimlər tarixi, Politologiya,Sosiologiya,Müqayisəli politologiya

+994 12 565 39 77

shabnam.nuriyeva@wcu.edu.az

2001-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinə daxil olmuşdur. 2005-ci ildə bakalavr təhsili fərqlənmə diplomu ilə tamamlamış, elə həmin il maksimum bal ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Siyasi İdarəetmə” fakültəsinin “Milli təhlükəsizlik və siyasi strategiya” ixtisası üzrə magistr pilləsinə qəbul olmuş, 2007-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. (Elmi işin adı: “Azərbaycan respublikasının milli maraqları milli təhlükəsizliyin əsası kimi”). 2008-2012-ci illərdə AMEA İnsan Hüquqları İnstitutunun əyani aspirant olmuşdur. 2012-cı ildə “Daxili-siyasi münaqişələrin psixoloji aspektləri (Cənubi Qafqaz ölkələri timsalında)” elmi işini uğurla müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-2019-cu illərdə İtaliyanın Siena Universitetinin “Menecment” fakültəsində iqtisadi menecment üzrə magistr dərəcəsinə yiyələnmişdir. 2011-ci ildən Qərbi Kaspi Universitetinin “Politologiya və beynəlxalq münasibətlər” kafedrasında müəllim vəzifəsində çalışır.

Dövlət İdarəçilik Akademiyasında “Siyasi idarəetmə” fakültəsinin bakalavr və magistr dərəcələrini fərqlənmə ilə bitirib. AMEA İnsan hüquqları institutunun doktorantura pilləsində elmi fəaliyyətini davam etdirib. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Menecment üzrə ikinci magisr dərəcəsini İtaliyanın Siena Universitetində alıb.

 

Əsas elmi nəşrlər:

MƏQALƏLƏR

1. Qloballaşma dövründə milli təhlükəsizliyin təmin edilməsində milli maraqların rolu və əhəmiyyəti. (azərbaycan dilində). “Dirçəliş-XXI əsr” jurnalı, Bakı 2007. № 110-111, S. 319-330

2. Siyasətlərarası konfliktlərin psixoloji aspektləri. (rusca). “Dirçəliş-XXI əsr” jurnalı, Bakı 2009. № 135-136, S. 207-214

3. Etnik münaqişələrin xüsusi etnopsixoloji həlli. (rusca). “Milli dövlətçilik: özümüzü və dünyanı dərketmə yolunda”, Bakı 2009, S. 140-151

4. Müasir şəraitdə millətlərarası münaqişələrin psixoloji amili. (rus dilində) Jurnal Mədəniyyətlərarası ünsiyyət. № 11, Tbilisi 2010, S.197-200

5. Keçid dövründə etno-siyasi konfliktlərin psixoloji xüsusiyyətləri. (rus dilində) Rusiya Elmlər Akademiyası, “Qafqaz” jurnalı, Moskva, 2010, № 15, S.11-16

6. Etnik münaqişələrin həllində tranzaksiya təhlilinin rolu. (rus dilində) Rusiya Elmlər Akademiyası, “Qafqaz” jurnalı, Moskva, 2010, № 16, S.15-22

7. Qarabağ münaqişəsi etnopsixologiya kontekstində. (rus dilində)“Dirçəliş-XXI əsr” jurnalı, Bakı - 2010.- № 145/146.- S. 189-198.

 

Tezis

1. Etnik münaqişənin psixoloji amilləri. (rus dilində) AMEA, Bakı 2009, “Elm”.

2. Etnik münaqişələrin həllinin psixoloji aspektləri. (rus dilində) AMEA, Bakı 2010, “Elm”.

Konfrans sənədləri

1. Qarabağ siyasəti və Azərbaycan xalqının soyqırımı. (C.Nuriyev ilə) “Karabag bildiklerimiz ve bilmediklerimiz”, Qafqaz Universiteti Beynəlxalq Münaqişələri Araşdırma Mərkəzi. Bakı 2010. (Türk dilində).S.205-217

 

Dərsliklər/Kitablar

1. “Экологическая политика” (həmmüəlliflər C.Nuriyev, Ə.Əsgərov). “Qanun” nəşrlər evi. Bakı 2004. (rus dilində)

2. “Тайны истории фальсификации” (C.Nuriyevlə). “Şərq-Qərb” nəşrlər evi. Bakı 2009 (rus dilində)

3. “Uydurulmuş tarihte ermeni soykırımı” (Q. Marhuliya ilə). “Şərq-Qərb” nəşrlər evi. Bakı 2010 (türk dilində)

4. “Многострадальная Армения: мифы и реальность” (Q.Marhuliya ilə birlikdə). “Şərq-Qərb” nəşrlər evi .Bakı 2011(rus dilində)