Qərbi Kaspi Universiteti

Müəllimlər

İqtisadiyyat və Biznes Məktəbi

Günay Teymurova

Müəllim

Turizm menecmenti, Turizm marketinqi, Turizm davranışı və psixologiyası, Sosial sahələrin iqtisadiyyatı, Ətraf mühitin iqtisadiyyatı

+994 12 565 39 77

gunay.teymurova@wcu.edu.az

Teymurova Günay Binyamin qızı 11 dekabr 1987-ci ildə Şəki şəhərində anadan olmuşdur. Orta məktəb təhsilini Şəki şəhəri fizika, riyaziyyat və hümanitar təmayüllü liseydə almışdır. Balakavr təhsilini Azərbaycan Dövlət Dillər Universitetinin ingilis dili fakultəsində almış və həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnmişdir. Daha sonra 2013-cü ildə ADA Universitetinin və Nideraland Krallığının Maastrixt Menecment Məktəbi (MSM) ilə birgə həyata keçirdiyi Ekzekyutiv MBA proqramına qəbul olaraq Beynəlxalq biznesin idarə olunması istiqamətində təhsilini davam etdirmiş və 2015-ci ildə təhsilini bitirərək hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunmuşdur. 2022-ci il tarixində Qərbi Kaspi Universitetinin İqtisadiyyat ixtisası üzrə doktoranturaya qəbul olunmuşdur.

Peşəkar fəaliyyətinə 2009-cu ildə Cənab Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə neft-qaz sənayesində yerli şirkətlərin inkişafı və kadr bazasının yetişdirilməsi üçün innovativ əsaslarla yaradılmış inteqrəolunmuş quyu xidmətləri göstərən “SOCAR-AQŞ” MMC-də Kadrlar üzrə koordinator olaraq başlamışdır. Müxtəlif vaxtlarda Kadrlar üzrə mütəxəssis, İnsan resursları üzrə aparıcı mütəxəssis, Təlim və təkmilləşdirmə üzrə aparıcı mütxəssis, Təlim və təkmilləşdirmə şöbəsinin müdir müavini, İnsan resursları şöbəsinin müdiri, Mükafatlandırma və təhlillər üzrə rəhbər və İnsan kapitalı xidmətləri üzrə rəhbər vəzifələrində çalışmışdır. 2021-ci ildə “Eqvells” MMC şirkətində Təlim və inkişaf üzrə menecer kimi fəaliyyətə başlamış, kənar idarəçilik müqaviləsi əsasında SOCAR şirkəti və “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) birgə təsis etdiyi “SOCAR-STP” MMC şirkətində də eyni vəzifədə fəaliyyətimi davam etdirmiş və çox keçmədən İnsan resursları üzrə direktor vəzifəsinə qədər yüksəlmiş, 2022-ci ilin iyul ayının sonlarınadək bu vəzifəni icra etmişdir. Daha sonra 2020-ci ilin ikinci rübündən indiyədək İnsan resursları sahəsində beynəlxalq təcrübəmi artırmaq üçün Eways Aviation (ABŞ) şirkətində Qlobal İnsan resursları üzrə menecer vəzifəsində, 2022-ci ilin fevral ayından indiyədək Poprouser Inc. (ABŞ) şirkətində İnsan resursları üzrə baş məsləhətçi vəzifələrində distant olaraq çalışır.

2022-ci ildən etibarən gənc kadrların yetişməsi və inkişafı naminə elmi-pedoqoji fəaliyyətə başlamış və hal-hazırda Qərbi Kaspi Universitetinin Turizm və Sahə İqtisadiyyatı kafedrasında, o cümlədən Azərbaycan Texniki Universitetinin MBA proqramında müəllim kimi fəaliyyət göstərir.

 Əsas elmi nəşrlər: 

·         Teymurova G.B. How It Feels to Work Here: Improving Organizational Climate. ADA Library Digital Repository. 2015.