Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Nə üçün şüuraltı xoşagəlməz qoxulardan qaçırıq

Nə üçün şüuraltı xoşagəlməz qoxulardan qaçırıq

İybilmə orqanı insan beyninin təqribən beş faizini əhatə edərək milyonlarla müxtəlif qoxunu fərqləndirməyə imkan verir. Bu qoxuların əksəriyyəti, məsələn, kimyəvi maddələr və qoxumuş ərzaq sağlamlığımıza təhlükə ilə bağlıdır. Qoxu siqnalları burundan nəfəs aldıqdan sonra 100-150 millisaniyə ərzində beyinə çatır.

İybilmə reaksiyasının ölçülməsi.

Bütün canlı orqanizmlərin sağ qalması onların təhlükədən qaçmaq və mükafat axtarmaq bacarığından asılıdır. Potensial zərərli qıcıqlandırıcıların aşkarlanması və onlara reaksiya baxımından insanlarda iybilmə xüsusi əhəmiyyət daşıyır.

Xoşagəlməz qoxunun insanlarda çəkinmə davranışına çevrilməsində hansı neyron mexanizmlərinin iştirak etməsi uzun müddət müəmmalı idi.

Bunun səbəblərindən biri iybilmə soğanağının, birbaşa (monosinaptik) əlaqələrə malik “rhinencephalon”un (hərfi mənada “burun beyni”) ilk hissəsi ilə təhlükəli hadisə və maddələri aşkarlayıb yadda saxlamaqda bizə yardım edən sinir sisteminin mühüm mərkəzi hissələri arasındakı siqnalların qeyri-invaziv ölçülməsi üsullarının mövcud olmamasıdır.

https://www.sciencedaily.com/releases/2021/10/211014100139.htm