Qərbi Kaspi Universiteti

Akademik

Qiymətləndirmə

Qərbi Kaspi Universiteti Azərbaycanda bütün tələbələrə müxtəlif fənnlər və kurslar üzrə öz bacarıqlarını müqayisə etmək imkanı verən və qiymətləndirmədə stabilliyi qoruyan ümumi qiymətləndirmə sistemindən istifadə edir. Aşağıdakı qiymətləndirmə qaydaları dizayn kurslarından başqa Qərbi Kaspi Universitetində tədris edilən digər bütün ixtisaslara aiddir.

Semestr ərzində maksimum 50 bal toplanır, imtahan nəticələri isə digər 50 bal üzrə qiymətləndirilir.

Semestr ərzində toplanan ballar aşağıdakı bölgüyə əsasən aparılır:

  • Davamiyyət: 10 bal
  • Sərbəst iş (fərdi tapşırıq, inşa, tematik tədqiqat): 10 bal
  • Seminar (ümumi sorğu, müzakirə, müvafiq məsələlərin qaldırılması, təqdimat) + kollokvium: 30 bal (və ya 20 bal, əgər icazə vərəqəsi varsa)
  • İmtahanda toplanılan minimum bal: 17 bal
  • Semestr fəaliyyəti ən azı 35% təşkil etməlidir.
  • Minimal keçid balı: 51
  • Seminar və kollokviumlar 10 ballıq cədvəl üzrə qiymətləndirilir
  • Seminar və kollokviumların yekun qiymətləri ortaq məxrəclə hesablanır
  • Ümumi dərs müddətinin 10%-da iştirak etməyən  tələbə 1 bal itirir
  • Ümumi dərs müddətinin 25 %-dən çoxunda iştirak etməyən tələbə həmin fəndən imtahana buraxılmır.
  • Hər bir sərbəst işə görə tələbə 1 bal qazanır.
  • Seminarda iştirak etməyən tələbə 0 bal alır.
  • Seminar(məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 (üç) dəfə qiyməti ( kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s-dən) olduğu halda, ona tədrisin bu növü üzrə ballar hesablanır. Əks təqdirdə ona bal ayrılmır.
  • 2 saat davam edən imtahanlar hər biri 10 bala kimi qiymətləndirilən 5 subyektiv (açıq suallar, esse) və obyektiv (çoxvariantlı seçim, qısa cavab, məsələ) tapşırıqlardan ibarətdir.

Yekun qiymətləndirmə cədvəli:

Hərflərlə qiymətləndirmə

Göstərici

Ballar

F

Qeyri-kafi

51-dən aşağı

E

Qənaətbəxş

51-60

D

Kafi

61-70

C

Yaxşı

71-80

B

Çox yaxşı

81-90

A

Əla

91-100