Siyasi və İctimai elmlər Məktəbi
Afərin Abbasova
Psixologiya üzrə fəlsəfə doktoru
Elmi pedaqoji təcrübə, s/f-3 Deprivasiya problemi:nəzəriyyə və təcrübə, s/f-2 Klinik deontologiyanın əsasları, Müasir sosial- psixoloji konsepsiyalar
+994 12 565 39 77
aferin.abbasova@wcu.edu.az
2000-cı ildə Bakı Dövlət Universitetinin Sosial və psixologiya fakultəsinin “Psixologiya” ixtisasına daxil olmuş və 2004-ci ildə həmin fakultənin bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisasının magistratura pilləsinə daxil olmuş və 2006-cı ildə elə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasının “Sosial psixologiya” ixtisası üzrə aspirantura şöbəsinə daxil olmüşdur. 2007- ci ildən Bakı Dövlət Universitetinin “Psixologiya” kafedrasında saathesabı müəllim kimi fəaliyyətə başlamışdır. 2013-cü ildən Qərbi Kaspi Universitetinin “Pedaqogika, psixologiya və hüquq” kafedrasında müəllim vəzifəsinə qəbul olunmuşdur. 2017-ci ildə “Müasir dövrdə siyasi etimadın sosial-psixoloji xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə etmiş və “Psixologiya üzrə fəlsəfə doktoru” elmi dərəcəsini almışdır. 2013-cü ilin sentyabr ayından hal-hazıradək Qərbi Kaspi Universitetində “Pedaqogika, psixologiya və sosiologiya” kafedrasında fəaliyyətini davam etdirir, Bir sıra beynəlxalq və respublika səviyyəli konfranslarda elmi məqalələrlə çıxış etmişdir, 1 metodik vəsaitin həmmüəllifi, 21 elmi məqalə və tezisin müəllifidir. Ümumi psixologiya-1,2,3,4,5,6, Etnik psixologiya, Sosial psixologiya, Siyasi psixologiya, Ünsiyyət psixologiyası, Ailə psixoterapiyası və s. bu kimi fənləri tədris edir.