Qərbi Kaspi Universiteti

Tədqiqatlar

Nəticələr göstərir ki, olduqca böyük qara dəlik sürətlə hərəkət edir

Nəticələr göstərir ki, olduqca böyük qara dəlik sürətlə hərəkət edir

M87 qalaktikasındakı olduqca böyük qara dəlik akkresiya diski (bu kompyuter modelində qırmızı rəngdə) ilə əhatə olunub və maqnit sahəsinin güc xətləri (yaşıl) ilə əhatə olunmuş cərəyanlar (göy) buraxır.

Аlexandro Kruz-Ossorio, Luçiano Retsolla

M87 qalaktikasının mərkəzindəki həmin dəliyin içindən iki nəhəng qacet minlərlə işıq ili müddətinə kosmosa yönəlir. Alimlər elektriklə dolu hissəciklərdən yaxud plazmadan (SN: 3/24/21) ibarət olan həmin cərəyanların mahiyyətini indiyədək tam dərk etmirlər. “Lakin onlar həqiqətən də valehedicidir”, - Frankfurtdakı Höte Universitetinin astrofiziki Alexandro Kruz-Ossorio belə deyir. Odur ki, o, həmkarları ilə birlikdə M87-nin qara dəliyinin və akkresiya diskində onu əhatə edən burulmuş qazın kompüter simulyasiyasını hazırlayıblar. Məqsəd 2019-cu ildə fotoçəkilişlərin məşhur obyekti olmuş qara dəliyin (SN: 4/10/19) belə bir reaktiv ulduza necə çevrildiyini araşdırmaqdan ibarətdir.

Tədqiqatçıların noyabrın 4-də “Nature Astronomy”yə bildirdiklərinə görə münasib şəraitdə bu modelləşdirmə M87 müşahidələrinə uyğun cərəyanların

yaranmasına səbəb olur. Qara dəlik elektronların və digər elektrikləşdirilmiş hissəciklərin iki yüksək enerjili şüası ilə əhatələnmiş spiralşəkilli maqnit sahələrini özünə çəkir. Nəticələr göstərir ki, qara dəlik fizika qanunlarına uyğun olan maksimal sürətin yarısından daha artıq, bəlkə də onun 94 faizini təşkil edən sürətlə fırlanmalıdır.

Cərəyan elektronlarının düzgün enerjisinin əldə edilməsi həlledici olub. Cərəyanlardakı maqnit sahələri maqnitlərin yenidən birləşməsi (SN: 8/3/21) kimi tanınan proses zamanı öz yerlərini dəyişdikdə elektronların sürəti artır və nəticədə onların əksəriyyəti olduqca yüksək enerjiyə sahib olur. Bu effekt əvvəlki modellərə daxil edilməsə də, modelləşdirilən cərəyanların real cərəyanlar kimi hərəkət etməsinə təkan vermişdir.

https://www.sciencenews.org/article/black-hole-m87-galaxy-jets-plasma-simulation