Qərbi Kaspi Universiteti

Tədqiqatlar

  • Ana səhifə
  • Tədqiqatlar
  • Qırılmış tropik meşələr torpağın olduqca qısa müddətdə bərpasına səbəb ola bilər

Qırılmış tropik meşələr torpağın olduqca qısa müddətdə bərpasına səbəb ola bilər

Qırılmış tropik meşələr torpağın olduqca qısa müddətdə bərpasına səbəb ola bilər

Baxımsız kənd təsərrüfatı sahələri orta hesabla 20 il ərzində təqribən 80% bərpa edilə bilər.

Braziliyadakı baxımsız otlaqda yeni tropik meşə əmələ gəlməkdədir. Yeni araşdırmalar belə meşələrin olduqca qısa müddətdə bərpa olunduğunu göstərir.

Rens Brauver

Tropik meşələr bütün dünyada qorxunc sürətlə məhv olur. Münbit torpaqlar kənd təsərrüfatı üçün təmizləndikcə iqlimin istiləşməsinə səbəb olan karbon yayılaraq biomüxtəlifliyin azalması ilə nəticələnir. Lakin kənd təsərrüfatı sahələri rahat buraxılacağı təqdirdə təbiətin olduqda qısa zamanda bərpası mümkündür.

“Science” jurnalının 10 dekabr tarixli nəşrində tədqiqatçıların qeyd etdiyi kimi, cəmi 20 ildən sonra meşələrin müəyyən əsas sahələri, o cümlədən biomüxtəliflik və torpağın sağlamlığı təqribən 80 faiz bərpa oluna bilər.

Vaqeningen Universitetinin (Niderland) ekoloqu Lourens Porterin fikrincə, mövcud meşələrin olduğu kimi saxlanılması iqlim dəyişikliyinin və növlərin (SN: 7/13/21) məhv olmasının qarşısının alınması üçün həlledici əhəmiyyət daşıyır. Lakin bu tədqiqat göstərir ki, “meşələrin bərpası nəhəng [iqlim xarakterli] nəticələrin yumşaldılması potensialına malikdir”.

Yeni tədqiqatda tropik meşələrin gözlənildiyindən daha tez - 20 il ərzində təqribən 80% bərpa edilə biləcəyi göstərilsə də, meşənin torpaq (qırmızı), müxtəliflik (narıncı) və strukturla (göy) bağlı müxtəlif səciyyəvi hissələri fərqli sürətlə bərpa edilir. Torpaqda karbon və azotun səviyyəsi qısa müddətdə bərpa olunaraq təqribən 20 ildən sonra qədim meşələrin səviyyəsinə yaxınlaşıb. Qədim meşələrin yaxud bitki növlərinin sayına yaxınlaşmaq üçün daha çox vaxt – təqribən 40 il tələb olunduğu halda həmin növlərin tərkibi yaxud nisbi sayının müəyyən edilməsi üçün bir əsrdən artıq zamanın keçməsi lazımdır. Müvafiq olaraq ümumi yerüstü biokütlənin əvvəlki səviyyəyə çatması üçün 120 il vaxt lazımdır.

https://www.sciencenews.org/article/tropical-forest-recovery-ecosystem