Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Astronomlar Süd yolunun ilk məlum “lələy”ini aşkarlayıblar

Astronomlar Süd yolunun ilk məlum “lələy”ini aşkarlayıblar

Süd yolunun “lələy”i mövcuddur.

Astronomların “Astrophysical Journal Letters” nəşrinin 11 noyabr tarixli buraxılışında bildirdikləri kimi, Qalaktikanın mərkəzindən uzun nazik xətt şəklində xaotik hərəkət edən soyuq və sıx qaz axını qalaktikanın iki spiralvari qolunu birləşdirir. Bu, Süd yolunda lələyin ucunu xatırladan strukturun müşahidə edildiyi ilk hadisədir.

Qalaktikamızın “lələy”ini kəşf etmiş komanda ona Hindistanın ən uzun çayı olan Qanqın öz mənbəyini götürdüyü buzlağının şərəfinə Qanqotri dalğası adını verib. Köln Universitetinin (Almaniya) astrofiziki V.S. Vinanın sözlərinə görə hindi dilində və ona yaxın digər dillərində Süd yolu “Akaşa Qanqa” (“Qanq çayı səmada”) adlanır.

Astrofizik və həmkarları sıx və asanlıqla izlənilən soyuq dəm qazının buludlarının San-Pedro-de-Atakamada (Çili) “APEX” teleskopu vasitəsilə axtararkən Qanqotri dalğasını aşkar ediblər. Bu struktur Süd yolu normasının qolundan Qalaktikanın mərkəzində yerləşən və 3 kiloparsek qolu adlandırılan ikinci dərəcəli qola qədər 6000-13000 işıq ili boyunca uzanır. Hələlik Süd yolunda məlum olan bütün digər qaz axınları spiralvari qollarla üst-üstə düşür (SN: 12/30/15).

Qanqotri dalğasının daha bir maraqlı xüsusiyyəti var: dalğayabənzərlik. Sanki közərmə silsiləsi sinusoid kimi minlərlə işıq ili boyu aşağı-yuxarı dalğalanır. Vinanın sözlərinə görə astronomlar bunun səbəbini bilmirlər.

“Digər qalaktikaların qaz “lələy”i olsa da, Süd yoluna gəldikdə qalaktikanın daxili strukturunu xəritədə əks etdirmək olduqca çətinləşir”, - Vina belə deyir. O qalaktikamızda daha çox lələyin və digər struktur hissələrinin tapılacaına ümid edir: “Tədricən Süd yolunu xəritədə əks etdirə biləcəyik”.

 

https://www.sciencenews.org/article/astronomy-milky-way-galaxy-feather-gas-spiral-arms-gangotri-wave