Qərbi Kaspi Universiteti

Müəllimlər

Siyasi və İctimai elmlər Məktəbi

Minarə Məmmədova

Psixologiya üzrə fəlsəfə doktoru

Sosial psixologiya Defektologiya Müqayisəli psixologiya və zoopsixologiya, Ümumi psixoloji praktikum, Ümumi psixologiya-4,Psixofiziologiya, Xüsusi psixologiya Psixoloji məsləhət, psixokorreksiya və psixoterapiyanın əsasları

+994 12 565 39 77

minare.memmedova@wcu.edu.az

1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (V.İ.Lenin adına APİ) Pedaqoqika və psixologiya məktəbəqədər ixtisası üzrə bitirib. 1985-ci ildə V.İ.Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutu oliqofrenopedaqoq ixtisası üzrə bitirib.

“Məktəbəqədər yaşlı uşaqların intellektual inkişafındakı çatışmazlıqların psixokorreksiyası” adlı dissertasiyası 22 iyun 2013 il tarixində BDU nəzdində fəaliyyət göstərən FD 02014 dissertasiya şurasında müdafiə edib və Azərbaycan Respublikasının Prezidentinin yanında AAK-ın 18 mart 2014-ci il tarixli qərarı ilə psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 2004-cü ildən-hal-hazıradək müəllim-defektoloqların hazırlığında yaxından iştirak etmiş, fərdi olaraq, defektoloq- loqoped kimi fəaliyyət göstərmişdir.

17.09.2011-21.05.2012 –ci il tarixlərdə. ADPU- ACİYF-Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqlar: Müəllim hazırlığı sistemində İnklüziv Təhsilin inkişafı” layihəsində- müəllim işləyib və “Təşəkkürnamə” ilə təltif olunub. 14.05.2012 – 19.05.12- ci il tarixlərdə .Azərbaycan Respublikası Təhsil Nazirliyi və UNİCEF-in birgə təşkil etdiyi “Ümumı orta təhsıl səvıyyəsı üzrə yenı fənn kurıkulumlarının tətbıqı və fəal (ınteraktıv) təlım” mövzusunda hazırlığı kursunda dinləyici.

“Məktəbəqədər yaşlı uşaqların intellektual inkişafındakı çatışmazlıqların psixokorreksiyası” adlı dissertasiyası 19 oktyabr 2012 il tarixində BDU nəzdində fəaliyyət göstərən dissertasiya şurası nəzdində elmi şuradan keçmiş və müsbət qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi. Bakı şəhəri Yeni fənn kuikulumlarının tətbiqi. “Öyrədənlərin öyrədəni” kursundan keçərək “Təlimçi” statusu alıb. 19 elmi məqalənin, 2 tezisin, 2 kitabın müəllifi, 12 proqram müəllifi, 1 müəlliflik hüququ .