Siyasi və İctimai elmlər Məktəbi
Fikrət Sadıxov
Siyasi Elmlər kafedrasının professoru
Diplomatiya nəzəriyyəsi və təcrübəsi,Geosiyasətin əsasları.Diplomatiyanın əsasları,Diplomatik portret
+994 12 565 39 77
fikret.sadixov@wcu.edu.az
“Siyasi Elmlər” kafedrasının professoru
Akademik fəaliyyətinin istiqamətləri:
- Diplomatik və konsulluq xidməti
- Diplomatik portret
- Diplomatiyanın əsasları
- Mədəni diplomatiya
- Diplomatik etiket qaydaları
- Diplomatiya nəzəriyyəsi və təcrübəsi
- Geosiyasətin əsasları.
Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:
Sadıxov Fikrət Yaqub oğlu 2 dekabr 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1963-1969-cu illərdə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsil almışdır. 1966-1968-ci illərdə Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsində magistr təhsili almışdır. 1995-ci ildə the British Council Training Centre - Course, 1998-ci ildə isə Budapeştdə Mərkəzi Avropa Universitetində təhsilini davam etdirmişdir. 1968-1969-cu illərdə Yəmən Ərəb Respublikasında çalışmışdır. 1969-1972-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Daha sonra 1972-1975-ci illərdə Yəmən Xalq Demokratik Respublikasında vəzifəsinə Adən şəhərində davam etmişdir. 1975- 1985-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi, 1985-1992-ci illərdə Azərbaycan Dövlər İnformasiya Agentliyində baş direktor, 1993-1996-cı illərdə Sosial İdarəetmə və Politologiya İnstitutunda Beynəlxalq münasibətlər fakültəsinin professoru, 1996-1999-cu illərdə Ali Diplomatiya kollecinin professoru vəzifəsində olmuşdur. 1996-cı ildən bu günədək Qərbi Kaspi Universitetinin Siyasi elmlər və Beynəlxalq münasibətlər kafedrasında çalışır.
Elmi Nəşrlər:
- Diplomatiya və diplomatik xidmət-dərs vəsaiti-1993
- Kratkiy diplomaticheskiy slovar-luget-1994
- Diplomaticeskaya slujba azerbaycana: politicheskiye prioriteti,etapi formirovaniya. Monografiya , dərs vəsaiti-2004
- Rossiya dalekaya i blizkaya (vzglyad iz azerbaycana) toplu, dərs vəsaiti-2006
- Diplomatiya və diplomatik xidmət ( əsaslar, prinsiplər, tecrübə) dərs vəsaiti -ikinci nəşr- 2009
- Litcom k litcu s dvoynimi standartami (vzglyad politologa)-derslik 2016