İqtisadiyyat və Biznes Məktəbi
Miryusif Cavadzadə
Müəllim
Biznesin əsasları, Biznes Marketinqi, Peşə etikası və etiket
+994 12 565 39 77
miryusif.cavadzade@gmail.com
Miryusif Cavadzadə Fərman oğlu 12 Oktyabr 1993-cü il Cəlilabad rayon, Göytəpə şəhərində anadan olmuşdur. 2000-2011-ci illər Vüqar Mürsəlov adına 1 nömrəli tam məktəbdə orta təhsil almışdır. 2011-2015-ci illər Azərbaycan Universitetinin Dünya İqtisadiyyatı ixtisasında bakalavr təhsili almışdır. 2020-2022-ci illər isə İstanbul Universitetində magistratutura təhsilini Biznesin idarəedilməsi üzrə davam etdirmişdir (Elmi işin adı: “Örgütsel sessizlik ve Tükenmişlik sendrömü ilişkisi”). 2022-ci il isə ikinci magistratura təhsilində tam təqaüdlə Türkiyənin İstinye Universitetində Biznesin idarə edilməsi ixtisasına qəbul edilmiş və tezis yazmağa başlamışdır. 10 ölkədə 100 üzəri beynəlxalq tədbir və konfransda iştirak etmişdir Miryusif Cavadzadə.
Dərs dediyi sahələrdə 8 il biznes sahəsində iş təcrübəsi var və 6 ildir ki, öz şirkətində direktror olaraq çalışır.
Hal-hazırda Qərbi Kaspi Universitetinin İqtisadiyyat və Biznes məktəbinin müəllimi vəzifəsində çalışır.