Yüksək Texnologiyalar və Təbiət elmləri Məktəbi
Pərvin Hüseynov
Müəllim
Əməliyyat sistemləri, Kibertəhlükəsizliyin təmin edilməsi yolları
+994 12 492 74 18
pervin.huseynov@wcu.edu.az
Akademik fəaliyyətinin istiqamətləri:
- Proqramlaşdırma
- İnformasiya təhlükəsizliyi
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Hüseynov Pərvin Adil oğlu 25 may 1999-cu il Bakı şəhərində anadan olmuşdur. 2011-2016-cı illərdə Balakən rayon Humanitar və Texniki təmayüllü liseydə orta təhsil almışdır. Orta təhsilini qızıl medalla bitirmiş, 2016-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin Computer Engineering ixtisası üzrə bakalavr təhsili almışdır. 2020-2022-ci illər isə Azərbaycan Dövlət İqtisad Universitetində İnformasiya mühafizəsi və təhlükəsizliyi ixtisası üzrə magistr təhsilini davam etdirmişdir . 2022-ci ildə “Təhlükəsiz videokonfransların keçirilməsi imkanlarının tədqiqi” elmi işini uğurla müdafiə edərək qırmızı diplomla məzun olmuşdur. Bir çox proqramlaşdırma texnologiyaları üzrə o cümlədən, Java, Python və Mobil proqramlaşdırma üzrə ixtisaslaşmışdır. 2022-ci ildən Qərbi Kaspi Universitetinin Proqramlaşdırma və İnformmasiya Təhlükəsizliyi kafedrasında müəllim vəzifəsində işləyir.